Bu gün Bakı İdman Sarayında futzal üzrə “Badamlı Azərbaycan kuboku” yarışının səkkizdəbir final mərhələsinin püşkü atılacaq.
Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, səkkizdəbir finalda “Araz-Naxçıvan”, EKOL, “Baku Fire”, “Neftçi”, “Alyans”, “Xilə”, “Record club.az”, U-19, “Forza Neftçi”, “Advokat”, “Atletiko Baku”, “Alyans Qrup”, “Bibi-Heybət”, İSMA, “STAR kargo-2” və “Baker Tilly” komandaları iştirak edəcəklər.
Bu mərhələnin oyunları fevralın 19-da və 20-də keçiriləcək.
|