Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
AMADA-nın direktoru olimpiyaçılarımıza xəbərdarlıq etdi
Tarix: 06.07.2021 | Saat: 11:16:00 | E-mail | Çapa göndər
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynlinin “Tokio-2020” Yay Olimpiya Oyunlarında dopinq nəzarəti ilə bağlı yeniliklər və dəyişikliklərlə bağlı Olimpiadaya qatılacaq idmançılara və onları müşayiət edəcək heyətə müraciət ünvanlayıb.

Azsport.az AMADA-ya istinadla xəbər verir ki, müraciətdə “Tokio-2020” Yay Olimpiya Oyunlarında COVID-19 pandemiyası səbəbindən baş verən dəyişikliklərin dopinq nəzarəti sahəsini də əhatə etdiyi vurğulanıb. Qeyd olunub ki, Oyunlar zamanı dopinq nəzarəti prosesi COVID-19 qaydaları nəzərə alınaraq həyata keçiriləcək. Oyunlarda dopinq nəzarətini həyata keçirmək üçün AMADA-nın da iki dopinq nəzarəti inspektoru iştirak edəcək.

“Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılar və onları müşayiət edəcək heyət baş verən yenilikləri və dəyişiklikləri nəzərə almaqla Olimpiada müddətində bütün qaydalara, o cümlədən də “Tokio-2020”nin antidopinq qaydalarına və AMADA-nın təlimatlarına tam və ciddi riayət etməlidir. Əks halda qaydalara əməl olunmaması antidopinq qayda pozuntusu kimi qiymətləndirilə və sanksiya ilə nəticələnə bilər. “Tokio-2020” Yay Olimpiya Oyunlarında dopinq nəzarəti baxımından bir sıra yeniliklər var. Belə ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilk dəfə Yay Olimpiya Oyunları müddətində dopinq nəzarəti ilə bağlı öhdəliklərini Beynəlxalq Test Agentliyinə (BTA) həvalə edib. BTA isə Oyunlara hazırlıq müddətini və Oyunların keçirildiyi dövrü əhatə edən geniş test planını icra edir. Olimpiya Oyunlarına lisenziya qazanmış idmançıların hamısı hazırlıq mərhələsində dopinq testinə cəlb edilir və hətta bəzi idmançılardan bir neçə dəfə dopinq testi götürülə bilər”, - deyə AMADA-nın müraciətində vurğulanıb.

Bildirilib ki, Oyunlar müddətində hər bir idmançı əvvəlcədən xəbərdarlıq edilmədən dopinq testindən keçirilə bilər. Ona görə də idmançıların öz hüquqlarını öhdəliklərini və antidpoinq qaydalarını bilmələri və ona uyğun davranmaları vacibdir. Əgər idmançı dopinq nəzarəti prosesində hər hansı nöqsan, uyğunsuzluq, hətta şübhəli bir məqam müşahidə edərsə yaxşı olar ki, bu barədə Dopinq Nəzarəti Formasının şərh bölməsində ətraflı yazsın. Bu, mümkün araşdırmalar zamanı həmin idmançının hüquqlarının müdafiəsi baxımından vacibdir.

“Tokio-2020” Yay Olimpiya Oyunlarında ilk dəfə olaraq dopinq nəzarət prosesi kağızsız formada - MODOC sistemi ilə həyata keçiriləcək. Agentlik MODOC sistemini 2018-ci ildən tətbiq etdiyi üçün Azərbaycan idmançıları bu sistemlə tanışdır. Kağızsız dopinq nəzarət sistemi tətbiq edildiyi üçün idmançıların işlək elektron ünvanı olmalıdır. Çünki dopinq nəzarəti ilə bağlı bütün bildiriş və sənədlər həmin ünvana göndəriləcək. İdmançılar elektron ünvanlarını mütəmadi olaraq yoxlamalı və dopinq nəzarəti ilə bağlı gələn məktub və bildirişlərə çevik reaksiya verməlidir.

Müraciətdə vurğulanıb ki, Tokioya yollanacaq heyət üzvləri aparacaqları əşyalar, o cümlədən dərman vasitələri və tibbi ləvazimatlara diqqətlə yanaşmalıdırlar. Aparılan dərman vasitələri və tibbi ləvazimatlar Ümumdünya Antidopinq Agentliyinin qadağan edilmiş siyahısı, habelə Yaponiyaya gətirilməsi qadağan olan əşya, maddə və dərmanlarla bağlı siyahı ilə yoxlanılmalıdır. İdmançılar və onları müşayiət edəcək heyət özləri ilə apardıqları dərman və əşyaları əvvəlcədən bəyannamədə göstərməli və qadağan olunmuş siyahıda olanları qəti şəkildə aparmamalıdır (Terapevtik İstisnalar üçün İcazəsi (Tİİ) olanlar istisna olmaqla). Buna əməl olunmaması hətta həmin şəxslərin ölkəyə buraxılmaması ilə nəticələnə bilər.

Olimpiya Oyunları zamanı BOK-un “İynəyə yox” siyasətinə riayət edilməsinin vacibliyinin xüsusi qeyd edildiyi müraciətdə diqqətə çatdırılıb: “Bu siyasət özündə iynə və inyeksiya üçün istifadə edilən ləvazimatlara ciddi nəzarəti ehtiva edir. “Tokio-2020” Yay Olimpiya Oyunları zamanı idmançılar qidalanmaları zamanı diqqətli olmalıdırlar. Xüsusilə də tərkibində ət və ət məhsulları olan yeməkdən istifadə etdikdə həmin qidanın mənbəyinə diqqət yetirilməlidir. Çünki bəzi ət məhsullarının tərkibində qadağan edilmiş klenbuterol maddəsi ola bilər. Ona görə də idmançılara Olimpiya Kəndində və ya qida mənbəyi haqqında məlumat verə bilən yerlərdə qidalanmağa üstünlük vermələri tövsiyə olunur.

Qeyd edilib ki, sadalanan bütün bu məsələlərlə bağlı Agentlik geniş maarifləndirmə proqramı həyata keçirir. İdmançılar və onları müşayiət edən heyət üçün silsilə təlimlər keçirilir. Bu təlimlərdə Tokioda dopinq nəzarətinin həyata keçirilməsi və antidopinq qaydaları ilə bağlı bütün vacib məlumatlar onlara çatdırılır. İyunun 25-də AMADA-nın Milli Olimpiya Komitəsi ilə birlikdə keçirdiyi “Tokio-2020” Yay Olimpiya Oyunlarına həsr olunmuş iclasda da respublika idman federasiyalarının nümayəndələri bu barədə ətraflı məlumatlandırılıb.

Müraciətdə qeyd olunub ki, bir müddət əvvəl “Tokio-2020” Yay Olimpiya Oyunlarına gedəcək idmançılar üçün “ADEL for Tokyo 2020 Olympics” platforması istifadəyə verilib. “Tokio-2020”yə lisenziya qazanmış idmançılar və onları müşayiət edəcək heyətin bu onlayn kursu keçib sertifikat alması vacibdir. AMADA idmançılara və Tokioya yollanacaq heyətə dəstək məqsədilə həmin onlayn kursu Azərbaycan dilinə tərcümə edib. Bundan əlavə, idmançıların və onların köməkçi heyətinin kurslardan keçməsi üçün bütün lazımi dəstək göstərilir. Artıq “Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak edəcək 44 idmançıdan 42-si “ADEL for TOKYO 2020” kursunu keçərək sertifikat əldə edib. Onları müşayiət edəcək 45 nəfər köməkçi heyətdən 41-i sertifikat əldə edib. Bundan əlavə, Tokio Yay Olimpiya Oyunlarında iştirak edən 4 nəfər tibb heyətindən 2-si “ADEL for Medical Professionals”, 1-i “ADEL for Medical Professionals at Major Games”, 1-i isə hər iki kursu keçərək sertifikat əldə edib. “Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanan 31 idmançıdan 15-i “ADEL for TOKYO 2020” kursunu keçərək sertifikata sahib olub. Hazırda bu proses davam edir.

“İdmançılara dəstək məqsədilə Yay Olimpiya Oyunları müddətində AMADA-nın Çağrı Mərkəzi də fəaliyyət göstərəcək. İyirmi dörd saat fəaliyyət göstərəcək bu Çağrı mərkəzinə idmançılar antidopinq məsələləri ilə bağlı günün istənilən vaxtı müraciət edib, lazım olan məlumatları ala biləcəklər. AMADA-nın bütün bu layihələri həyata keçirməkdə məqsədi idmançılarımızın Vətənimizi layiqincə və ləyaqətlə təmsil etməsinə dəstək olmaq və ölkəmizin idman nüfuzunu qorumaqdır”, - deyə AMADA-nın müraciətində qeyd olunub.
Xəbər 402 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
03.05.2024 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03.05.2024 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03.05.2024 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03.05.2024 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03.05.2024 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
02.05.2024 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02.05.2024 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02.05.2024 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02.05.2024 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02.05.2024 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru