Xəbərlər |
|
|
Digər xəbərlər |
|
Premyer Liqa. Turnir cədvəli |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Qarabağ |
36 |
26 |
5 |
5 |
97-37 |
83 |
2 |
Zirə |
36 |
16 |
10 |
10 |
33-22 |
58 |
3 |
Sabah |
36 |
17 |
7 |
12 |
50-40 |
58 |
4 |
Sumqayıt |
36 |
15 |
12 |
9 |
37-38 |
57 |
5 |
Neftçi |
36 |
16 |
8 |
12 |
51-40 |
56 |
6 |
Turan Tovuz |
36 |
13 |
9 |
14 |
53-53 |
48 |
7 |
Səbail |
36 |
11 |
9 |
16 |
50-60 |
42 |
8 |
Araz-Naxçıvan |
36 |
9 |
9 |
18 |
31-50 |
36 |
9 |
Kəpəz |
36 |
9 |
8 |
19 |
39-67 |
35 |
10 |
Qəbələ |
36 |
7 |
5 |
24 |
30-64 |
26 |
|
|
|
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi olub |
|
Tarix: 09.04.2022 | Saat: 11:22:00 | E-mail | Çapa göndər
|
|
Aprelin 9-da Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında Azərbaycan çempionatının açılış mərasimi olub.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Ç.Hüseynzadə Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. O qeyd edib ki, ölkəmizdə bu sahənin inkişafı üçün hər bir şərait yaradilib: “Müəyyən fasilədən sonra ağırlıqqaldırma üzrə yarış keçirilir. Bu fasilə pandemiya səbəbindən baş vermişdi. Son vaxtlar Azərbaycanda bir sıra idman növləri üzrə yarışlar və tədbirlərin keçirilməsinə start verilib. Müxtəlif federasiyalarda yeni rəhbərlər müəyyənləşib. Bu, AAAF-ın yeni rəhbərliyi ilə ilk yarışdır və inanıram ki, ağırlıqqaldırma yenidən ölkəmizdə qabaqcıl idman növlərindən biri kimi yerini tutacaq”.
Ç.Hüseynzadə bu il Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini qeyd edib: “Həmin yarışda bu idman növündə yüksək səviyyədə təmsil olunmaq istəyirik. Bütün idmançılara uğurlar arzulayıram”.
İkiillik fasilədən sonra yenidən ölkə çempionatının bərpa olunduğunu bildirən İ.Kərimov deyib: “Dövlətimizin diqqət və qayğısı nəticəsində artıq yarışlarımızı bərpa edirik. Bu turnirlər idmançılar qarşısında böyük imkanlar açır. Ağırlıqqaldırma Azərbaycanda idmanın əsas sahələrindən biridir və bu növdə gözləntilərimiz böyükdür. Ən əsası bu sahəyə yeni nəsil idmançıları cəlb etməkdir. Hər bir idmançıya Azərbaycan çempionatında uğurlar arzu edirəm. Düşünürəm ki, buradan başlayan estafet dünya arenalarında davam edəcək və beynəlxalq yarışlarda himnimiz səslənəcək”.
Daha sonra Ç.Hüseynzadə, A.Əliyev və İ.Kərimov qadınların yarışında medal qazanan ağırlıqqaldıranları mükafatlandırıblar.
Yarışa aprelin 10-da yekun vurulub.
|
|
|
|
Xəbər 471 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|