Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
AİJF İdarə Heyəti şəhid Ülvü Məmmədovun ailəsini ziyarət edib
Tarix: 07.02.2021 | Saat: 15:33:00 | E-mail | Çapa göndər
Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) İdarə Heyətinin üzvləri Qubanın Alekseyevka kəndində şəhid Ülvü Məmmədovun atası, idman jurnalisti Vüqar Məmmədovla görüşüblər. Görüşə şəhidin qardaşı Fərid Məmmədov, babası Ağamirzə Məmmədov və digər şəxslər qatılıb.

Əvvəlcə AİJF prezidenti Qabil Mehdiyev, vitse-prezident Mahir Rüstəmli, üzvlər Sənan Şəfizadə və Elşən Məmmədov, Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, kənd ağsaqqalları, ziyalılar və jurnalistlər kənd qəbiristanlığında Ü.Məmmədovun məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə federasiya adından əklil qoyulub, ruhuna dualar oxunub.

Ardından tədbir iştirakçıları kənd mərkəzində şəhidin plakatı qarşısında salınan bulaq-barelyeflə tanış olublar. Məlumat verilib ki, Alekseyevka kənd sakini olan Ülvü Məmmədov hələ Vətən müharibəsi başlamamışdan bir həftə öncə - 2020-ci il senyabrın 21-dən təlimlərə qatılıb, daha sonra Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edərək, qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamları ilə 15 dekabr 2020-ci il tarixində “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixində isə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Kənd ağsaqqalları və ziyalılar sakinlərin imza toplayaraq, Alekseyevka adının dəyişdirilməsi və Ülvünün adına verilməsi xahişi ilə müvafiq qurumlara müraciət etdiklərini bildiriblər.

Daha sonra şəhidin ailə üzvləri qonaqları evinə dəvət edərək, Ü.Məmmədovla bağlı xatirələrini bölüşüblər. Şəhidin əmisi, AİJF İdarə Heyətinin üzvü Elşən Məmmədov qardaşı Vüqar Məmmədovun "Futbol+" qəzeti, Sportnet.az və Komanda.az saytları ilə əməkdaşlıq etdiyini xatırladıb. O, eyni zamanda V.Məmmədovun bir müddət müxtəlif futbol liqalarında hakimlik etdiyini, AFFA-nın C kateqoriyalı məşqçi lisenziyasının sahibi kimi uşaq və qızlar komandalarını çalışdırdığını diqqətə çatdırıb.

Şəhidin ailəsinə başsağlığı verən AİJF prezidenti Qabil Mehdiyev Ü.Məmmədovun xatirəsinə müxtəlif yarışlar keçirmək niyyətində olduqlarını bildirib. O, ilk belə tədbir kimi Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, həmçinin Quba rayon Gənclər və İdman İdarəsi ilə birgə fevralın 12-də məktəblilər arasında onlayn şahmat turniri təşkil edəcəklərini açıqlayıb.

Kəndin adının dəyişdirilməsi təşəbbüsünü müsbət addım kimi dəyərləndirən AİJF prezidenti kənd sakinlərinin bu təşəbbüsünün müsbət cavablanacağına ümidvar olduğunu bildirib.

Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev rayon rəhbərliyinin şəhid ailələrinə xüsusi diqqətlə yanaşdığını, rəhbərlik etdiyi qurumun da bu yöndə müxtəlif tədbirlərə start verdiyini söyləyib. O, Ülvü Məmmədov və digər şəhidlərin xatirəsinə müxtəlif turnirlər keçirməyi planlaşdırdıqlarını bildirib.

Göstərilən diqqətə görə təşəkkürünü bildirən şəhid Ülvü Məmmədovun ailə üzvləri AİJF-yə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 588 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
02.07.2022 Azər Quliyev AİJ İctimai Birliyinin prezidenti seçilib
21.02.2022 İdman jurnalistləri arasında şahmat yarışı keçiriləcək
18.11.2021 İdman jurnalistləri ilə veteran futbolçular arasında yoldaşlıq görüşü keçirilib
14.11.2021 Media nümayəndələri arasında üzgüçülük turniri keçirilib
13.11.2021 Media nümayəndələri arasında üzgüçülük turniri keçiriləcək
03.11.2021 Media nümayəndələri arasında üzgüçülük turniri keçiriləcək
29.10.2021 Qabil Mehdiyev: AİJF-in məqsədi idmanı inkişaf etdirmək, ölkəmizin imicini dünyada möhkəmləndirməkdir
29.10.2021 Tbilisidə idman jurnalistləri arasında futbol turniri keçirilir
30.09.2021 Respublika stadionunun 70 illiyi münasibətilə yoldaşlıq görüşü keçirilib
29.09.2021 Jurnalistlər və futbol veteranları arasında yoldaşlıq görüşü keçiriləcək


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru