Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqqu, habelə xanım Roqqu və Avropa Olimpiya Komitəsinin baş katibi Mario Peskanteni qəbul etmişdir
Tarix: 21.10.2000 | Saat: 11:20:00 | E-mail | Çapa göndər
Dövlətimizin başçısı Heydər Əliyev qonaqları mehribanlıqla salamlayaraq dedi:
- Hörmətli cənab prezident!
- Hörmətli xanım Roqq!
- Hörmətli baş katib!
Sizi bir daha salamlayıram və Azərbaycana ziyarətinizi çox əhəmiyyətli hesab edirəm. Bir az bundan öncəki görüşümüzdə mən artıq dedim ki, Azərbaycanda Olimpiya Hərəkatı son bir neçə ildə inkişaf etmişdir və görürsünüz ki, artıq yaxşı nailiyyətlər əldə olunubdur. Ancaq hesab edirəm, Azərbaycan Milli Olimpiya Komitəsinin bu müddətdə gördüyü çox vacib işlərdən biri odur ki, komitə beynəlxalq Olimpiya təşkilatları ilə, o cümlədən Avropa Olimpiya Komitəsi ilə əlaqələr yaradıbdır. Düzü, biz Azərbaycanda bir Olimpiya komitəsini - Beynəlxalq Olimpiya Komitəsini, mənim dostum Samarançı tanıyırdıq. Heç bilmirdik ki, Avropa Olimpiya Komitəsi də vardır. Bunların hamısı bizim Azərbaycan Milli Olimpiya Komitəsinin öz beynəlxalq əlaqələrini genişləndirməsinin nəticəsidir. Mənə dedilər ki, siz Sidneydə də Azərbaycan nümayəndə heyətinə çox diqqət göstərmisiniz, orada Azərbaycan günündə iştirak etmisiniz. Nəhayət, özünüz xanımınızla və baş katiblə bərabər Azərbaycana ziyarətə gəlmisiniz. Sizə bir də “Xoş gəlmisiniz!” deyirəm. Bugünkü mərasimdə söylədiyiniz nitq Azərbaycan ictimaiyyəti üçün çox dəyərlidir. Bütün bunlara görə təşəkkür edirəm. Buyurun.
Səmimi qəbul üçün təşəkkürünü bildirən cənab Jak Roqq dedi:
- Cənab prezident, Sizin ölkənizi ziyarət etməkdən böyük şərəf duyuram. Bu mənim Azərbaycana ikinci səfərimdir. Altı il bundan öncə, 1994-cü ildə mən prezident Samarançı Azərbaycana səfəri zamanı müşayiət etmişdim. Çox məmnunam Sizə bildirim ki, mən bir də Azərbaycana gəlmək üçün yenidən altı il gözləməli olmayacağam. Altı aydan sonra, aprel ayında biz, Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsi bütün rəhbər heyəti ilə bərabər Azərbaycana gələcəyik. Biz aprel ayında üç gün sizin qonaqpərvərliyinizdən faydalanacağıq və çox güman ki, Azərbaycan Milli Olimpiya Komitəsinin yeni binasında, qərargahında görüşlər keçirəcəyik. İcazə verin, Sizə bildirim ki, biz Azərbaycan Milli Olimpiya Komitəsinin əldə etdiyi uğurlardan böyük qürur hissi duyuruq. Sizin Milli Olimpiya Komitəniz çox dinamik bir təşkilatdır. Burada çox təcrübəli insanlar çalışır və onların çox yaxşı ideyaları vardır. Hətta deyərdim ki, Milli Olimpiya Komitənizi yeni yaranmış Milli Olimpiya Komitələrinə nümunə göstərilə bilər. Cənab prezident, icazə verin, beynəlxalq Olimpiya ailəsinin təmsilçisi kimi mən ölkənizdə idmanın inkişaf etdirilməsi üçün göstərdiyiniz səylərə görə də Sizə təşəkkürümü bildirim. Bu səylər Sizin ölkənizin özü üçün də çox əhəmiyyətlidir.
Cənab prezident, icazə versəydiniz, minnətdarlıq əlaməti olaraq, Avropa Olimpiya Komitəsinin adından sizə kiçik hədiyyələr təqdim edərdim. Cənab Prezident, Sizə birinci hədiyyəmiz yalnız dövlət başçıları üçün xüsusi hazırlanmış, Olimpiya Hərəkatının Nizamnaməsi dərc olunmuş kitabdır.
Heydər Əliyev: Çox gözəl.
Jak Roqq: İkinci hədiyyəmiz isə, üzərində bütün Avropanın və onun uzaq şərq hissəsində Azərbaycanın təsvir olunduğu metal nimçədir. Nəhayət, mən Olimpiya Komitəmizin bayrağını Sizə təqdim etmək istəyirəm. Bu bayraqda Abşeron yarımadasını və Bakını da görə bilərsiniz.
Heydər Əliyev: Mən burada bütün Azərbaycanı görürəm.
Jak Roqq: Tamamilə doğrudur.
Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Çox qiymətli hədiyyələrdir. Hədiyyələrinizə görə təşəkkür edirəm. Bunlar bizim, yəni Azərbaycanın Avropa Olimpiya Komitəsi ilə dostluğunun rəmzidir. Sizin dediyiniz sözlər də məni çox sevindirdi. Aprel ayında yenidən bütün icraçı heyətlə Azərbaycana gəlməyiniz haqqında verdiyiniz bəyanat təbii ki, ölkələrimiz arasında, xüsusən Avropa Olimpiya Komitəsi ilə Azərbaycan arasında əlaqələrin inkişaf etməsində böyük mərhələ olacaqdır. Azərbaycan çox qədim ölkədir. Yəqin ki, bizim qədim tariximizdən sizin xəbəriniz vardır. Ancaq müstəqil dövlət kimi çox gəncik. Azərbaycanın idmançıları keçmişdə, sovetlər ittifaqının tərkibində olanda da SSRİ-nin yığma komandasının tərkibində müxtəlif beynəlxalq yarışlarda iştirak edirdilər. Ancaq onlar bu səviyyəyə gəlib çata bilmirdilər. Ona görə yox ki, onlar idman sahəsində bu səviyyəyə çatmağa qabil deyildilər. Ona görə ki, biz müstəqil deyildik. SSRİ yığma komandasının başçıları da müəyyən edirdilər ki, hansı idmançı harada hansı nailiyyət əldə edə bilər. Ona görə də mən bizim o görüşümüzdə dedim ki, Azərbaycanın Milli Olimpiya Komitəsinin yaranması və bu komitənin XXVII Yay Olimpiya Oyunlarında əldə etdiyi nailiyyət Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir. Buna görə də bizim beynəlxalq dəstəyə ehtiyacımız vardır. Bizim idmançılarımız güclüdürlər. İndi onlara şərait yaradandan sonra öz güclərini daha da çox göstərəcəklər. Ancaq beynəlxalq əlaqələr, təbiidir, hər bir ölkənin idmançılarını yeni-yeni təcrübələrlə tanış edir. Bu baxımdan mən Avropa Olimpiya Komitəsi ilə Azərbaycan Milli Olimpiya Komitəsi arasında yaranmış əlaqələri yüksək qiymətləndirirəm. İnanıram ki, bu əlaqələr daim genişlənəcəkdir.
Sizi aprel ayında Azərbaycanda səbirsizliklə gözləyəcəyik.
Jak Roqq: Cənab prezident, çox sağ olun. Biz də bu səfəri səbirsizliklə gözləyirik. Bundan sonra biz Azərbaycanda Milli Olimpiya Hərəkatı ilə daha sıx təmaslar qurulmasına çalışacağıq. Bu gün mən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti ilə də görüş keçirmişəm. Bu görüş zamanı biz əlaqələrimizi, Avropa Olimpiya Komitəsi ilə Azərbaycan Milli Olimpiya Komitəsi arasında əlaqələri daha yaxınlaşdırmaq və inkişaf etdirmək barədə strategiya haqqında da danışmışıq.
Heydər Əliyev: Çox gözəl. Məmnunam. Bir daha sizə təşəkkür edirəm.

21 oktyabr 2000-ci il
Xəbər 3175 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.05.2013 “İdmanın böyük himayədarı” kitabının təqdimat mərasimi keçirilib
11.12.2011 Səkkizinci 12 dekabr
16.05.2011 Balakəndə ulu öndərin xatirə turnirləri keçirilib
11.05.2011 Qələbələrimizin memarı
30.03.2011 Ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idman haqqında fikirləri
13.12.2010 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
22.10.2002 Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Beynəlxalq Həvəskar Boks Assosiasiyasının nümayəndə heyətini qəbul etmişdir
11.10.2002 Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
15.06.2002 Naxçıvan şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru