Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Olimpiya Mərkəzinin açiliş mərasimində iştirak edib
Tarix: 31.08.2009 | Saat: 18:15:00 | E-mail | Çapa göndər
Avqustun 31-də Bakının Xətai rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) “Sərhədçi” İdman Olimpiya Mərkəzinin açılışı olmuşdur.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Ali Baş Komandana raport verdi.
Sərhədçilərə göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür edən DSX-nin rəisi bildirdi ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzi 3 hektar ərazidə inşa olunmuşdur və tikintinin ümumi sahəsi 37.300 kvadratmetrə bərabərdir. Mərkəz üçmərtəbəli universal zaldan, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün 2 açıq meydançadan, üzgüçülük hovuzundan, avtomobil dayanacağından, yardımçı binalardan və mehmanxanadan ibarətdir. Ərazidə quraşdırılmış 4 ekran vasitəsilə mərkəzdə eyni vaxtda keçiriləcək ayrı-ayrı yarışlar nümayiş etdiriləcəkdir. Bu mərkəz respublikamızda son illərdə inşa olunan ən böyük və əzəmətli idman qurğularından biridir. Ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılmış, çəmənliklər salınmış, dekorativ ağac və kollar əkilmişdir. Mərkəzin hasarları da memarlıq baxımından cəlbedicidir və ətrafla ümumi ansambl təşkil edir.
Köməkçi bina və qurğulara avtomobil dayanacağı, nəzarət-buraxılış məntəqələri, qazanxana, nasosxana, su anbarları, transformator yarımstansiyası və digər qurğular daxildir. Həm ərazidə, həm də binaların daxilində təhlükəsizliyin təmin olunması məqsədi ilə ən müasir avadanlıq quraşdırılmışdır.
Mərkəzdə İtaliya istehsalı olan panoramalı iki lift quraşdırılmışdır. İşıqlandırma və yanğından mühafizə sistemləri də mükəmməlliyi ilə seçilir. “Qaraçay” şirkəti tərəfindən aparılmış inşaat işləri zamanı yerli və xarici ölkələrin tikinti materiallarından istifadə olunmuşdur. Burada eyni vaxtda 32 idman növü ilə məşğul olmaq mümkündür.
Mərkəzin xidmətlərindən sərhədçilərlə yanaşı, “Sərhədçi” idman klubuna üzv olacaq soydaşlarımız da istifadə edəcəklər.
İdman mərkəzindən paralimpiyaçı idmançılarımız da yararlana biləcəklər.

Bu idman qurğusu üçün ən müasir tələblərə cavab verən avadanlıq alınaraq quraşdırılmışdır. Əsas məqsəd isə burada paytaxt sakinlərinin bədən tərbiyəsi və idmanla məşğul olmaları ilə yanaşı, beynəlxalq səviyyəli yarışların da təşkil olunmasıdır.
Dövlətimizin başçısı mərkəzin açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.
Prezident İlham Əliyevə baş plan əsasında İdman Olimpiya mərkəzi barədə məlumat verildi. Qeyd olundu ki, tikintisinə 2007-ci ildə başlanan və qısa müddətdə başa çatdırılan bu idman qurğusunda 2500 nəfər tamaşaçı tutumu olan universal zalla yanaşı, birinci mərtəbədə hovuz, fitness salonu, idmanın ağır atletika, bədii gimnastika, müxtəlif döyüş növləri üzrə məşq zalları, məşqçilər üçün otaqlar, sauna, anbarlar və camaşırxana vardır. Dövlətimizin başçısı ağır atletika və trenajor zalında yaradılmış şəraitlə tanış oldu, universal zalda yeniyetmə və gənc idmançıların nümunəvi çıxışlarına baxdı.
Prezident İlham Əliyevə məlumat verildi ki, mərkəzdəki universal zal xüsusi layihə əsasında inşa olunmuşdur. Burada bənzəri olmayan metal konstruksiyadan ibarət dayaqsız örtük tətbiq olunmuşdur. Bu günbəzin diametri 53 metr, çəkisi 360 tondur. Onun öz çəkisi ilə birlikdə yükgötürmə qabiliyyəti 900 tona çatır. Almaniya avadanlığı quraşdırılmış günbəz vasitəsilə bu zala avtomatik olaraq təbii hava da veriləcəkdir. Günbəzdə yerləşdirilmiş pəncərələr istənilən vaxt avtomatik qaydada açılacaq və bura təmiz hava daxil olacaqdır.
Mərkəzin ikinci mərtəbəsində kafe, güləş və Şərq döyüş növləri üzrə məşq zallarında, soyunub-geyinmə, məşqçilər və həkim heyəti üçün otaqlarda yaradılmış şərait xoş təəssürat doğurdu.
Üçüncü mərtəbədə komutator otağı, şahmat-dama, stolüstü tennis və bilyard zalları, konfrans salonu, muzey, fəxri qonaqlar üçün loja yerləşir.
Dövlətimizin başçısı konfrans salonu və muzeylə tanış oldu. Ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin idmançılara diqqət və qayğısını əks etdirən fotostendlər, sərhədçi idmançıların müxtəlif yarışlarda əldə etdikləri mükafatlar, dövlətimizin başçısının ölkədə idmanın inkişaf etdirilməsi və maddi-texniki bazasının gücləndirilməsi barədə sərəncamlarının surətləri muzeyin eksponatları sırasındadır. Prezident İlham Əliyev burada “Sərhədçi” İdman Olimpiya Mərkəzində tikinti-quruculuq işlərinin lentə alındığı video görüntülərə baxdı.
Universal zalla tanışlıqdan sonra dövlətimizin başçısı sərhədçiləri təbrik edərək dedi:
-Salam sərhədçilər!
Mən sizin hamınızı bu gözəl “Sərhədçi” İdman Olimpiya Mərkəzinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu gözəl idman qurğusu Azərbaycan xalqına xidmət edəcəkdir. Ən gözəl, müasir üslubda, qısa müddət ərzində tikilmiş bu idman mərkəzi, sözün əsl mənasında, ən yüksək standartlara cavab verir. Burada müxtəlif idman növləri ilə məşğul olmaq olar, böyük, mötəbər beynəlxalq yarışları keçirmək mümkün olacaqdır. Bir sözlə, Azərbaycanın yeniləşən, yaradılan müasir idman infrastrukturunun inkişafı işinə bu “Sərhədçi” olimpiya mərkəzinin çox böyük töhfəsi olacaqdır. Bildiyiniz kimi, son illər ərzində Azərbaycanda idman infrastrukturu çox sürətlə yaradılıb. Bizim çox böyük idman qurğularımız vardır. Bu möhtəşəm olimpiya mərkəzinin imkanları da bizə tam kifayət edəcəkdir. Burada ən mötəbər idman yarışları keçirmək mümkündür.
Azərbaycanda ən böyük qapalı idman mərkəzi Heydər Əliyev adına İdman-Konsert Kompleksidir. Onun tutumu 8 min yerdən ibarətdir. Bu yaxınlarda Bakıda Gimnastika Kompleksinin təməl daşı qoyulmuşdur. O kompleksin tutumu 6 min yer olacaqdır. Burada isə 2500 yerə qədər tamaşaçı iştirak edə bilər. Yəni gələcəkdə Azərbaycanda müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışları keçirmək üçün bütün şərait vardır.
Burada məşqlər çox ciddi təşkil edilməli, idman bölmələrində uşaqlar, yeniyetmələr, gənc idmançılar öz məharətlərini artırmalıdırlar. Eyni zamanda, Xətai rayonunun və Bakının digər rayonlarının sakinləri bu imkanlardan səmərəli istifadə etməlidirlər. Həm məşq etmək, həm də idmanla məşğul olmaq üçün burada gözəl idman qurğuları, qapalı, açıq meydançalar, futbol meydançası, üzgüçülük hovuzu, döyüş idman növləri üçün zallar, şahmat, stolüstü tennis zalları vardır. Yəni demək olar ki, burada bütün əsas idman növləri ilə məşğul olmaq mümkün olacaqdır. Mən əminəm ki, bu mərkəzdə öz peşəkarlığını artıran gənclər gələcəkdə Azərbaycanın idman şöhrətini yüksəldəcəklər.
Azərbaycan idman dövlətidir, bizim böyük uğurlarımız vardır. İdmançılarımız son Olimpiya Oyunlarından böyük qələbə ilə Vətənə qayıtmışlar. İdmançılarımız Olimpiya Oyunlarından sonra müxtəlif beynəlxalq yarışlarda, o cümlədən Avropa və dünya çempionatlarında, dünya kuboku uğrunda yarışlarda böyük qələbələr qazanmışlar. Bizim üçün ənənəvi olan idman növləri üzrə böyük qələbələr əldə edilir – güləş, boks. Eyni zamanda, ilk dəfə tarixdə avarçəkmə üzrə dünya çempionatında bizim idmançılarımız qızıl, gümüş və bürünc medallar qazanmışlar. Bu, onu göstərir ki, Azərbaycanda idman hərtərəfli inkişaf edir. Həm bizim üçün ənənəvi olan idman növlərinə böyük diqqət göstərilir, eyni zamanda digər idman növləri də inkişaf edir. Mingəçevirdə müasir və bütün MDB məkanında nadir avarçəkmə bazası yaradılır. O da böyük bir mərkəzdir. Burada həm beynəlxalq yarışları keçirmək mümkün olacaqdır, həm də idmançılar məşq edəcəklər. Azərbaycanda idman bundan sonra da sürətlə inkişaf edəcəkdir. Əminəm ki, gələcək beynəlxalq yarışlarda idmançılarımız Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlayacaqlar.
Bu İdman Olimpiya Mərkəzi Sərhəd Xidməti tərəfindən yaradılıb. Sərhəd Xidmətinin infrastrukturunun, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Azərbaycanda çox böyük işlər görülübdür. Ən müasir avadanlıq, döyüş texnikası alınıb, sərhəd bazaları yaradılıb. Həm dəniz sərhədlərimiz lazımi səviyyədə qorunur və yeni alınan texnika, avadanlıq, hərbi bazalar bu məqsədi təmin edir, eyni zamanda, digər yerlərdə, qonşu ölkələrlə sərhədlərimiz lazımi səviyyədə qorunur. Çox sevindiricidir ki, maddi-texniki bazanın möhkəmləndirilməsi ilə yanaşı sərhədçilərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün də lazımi tədbirlər görülür. Bu gün gözəl idman mərkəzi istifadəyə verilir. Bir sözlə, mən şübhə etmirəm ki, sərhədçilər bundan sonra da Vətən uğrunda öz dəyərli xidmətlərini göstərəcəklər. Bir daha bütün idmançıları, bütün sərhədçiləri bu gözəl, möhtəşəm olimpiya mərkəzinin açılışı münasibətilə təbrik edirəm. Sağ olun.
X X X
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev təşəkkür edərək dedi:
-Cənab Prezident, Sizin yüksək etimadınızı Vətənimizə, Prezidentimizə, xalqımıza xidmətimizlə doğruldacağıq. Bu gün Azərbaycan sərhədçisi də yaratdığınız böyük idman ailəsinə daxil olur. Çalışacağıq ki, sərhədçi idmançılarımız da bu yarışlarda yüksək nəticələr əldə edərək, göstəriş və tapşırıqlarınızın icrasını yüksək səviyyədə təmin etsinlər. Çox sağ olun cənab Prezident, minnətdarıq.
Prezident İlham Əliyev sərhədçi idmançılarla və DSX-nin zabit heyəti ilə xatirə şəkli çəkdirdi.
Dövlətimizin başçısına “Sərhədçi” atçılıq mərkəzini təmsil edən idman atları haqqında da məlumat verildi.
Mərkəzdə açıq meydança ilə tanış olan Ali Baş Komandana məlumat verildi ki, burada basketbol, voleybol, həndbol və tennis üzrə məşqlərin və müxtəlif səviyyəli yarışların keçirilməsi nəzərdə tutulur. Yarışları izləyəcək tamaşaçılar üçün burada 1550 oturacaq quraşdırılmışdır. Tribunaların altında idmançıların soyunub-geyinmələri, yuyunmaları üçün hər cür şərait yaradılmışdır.
Prezident İlham Əliyev İdman Olimpiya Mərkəzinin yerləşdiyi Qara Qarayev küçəsində aparılan abadlıq-quruculuq işləri ilə maraqlandı, şəhərin bu hissəsinin paytaxtın ümumi mənzərəsinə uyğunlaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Ali Baş Komandan daha sonra mehmanxanaya gəldi. Beşmərtəbəli mehmanxanada mebel və digər məişət avadanlığı ilə təmin olunmuş 32 otaq vardır. Burada kafe-restoran da fəaliyyət göstərəcəkdir. Sərhədçi idmançıların təlim-məşq prosesindən və müxtəlif səviyyəli yarışlardan sonra istirahəti üçün də burada hər cür şərait yaradılmışdır. Dövlətimizin başçısı otaqlarda yaradılmış şəraitlə tanış oldu.
Prezident İlham Əliyev üzgüçülük hovuzuna da baxdı. Məlumat verildi ki, burada quraşdırılmış xüsusi qurğular suyun temperaturunun sabit saxlanmasına nəzarət edir. Eyni zamanda, hovuzdakı suyun daim yenilənməsi üçün müvafiq qurğular da quraşdırılmışdır.
Mərkəzdə inşa olunmuş stadionla tanış olan dövlətimizin başçısına məlumat verildi ki, yüksək keyfiyyətli süni örtüklə örtülmüş meydançada yeniyetmə idmançıların futbolun sirlərinə yiyələnmələri üçün hər cür şərait yaradılmışdır. Burada keçiriləcək yarışları izləyəcək tamaşaçılar üçün 1850 oturacaq quraşdırılmışdır.
Yeniyetmə futbolçularla görüşən Prezident İlham Əliyev onlarla xatirə şəkli çəkdirdi, futbol topuna zərbə endirdi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Olimpiya Mərkəzinin ən yüksək tələblərə cavab verməsi üçün görülmüş işlərdən razılığını bildirdi, müvafiq tövsiyə və tapşırıqlarını verdi.

AzərTAc
Xəbər 1457 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.03.2019 Prezident İlham Əliyev “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşmasına baxıb
18.07.2016 Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi
29.06.2015 Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüş keçirilib Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib
28.06.2015 “Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
26.06.2015 Azərbaycan Prezidenti İlham Əliyevə ali paralimpiya mükafatı və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsi təqdim edilib
12.06.2015 Birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olub
09.06.2015 Prezident İlham Əliyev birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə Atletlər Kəndində görüşüb
07.06.2015 Bakı 2015-in Alovu Bakıya təntənəli şəkildə gətirildi
05.06.2015 Prezident İlham Əliyev Boks Federasiyasının inzibati binasının açılışında iştirak edib
25.05.2015 Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru