Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
SOCAR şirkətlər arasında ilk Dünya Korporativ Şahmat Çempionatında iştirak edəcək
Tarix: 17.02.2021 | Saat: 07:42:00 | E-mail | Çapa göndər
Fevralın 19-dan 21-ə kimi “Chess.com” saytında onlayn formatda Korporativ Şirkətlər üzrə ilk Dünya Şahmat Çempionatı keçiriləcək.

Bu mötəbər yarışda dünyanın “Global 500” siyahısında yer alan “Facebook”, “Google”, “Morgan Stanley”, “Gazprom” kimi nəhəng şirkətləri ilə birlikdə SOCAR da “ən intellektual korporativ şirkət” adı uğrunda mübarizə aparacaq. Şirkəti yarışda üç nəfər - Baş ofisin Neft və qaz əməliyyatlarına nəzarət Departamentinin böyük mühəndisi Samir Kərimov, “Azneft” İB-nin Qazma mühəndisliyi və əməliyyatlar departamentinin böyük mühəndisi Cavid İbişov, Baş ofisin Keyfiyyət idarə edilməsi sisteminin təşkili departamentinin böyük mühəndisi Aliyə Cəlilova təmsil edəcək. Nizamnaməyə əsasən, hər bir iştirakçı şirkət FIDE reytinqi 2500-ü keçmiş bir peşəkar şahmatçı dəvət edə bilər. SOCAR-ın maraqlarını yarışda gənc qrossmeyster, Azərbaycan yığma komandasının üzvü Nicat Abbasov (FIDE reytinq: 2664) qoruyacaq.

Yarışda iştirak edəcək legionerlər siyahısında Dünya çempionu Maqnus Karlsen, Namizədlər Turnirinin iştirakçıları Yan Nepomnyaşşiy və Aniş Giri, tanınmış qrossmeysterlər Anton Korobov, Vladislav Artemyev, Radoslav Voytaşek, Vladimir Malaxov, Georq Mayer və başqaları var.

FIDE-nin prezidenti Arkadi Dvorkoviç iştirakçılara müraciətində deyib: “Əminik ki, bu həm də iştirakçı komandalar və onların məsul şəxslərinə idman vasitəsilə yeni müştərilər və biznes imkanları əldə etmək, milli və beynəlxalq biznesin liderləri və təmsilçiləri ilə əlaqələri inkişaf etdirmək şansı verəcək”.

Tarixdə ilk dəfə keçirilən Korporativ Dünya Şahmat Çempionatında Azərbaycandan SOCAR və “SOCAR AQŞ” şirkətlərinin komandaları iştirak edir.

Yarış iştirakçılarına uğur diləyən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “SOCAR Azərbaycanın şahmat üzrə yığma komandasının tərəfdaşı, beynəlxalq turnirlərin təşkilatçısı kimi təkcə ölkəmizdə deyil, bütün regionda şahmatın inkişafına dəstək verir. Biz “SOCAR-Azərbaycan” şahmat komandasının dünyada keçirilən mötəbər yarışlarda qazandığı nailiyyətlərdən qürur duyuruq. Əminəm ki, SOCAR şirkətlər arasında ilk Dünya Çempionatında iştirak etməklə məntiq, zəka tələb edən bu qədim oyunun Korporativ şirkətlərin əməkdaşları arasında daha böyük populyarlıq qazanmasına və inkişafına öz töhfəsini verəcək”.

FIDE-nin şahmat veteranlarına dəstək və uşaqlar üçün təhsildə şahmat sosial proqramlarına töhfə verən bütün iştirakçı komandalar 2021-ci il noyabrın 24-dən dekabrın 16-dək “Dubai World Expo 2021” sərgisi çərçivəsində keçiriləcək Dünya Şahmat Çempionatında iştirak hüququ da əldə edəcək.
Xəbər 382 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
30.04.2024 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29.04.2024 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29.04.2024 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
25.04.2024 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
15.02.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə 2-ci yeri tutub
27.01.2024 Azərbaycanın şahmat məşqçisi beynəlxalq mükafat alıb
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
14.12.2023 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında iştirak edir
14.12.2023 Bakıda Qənirə Paşayevanın xatirəsinə həsr olunan şahmat turniri keçiriləcək


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru