Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
25/04 | 12:05 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycanı 80-dək idmançı təmsil edəcək
25/04 | 11:44 "Şamaxı" rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib
25/04 | 09:51 Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Qəbələ” klubu doqquz futbolçu ilə yollarını ayırıb
Tarix: 11.06.2021 | Saat: 12:32:00 | E-mail | Çapa göndər
“Qəbələ” klubu doqquz futbolçu – Cavid Hüseynov, Merab Qiqauri, Nikolas Raysel, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Sadiq Quliyev, Roman Hüseynov, Faiq Hacıyev və Ceyms Adeniyi ilə yollarını ayırıb.

Futbolçuların 2020/2021-ci il mövsümünün ardından başa çatan müqavilələrinin uzadılmamasına qərar verilib.

2014/2015-ci il mövsümündən fasilələrlə “qırmızı-qaralar”ın formasını geyinən Cavid Hüseynov bu müddətdə 138 matç keçirib. İyirmi qol vuran yarımmüdafiəçi üç dəfə Premyer Liqanın mükafatını qazanıb. O, 2014/2015-ci il mövsümündə bürünc, 2016/2017-ci və 2017/2018-ci il mövsümlərində gümüş medala yiyələnib. 2018/2019-cu il mövsümündə Azərbaycan kubokunu başı üzərinə qaldıran futbolçu 2016/2017-ci və 2017/2018-ci il mövsümlərində yarışın finalçısı olub. O, Premyer Liqada 107 (15 qol), Azərbaycan kubokunda 20 (2 qol), UEFA Avropa Liqasında 11 (3 qol) oyun keçirib. C.Hüseynov hamıdan çox – 72 dəfə “Qəbələ”ni kapitan kimi meydana çıxarıb.

2019-cu ilin yayında komandaya qoşulan Merab Qiqauri iki mövsüm ərzində 47 matça çıxıb. Gürcüstanlı legionerin aktivində 1 top var. Merab Premyer Liqada 40 (1 qol), Azərbaycan kubokunda 5, UEFA Avropa Liqasında 2 oyun keçirib.

2020-ci ilin əvvəlində transfer olunan Nikolas Raysel 1,5 mövsüm “qırmızı-qaralar”ın şərəfini qoruyub. O, bu müddətdə 33 oyunda meydana çıxıb və 7 qol vurub. Fransalı futbolçu Premyer Liqada 30 (7 qol), Azərbaycan kubokunda 3 matça çıxıb.

2018-ci ilin yayında transfer olunan Ceyms Adeniyi komandada iki mövsüm keçirib. 2019/2020-ci il mövsümündə İsrail “Hapoel”inə (Kiryat-Şmona) icarəyə verilən hücumçu “qırmızı-qaralar”ın heyətində 57 oyunda 18 qol vurub. 2018/2019-cu il mövsümündə Azərbaycan kubokunun qalibi olan nigeriyalı Premyer Liqada 48 (14 qol), kubokda 7 (4 qol), UEFA Avropa Liqasında 2 matça çıxıb.

Digər beş oyunçu “Qəbələ” Futbol Akademiyasının yetirmələridir. Əsas komandada 2017/2018-ci il mövsümündə debüt edən Ülvi İsgəndərov fasilələrlə “qırmızı-qara” forma geyinib. O, bu müddətdə 41 oyunda 6 dəfə rəqib qapısına yol tapıb. Futbolçu Premyer Liqada 36 (4 qol), Azərbaycan kubokunda 3 (2 qol), UEFA Avropa Liqasında 2 dəfə şans qazanıb.

Yusif Nəbiyevin də əsas komandada debütü 2017/2018-ci il mövsümünə təsadüf edib. Fasilələrlə “Qəbələ”də çıxış edən akademiyanın yetirməsi 36 qarşılaşmada forma geyinib. Onun aktivində 2 top var. Hər iki qola Premyer Liqada imza atan futbolçu çempionatda 31, Azərbaycan kubokunda 4, UEFA Avropa Liqasında 1 dəfə şans qazanıb. O, 2017/2018-ci il mövsümündə Premyer Liqanın gümüş mükafatçısı, ölkə kubokunun finalçısı olub.

Əsas komandada 2012/2013-cü il mövsümündə debüt edən Sadiq Quliyev fasilələrlə “Qəbələ”də oynayıb. Otuz matç keçirən müdafiəçi Premyer Liqada 24, kubokda 4, UEFA Avropa Liqasında 2 matçda iştirak edib. O, 2013/2014-cü və 2014/2015-ci il mövsümlərində Premyer Liqanın bürünc mükafatçısı, 2013/2014-cü il mövsümündə Azərbaycan kubokunun finalçısı olub.

2015/2016-cı il mövsümündə əsas komandaya cəlb olunan Roman Hüseynov fasilə ilə “qırmızı-qara” formanı geyinib. O, bu müddətdə 46 oyunda 2 qol vurub. Yarımmüdafiəçi Premyer Liqada 35 (2 qol), ölkə kubokunda 8, UEFA Avropa Liqasında 3 dəfə şans qazanıb. O, 2015/2016-cı il mövsümündə bürünc, 2016/2017-ci il mövsümündə gümüş medala yiyələnib. 2018/2019-cu il mövsümündə Azərbaycan kubokunu qazanan yarımmüdafiəçi 2016/2017-ci il mövsümündə yarışın finalçısı olub.

Əsas komandada 2019/2020-cı il mövsümündə debüt edən Faiq Hacıyev 6 oyun keçirib. Müdafiəçinin iştirakçısı olduğu bu qarşılaşmalar Premyer Liqa çərçivəsində baş tutub.

“Qəbələ” idman klubu Cavid Hüseynov, Merab Qiqauri, Nikolas Raysel, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Sadiq Quliyev, Roman Hüseynov, Faiq Hacıyev və Ceyms Adeniyiyə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara, vurulan qollara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayır.
Xəbər 338 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
21.03.2024 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru