Noyabrın 28-də bədii gimnastika üzrə Azərbaycan millisi Kiyevdə keçirilən Avropa çempionatında daha bir medal qazanıb.
Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamızın finalda 3 halqa və 2 cüt gürz ilə kompozisiyası hakimlər tərəfindən 30.650 xalla qiymətləndirilib. Bu nəticə ilə komandamız bürünc medala layiq görülüb. Türkiyə millisi qızıl, Ukrayna isə gümüş medala sahib olublar.
Komandamız 5 topla hərəkətlərdə isə dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, ötən gün Azərbaycan komandası çoxnövçülükdə gümüş, komanda hesabında isə bürünc medal əldə ediblər.
|