Azərbaycan komandası “Odlar yurdu”nun da iştirak etdiyi klublararası Avropa kuboku start götürüb.
Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyevanın yer aldığı yığmamız turnirin D qrupunda mübarizə aparır. Komandamızın birinci turda rəqibi “Monte Karlo-3” yığmasıdır. Bu gün şahmatçılarımız 4, sabah isə daha 5 turda güclərini sınayacaqlar.
Yekun nəticəyə görə, iki ən yaxşı komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Dekabrın 21-də final mərhələsi start götürəcək. Avropa kuboku yarışı dekabrın 22-də başa çatacaq.
|