Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
İkinci dövrənin yekunları nə vəd edir
Tarix: 26.01.2021 | Saat: 12:00:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Milli futbol çempionatının yeni ildə ilk turu, həm də ikinci dövrənin yekunu idi. Oyunlarda qeyri-adi heç nə baş vermədi. Əsas hadisə dövrənin tamamına doğru turnir cədvəli ön sıralarında, demək olar, qüvvələr nisbətinə uyğun vəziyyət yaranıb.

Aşağılarda bir qədər qeyri-adi durum var. "Sabah"ın son pillədə qərar tutması komandanın pandemiya şəraitində heyətini və oyun funksionallığını tam formalaşdıra bilməməsi ilə əlaqədardır. Məşqçi korpusu buna görə də optimal oyun formasını qura bilməyib. Lakin bunu yarışın bundan sonrakı dövrü üçün intriqa mənbəyi saymaq olar. Belə demək mümkünsə, əsas mübarizə hələ bundan sonra başlanacaq. Əlbəttə, virus səbəbilə turların təxirə düşməsini və qış fasiləsini də nəzərə alsaq, komandaların uyğunlaşması üçün hələ 3-4 tur gözləmək lazım gələcək. Daha sonra klubların həm optimal və həm də potensial imkanlarını ortaya qoyması dövrü başlamalıdır. Əks-təqdirdə, əsas vəzifələri yerinə yetirməyən klublarda böyük dəyişikliklər başlanmalıdır. Bu, məşqçi dəyişikliyi anlamına gəlməməlidir. Ötən illəri də süzgəcdən gətirib funksional klub anlayışına doğru addımlamaq lazımdır. Açığı, ötən müddətin özü də elita təmsilçilərindəki vəziyyətə qiymət vermək üçün yetərlidir. Lakin etik normalar qiymətləndirməni bir qədər ertələməyi tələb edir.

İki dövrənin yekunlarına onunla başlamaq lazımdır ki, mövsümün yekunları "Qarabağ"dan asılı olacaq. Çempion da çox şey itirib və hələ də itirməkdədir. Yerli səviyyədə bu elə də hiss olunmur. Amma təkcə "Sabah" və ondan da əvvəlki "Qəbələ" ilə görüşlər bunu bir daha təsdiqləyir. Komandanın oyun fəlsəfəsinə asta-asta yeni baxış gətirilməlidir. Ümumən, Azərbaycan klub futbolu liderlərinin mənfi cəhətlərindən biri də dünya futboluna dərin baxışdan uzaq olmalarıdır. Klublar hətta öz oyun təfəkkürünə uyğun yol, oyunçu seçmək iqtidarında deyillər. Son illərdə sükanı Qurban Qurbanova tapşırıb bu istiqamətdə əhəmiyyətli addımlar atmış "Qarabağ" da bu mənada möhkəmlənə bilmirsə, gələcəyi proqnozlaşdırmaq çox çətindir.

"Neftçi"də oyun planında yeni baş məşqçi ilə ilkin dəyişikliklər hiss olunur. Lakin problemlər də bitib-tükənmir. Əgər "Səbail"lə oyunda da bu özünü büruzə verirsə, qarşıda daha böyük işlər görülməlidir. Son illərin təcrübəsinə əsasən, bunun da dayanıqlı olması rəhbərliyin qərarlılığından asılı olacaq. Sabitlik üçün komandanın, ilk növbədə, ənənələrinə qayıtması lazımdır.

Yarışa bədbin notlarla başlasa da, indi yüksəlməkdə olan "Zirə" ilk üçlükdəki yerini bundan sonra möhkəmləndirə bilər. Komandanın liderlərlə başabaş mübarizə aparması üçün çatışmayan oyun sabitliyidir. Rəşad Sadıqovun məşqçilik karyerasına uğurla başlaması üçün hər bir əsas var. Qısa müddətdə təxmin edə biləcəyimiz oyun tərzini qismən tətbiq edə bilsə də, hələ görəcəyi çox iş də var. Doğrudur, onun üçün bu sınaq, isinmə hərəkətləri dövrüdür. Böyük məşqçilik yolunda Rəşad Sadıqovun ciddi qiymətini yay transferləri dövründə vermək olacaq. Bəlkə məhz o, istədiyi komandanı qurmaq üçün tarixi şansı qaçırmayacaq. Çünki artıq neçə ildir ki, "Zirə" komanda anlayışını formalaşdıran bir yolu, kursu seçə bilmir. Təkcə sükan arxasına gətirilən məşqçilərin üslub fərqləri də bunun bariz nümunəsidir. Bu qarışıqlığa son qoymaq zamanıdır. Yeri gəlmişkən, ötən dövrün ciddi transferini elə bu kollektiv edib. 23 yaşlı serbiyalı müdafiəçi, vətənində "Zlatibor"un formasını geyinən Nemanya Andelkoviçlə 2.5 illik müqavilə imzalanıb.

