Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü” keçirilib
Tarix: 28.07.2012 | Saat: 21:07:00 | E-mail | Çapa göndər

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

İyulun 28-də Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü” keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Mərasim iştirakçıları Azərbaycan Prezidentini və xanımını hərarətlə qarşıladılar.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Əziz dostlar!
Hörmətli xanımlar və cənablar!
Bu gün sizin hamınızı “Azərbaycan günü”ndə salamlamaq istəyirəm. Bu axşam bizimlə olduğunuza görə sizə çox minnətdaram. Burada olmağımızdan və belə bir möhtəşəm tədbirdə iştirakımızdan çox fərəhlənirik. Mən bizi qəbul edən Britaniya tərəfinə də gördüyü bütün hazırlıq işlərinə görə təşəkkürümü bildirmək istəyirəm.
Azərbaycan müstəqil ölkə kimi artıq beşinci dəfədir ki, Yay Olimpiya Oyunlarında iştirak edir və biz hər dəfə irəliyə doğru addımlar atırıq. Qazandığımız birinci medal 1996-cı ildə Atlantada oldu. Həmin vaxt bizim komanda yalnız bir medal qazana bildi. Sonra 2000-ci ildə Sidneydə üç, 2004-cü ildə Afinada beş, 2008-ci ildə isə Pekində yeddi medal qazanıldı. Əlbəttə, biz hamımız istəyirik ki, bu ənənə davam etsin. Hamımız ümid edirik ki, idmançılarımız ölkəmizi layiqincə təmsil edəcəklər və yarışlar zamanı bayrağımız qaldırılacaqdır. Fürsətdən istifadə edərək dünyanın bütün atletlərinə uğurlar və xoşbəxtlik arzulayıram.
Azərbaycan zəngin tarix, böyük adət-ənənələr ölkəsidir. Lakin müstəqil ölkə kimi biz dünyanın siyasi xəritəsində yalnız 20 ildir ki, mövcuduq. Bu illər dəyişikliklər, islahatlar dövrü olub. Bu illər göstərir ki, Azərbaycan müstəqil ölkə kimi uğurla inkişaf edir. Əldə etdiyimiz nailiyyətlər məhz xalqımızın istedadı sayəsində mümkün olub. İyirmi il öncə bizim öz dövlətimiz yox idi, demokratik təsisatlarımız, bazar iqtisadiyyatı mövcud deyildi. Bu gün Azərbaycan regionda möhkəm mövqelərə malik olan ölkədir, dövlətçiliyimiz çox güclüdür. Biz demokratik islahatlara, bazar iqtisadiyyatına sadiqik. İyirmi il ərzində əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi oldu. Dünyanın ən ali beynəlxalq təşkilatı hazırda bizim iştirakımızla fəaliyyət göstərir. Namizədliyimizə səs verən 155 ölkə sözün əsl mənasında göstərdi ki, bu 20 ildə biz dünyanın diqqətini cəlb edə bildik, bir çox ölkələrlə dostluq və qarşılıqlı etimad münasibətləri qurduq.
Bu gün Azərbaycana hörmətlə yanaşırlar və ölkəmiz nəinki regionda, o cümlədən dünyanın qlobal işlərində öz rolunu oynayır. Biz çox böyük iqtisadi dəyişikliklərə nail olduq və iqtisadiyyatımız dünyada ən sürətlə artan iqtisadiyyatdır. Bizim iqtisadiyyatımız görünməyən dərəcədə artım tempi nümayiş etdirdi və son səkkiz ildə üç dəfə artdı. Ölkəmizdə dəyişikliklərin edilməsi, güclü iqtisadiyyatın qurulması üçün bir çox səylər göstərildi. Ölkəmiz sabitdir, xalqımızın güzəranı yaxşıdır. Eyni zamanda, Azərbaycan bütün dinlərin və millətlərin nümayəndələrinin sülh şəraitində birgə yaşamasının nümunəsi ilə tanınır. Təsadüfi deyildir ki, ölkəmizdə sülh və əməkdaşlıq işinə xidmət edən çoxsaylı beynəlxalq tədbirlər keçirilir.
Biz, həmçinin ölkəmizdə idmanın inkişafına və Olimpiya hərəkatına böyük diqqət yetiririk. Müasir idman infrastrukturunun yaradılmasına çoxlu sərmayələr yatırılır. Son 12 ildə bütün ölkə üzrə 34 Olimpiya mərkəzi tikilib istifadəyə verilib və bu proses davam edir. Bu il Azərbaycanda “İdman ili” elan edilib. Bu, həmçinin Azərbaycanda idmanın inkişafına və Olimpiya hərəkatına göstərilən diqqəti bir daha nümayiş etdirir. Biz tarixdə bu oyunlarda 53 atletdən ibarət ən böyük komanda ilə iştirak etməkdən fərəhlənirik. Bu, həm də onu göstərir ki, idmana qoyulan sərmayə və idmanın, Olimpiya hərəkatının təşviq edilməsinə yönələn dövlət siyasəti yaxşı nəticələr verir.
Əminəm ki, biz bu oyunlarda uğurla iştirak edəcəyik. Bu yarışlar özümüzü təqdim etmək üçün daha bir fürsətə çevriləcəkdir.
Bu gün nailiyyətlərimizə həsr olunan kiçik təqdimat - bəzi fotoşəkillər, ölkəmizin inkişafı ilə bağlı videotəqdimat olacaqdır. Əminəm ki, bu tədbirdə iştirak edən insanların əksəriyyəti artıq Azərbaycanda olub. Qonaqlarımız arasında Azərbaycanda olmayanları isə ölkəmizə səfərə dəvət edirəm.
Onu da bildirmək istəyirəm ki, idman və Olimpiya hərəkatı mənim həyatımın bir hissəsidir. Böyük fərəh hissi ilə qeyd edirəm ki, artıq 15 ildir mən Olimpiya ailəsinin üzvüyəm. On beş il əvvəl mən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildim. Ondan altı il sonra isə ölkə Prezidenti seçildim. Buna görə də adətən deyirəm ki, mən idmanı və Olimpiya hərəkatını ölkə rəhbərliyi səviyyəsində təmsil edirəm. Bu illər uğur, dəyişiklik, inkişaf, işə sadiqlik illəri oldu. Bu gün Azərbaycanda idmançı olmağın böyük mənası vardır. İdmanın inkişafı və idmançılara qayğının göstərilməsi ilə bağlı dövlət siyasətimiz vardır. Biz müasir idman infrastrukturuna böyük sərmayələr qoymuşuq. Bu gün Azərbaycanda çoxlu beynəlxalq idman tədbirləri, o cümlədən Avropa və dünya çempionatları keçirilir. Əminəm ki, gələcəkdə Azərbaycanda qonaqlarımızın, o cümlədən atletlərin və turistlərin sayı çox olacaq, bununla da biz dostluğumuzu və əməkdaşlığımızı davam etdirəcəyik.
Olimpiya oyunları nadir beynəlxalq hadisədir. Bu zaman bütün dünyadan gələn insanlar görüşürlər, atletlər öz aralarında ədalətli şəkildə, tərəfdaşlıq ruhunda yarışırlar, rəqabət yalnız idman arenası ilə yekunlaşır. Bu, idmanla siyasət arasında ən böyük fərqdir.
Biz oyunlarda iştirak etməkdən çox fərəhlənirik. Mən bir daha bütün komandaların idmançılarına uğurlar, dünya xalqlarına xoşbəxtlik və çiçəklənmə arzulayıram. Çox sağ olun.

X X X

Tədbirin keçirildiyi zal Azərbaycanın mədəniyyətini, idman tarixini özündə əks etdirən fotostendlərlə bəzədilmişdi. Ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən qayğı iri monitorlarda ön plana çıxarılmışdı. Bununla yanaşı, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmançılarla görüşlərindən, ölkəmizdə olimpiya idman komplekslərinin açılış mərasimlərindən hazırlanan videogörüntülər də nümayiş etdirilirdi.
“Azərbaycan günü”nə dəvət olunan rəsmi şəxslər, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev ilə söhbətlərində bir daha ölkəmizdə idmana və Olimpiya hərəkatına göstərilən diqqət və qayğını yüksək qiymətləndirdilər. Onlar bu sahənin inkişafının ölkəmizdə dövlət siyasətinin mühüm prioritetlərindən biri elan edilməsinin təqdirəlayiq hal olduğunu söylədilər. Bildirildi ki, getdikcə güclənən və iqtisadi cəhətdən inkişaf edən Azərbaycanın bu sahədə uğurlarını artırması ölkəmizin dünyada idman məkanı kimi tanınmasına geniş imkanlar açır.
Tədbirin gedişində Prezident İlham Əliyev XXX Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarımızla görüşdü, onlara xeyir-dua verdi, uğurlar və qələbə əzmi arzuladı.

AzərTAc
Xəbər 1745 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.03.2019 Prezident İlham Əliyev “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşmasına baxıb
18.07.2016 Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi
29.06.2015 Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüş keçirilib Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib
28.06.2015 “Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
26.06.2015 Azərbaycan Prezidenti İlham Əliyevə ali paralimpiya mükafatı və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsi təqdim edilib
12.06.2015 Birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olub
09.06.2015 Prezident İlham Əliyev birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə Atletlər Kəndində görüşüb
07.06.2015 Bakı 2015-in Alovu Bakıya təntənəli şəkildə gətirildi
05.06.2015 Prezident İlham Əliyev Boks Federasiyasının inzibati binasının açılışında iştirak edib
25.05.2015 Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru