Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.
Rəmzi komandaya İngiltərənin “Mançester Siti” klubundan 5 futbolçu düşüb.
Heyətdə qapıçı: Ederson (“Mançester Siti”), müdafiəçilər - Markinyos (PSJ, Fransa), Eder Militao (“Real Madrid”, İspaniya), Antonio Rüdiger (“Çelsi”, İngiltərə), Aleksandr Zinçenko (“Mançester Siti”), yarımmüdafiəçilər - İlkay Gündoğan, Kevin De Bröyne, Riyad Mahrez (hər üçü “Mançester Siti”), Kristian Pulişiç (“Çelsi”), Anxel Di Mariya (PSJ), hücumçu - Kərim Benzema (“Real Madrid”) yer alıblar.
Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarında “Çelsi” İspaniyada “Real”la 1:1 hesablı heç-heçə edib, “Mançester Siti” isə Fransada PSJ-yə qalib gəlib – 2:1.
|