"Sumqayıt"dan çox bəhs etməyə lüzum yoxdur. Komandanın liderliyə yüksəldiyi kimi, mövqeyini tez əldən verməsi qanunauyğunluqdur. Durumunun əvvəldən bəlli olması onu yuxarılarla aşağıların arasında xüsusi yerdə saxlayır. Son turda "Keşlə"yə qalib gələn kollektiv ən azı yerini qorumaq üçün hər bir əsasa malikdir.
Komandanın transferləri də məhz buna şərait yaradır. "Neftçi"dən icarəyə götürülmüş Cabir Əmirli və İran "Peykan"ından qaytarılmış Mehdi Şərifidən sonra heyətə yenə Arazın o tayından Höccət Haqverdi, bundan savayı, Dmitri Nağıyev gətirilib. Bu oyunçuların qısa zamanda heyətə və oyun tərzinə uyğunlaşması komandanın mövsümü güclülər cərgəsində başa vurmasına şərait yarada bilər.
"Sumqayıt"ın seçdiyi yol, əslində, məqbul sayıla bilər. Çünki dünyada bu tip klubların eniş və yoxuşlarına rəğmən möhkəm özülü olur. Fəqət çatışmayan qarşıya uzunmüddətli vəzifələrin qoyularaq planlı və ardıcıl konsepsiya şəklində aparılmasıdır. Yoxsa bu yanaşma nə komandanın formalaşmasını, nə də onun strateji hədəflərini müəyyən etməyə imkan verməyəcək. Üstəlik, hesabatlılıq lazımdır. Belə tipli komandalar üçün bu çox vacibdir.

Bu gün aşağı zonada bir-birinə həm xal, həm də potensial durum baxımından yaxın olan klublar prinsipial rəqiblərdən çox da uzaq deyil. Autsayderliyə namizədlər də iki qrupa bölünür. Bir tərəfdə "Keşlə" və "Sabah" kimi, əslində, potensialı daha böyük olan kollektivlər, digər tərəfdə maliyyə və formalaşma durumu ürək açmayan "Qəbələ" və "Səbail" kimi komandaların eyni cəbhədə yarışması normaldır. Onların cari problemi oyunla bağlıdır. Bir tərəf üçün vahid strateji dəst-xəttin olmaması pərakəndəliyə aparır, digər yanda isə ümumi maliyyə durumunun diktə etdiyi dağınıqlıq var. Hər halda bu dördlükdə ikincilər inadı sayəsində özünü daha yaxşı sübut edir və ortaya qoyduqları oyun zaman-zaman heç liderlərdən də geri qalmır. "Qəbələ"də dəyişiklik yoxdur. Lakin "Səbail" 24 yaşlı gürcüstanlı hücumçu Luka İmnadzeni "Samtredia"dan alaraq mövsümün sonunadək heyətinə cəlb edib.
Digər tərəf üçün, heç olmasa, düzgün seçilmiş baxış lazımdır. Kollektivlərin formalaşmasına mane olan da budur. Onların dərdinin çarəsi konseptual inkişaf üçün zəmin yaradan fəlsəfənin seçimidir. Ənənə üzrə bu klublar yenə əsas diqqəti heyətin formalaşdırılmasını tamamlamağa yönəldiblər. Hələ "Keşlə" daha da irəli gedərək, növbəti baş məşqçini də yola salıb. Yunis Hüseynovu "Qəbələ"də sükan arxasında müəyyən təcrübəsi olan Sənan Qurbanov əvəz edib. Bunun nə faydası olacağını kimsə deyə bilməz. Lakin prinsipial olaraq, klub nə istədiyini müəyyən etməyincə vəziyyət belə olaraq da qalacaq. Müəyyən irəliləyişlər olacaq, sonar qəfil enişlərə çevriləcək. Bu arada "Keşlə" Anatole Abanq ("Şerif", Moldova) və Nicat Qurbanovdan ("Samtrediya", Gürcüstan) sonra Sadio Tunkaranı ("Narva Trans", Estoniya) Azərbaycana qaytarıb. "Sabah"da hələ sükançı yeniliyi yoxdur. Klub Bəxtiyar Həsənəlizadə, Arsen Ağcabəyovdan savayı, Tyemoko Fofananı ("İlves", Finlandiya) icarə əsasında heyətə cəlb edib.

Hər halda bir neçə turdan sonra komandalar finiş xəttinə doğru ilk ciddi addımları atmalıdırlar.

BATI YAR

Xəbər 364 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru