Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turnirinin ikinci günündə 6 idmançımız mübarizəyə başlayacaq.
Kişilər arasında Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Səid Mollayi, Zelim Tckayev (81 kq), qadınların yarışında isə Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, komandamızın aktivində artıq 1 qızıl medal var. Belə ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Yaşar Nəcəfov Qran-Pri turnirinin qalibi olub.
|