Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Gənc boksçularımız Avropa çempionatında yüksək səviyyədə çıxış edəcəklərinə əmindirlər
Tarix: 07.03.2022 | Saat: 11:11:00 | E-mail | Çapa göndər
İyirmi iki yaşadək boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir.

Xorvatiyanın Poreç şəhərində keçiriləcək Avropa çempionatına Boks Mərkəzində hazırlaşan komandamızda əhval-ruhiyyə yüksək səviyyədədir.

Millimizin heyətində öz çəki dərəcələrinin liderləri martın 13-23-də təşkil olunacaq yarışda uğurla çıxış edəcəklərinə inanırlar. Çempionata yollanacaq boksçularımızdan 4-ü hazırlığını dəyərləndirib və birincilikdən Vətənə yalnız medalla qayıtmaq arzusunda olduğunu deyiblər.

Yeniyetmə və gənc boksçular arasında 3 dəfə Azərbaycanın ən güclüsü adına yiyələnən, həmçinin dünya və Avropa birinciliklərinin mükafatçısı Nicat Hüseynov (51 kq) hazırda ən yaxşı formada olduğunu bildirib: “Fevralın 21-dən təlim-məşq toplanışına başlamışıq. Hazırlığımız yüksək səviyyədə davam edir. Hər şey qaydasındadır. Gündə 2 dəfə məşq edirik. Səhər fiziki, günün ikinci yarısında taktiki hazırlıq keçir və sınaq görüşlərində gücümüzü yoxlayırıq. Hazırda yaxşı formadayam, özümü də yaxşı hiss edirəm. İnşallah, bunu Xorvatiyada rinqdə də göstərəcəyəm. Düzdür, ayağımda bir az “ağırlıq” var. Amma gərgin məşqlər sayəsində onu da aradan qaldıracağam. Rəqiblərimə gəlincə, bir türkiyəli boksçunu tanıyıram. Avropa birinciliyində onunla qarşılaşmışam. Amma çempion olmaq istəyirəmsə, mənim üçün rəqiblərin kimliyinin fərqi yoxdur. Poreçə qızıl medal üçün gedəcəyəm”.

Bütün yaş qruplarında ümumilikdə 6 dəfə Azərbaycan çempionu titulunu qazanan Maqsud Xasmetov uğurunu beynəlxalq arenada davam etdirmək zamanının yetişdiyi qənaətindədir. Avropa çempionatında 57 kiloqram çəki dərəcəsində rinqə çıxacaq boksçunun sözlərinə görə, səfərə yollananadək tam formada olacaq: “Artıq 3 ildir böyüklər arasında mübarizə aparıram. Bunun da yarışda köməyimə gələcəyinə inanıram. Bizim üçün hər cür şərait yaradılıb, hazırlıq yaxşı gedir. Fikrimcə, Avropa çempionatında uğurlu çıxışla özümü sübut edəcəyəm. Məşqçinin köməyi sayəsində hər rəqibə qarşı xüsusi taktika ilə mübarizə aparacağam. Yarışa kimi tam hazır olacağam. Faizlə götürsəm, bu gün formamı 80 faiz bərpa etmişəm. Lakin yarışa kimi hər şey qaydasında olacaq. Avropa çempionatında məni yalnız qızıl medal qane edəcək. Başqa mükafat barədə düşünmürəm”.

Yığmamızın digər üzvü Nəbi İsgəndərov (67 kq) da yarışa iddialı yollanacağını açıqlayıb. Yeniyetmələr arasında 2, gənclərdə və böyüklərdə bir dəfə ölkə çempionu olan Gəncə boks məktəbinin yetirməsi Avropa çempionatında üçrəngli bayrağımızı yüksəklərə qaldıracağına əmin olduğunu deyib: “Avropa birinciliklərində təcrübəm var. Aşağı yaş qruplarında qitə çempionatlarında iştirak etmişəm. Hazırlığımız istədiyimiz kimi gedir. Səhər və axşam məşqlərimizi edir, çəkimizi qaydasına salırıq. Artıq yarışa yollanmağı gözləyirik. Səhvlərimiz üzərində işləmişik, hər şey qaydasındadır. Ümid edirəm ki, medalımızı da gətirərik. Mənim üçün rəqibin fərqi yoxdur. Hər şey yaxşıdır. Uşaqların da üzü gülür. Hamının əhval-ruhiyyəsi yaxşıdır və bunun da bəhrəsini Xorvatiyada görəcəyimizə inanıram”.

Komandamızın heyətində böyük perspektiv vəd edən Mirşərif Kazımzadə (75 kq) isə Avropa çempionatında gərgin mübarizənin gedəcəyini gizlətməyib. Buna baxmayaraq, o, çəkisində sözünü deyəcəyinə inanır. Müəyyən müddətdir böyüklərin yarışında çıxış edən M.Kazımzadə istənilən ölkənin liderindən çəkinmədiyini vurğulayıb: “İki il öncə böyüklər arasında keçirilən ölkə çempionatında finalçı, son analoji yarışda çempion oldum. Finaldakı məğlubiyyətin əvəzini rəqibimdən 2 dəfə çıxmışam. Revanş almaq üçün daim üzərimdə işləyirəm. Hazırda yaxşı formadayam. Yarışda məqsədim ancaq qızıl medal qazanmaqdır. Ötən il dünya çempionatında, ardınca Serbiyada beynəlxalq turnirdə iştirak etmişəm. Rəqibin fərqi yoxdur. Məqsədim Azərbaycan Himnini səsləndirib, bayrağımızı yüksəklərə qaldırmaqdır. İnanıram ki, qazanacağım uğur növbəti yarışlarda da təkrarlanacaq”.

Qeyd edək ki, Avropa çempionatında 7 boksçu ilə təmsil olunacaq yığmamız səfərə martın 11-də yollanacaq.
Xəbər 292 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
25.04.2024 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25.04.2024 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
14.04.2024 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14.04.2024 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
27.03.2024 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27.03.2024 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
21.03.2024 “Odlar Yurdu” boks klubunun üzvü Almaniyada əyalət çempionatının qalibi olub
15.01.2024 Yeniyetmə boksçuların Azərbaycan birinciliyinə yekun vurulub
29.12.2023 Azərbaycan boksçuları 2023-cü ildə 179 medal qazanıblar
22.12.2023 Azərbaycan boksçuları Bakıda keçirilən beynəlxalq turnirdə 22 medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru