Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
25/04 | 12:05 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycanı 80-dək idmançı təmsil edəcək
25/04 | 11:44 "Şamaxı" rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib
25/04 | 09:51 Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Milli futbolun 165 günlük həsrəti bitdi
Tarix: 04.09.2020 | Saat: 08:53:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Yeni mövsüm nə vəd edir

Builki futbol mövsümü tək Azərbaycanda deyil, bütün dünyada ən qəribə notlarla başlayır. Hər bir ölkədə milli futbol mövsümünün yerli rəng çalarları, təbii ki, olur. Lakin bu dəfə daha bir özünəməxsusluğu "COVID-19" adlı koronavirus pandemiyası gətirir. Özü də bu virus artıq hər bir ölkə üçün özünəməxsus şərtlər diktə edir. Bu isə idman yarışlarına, mübarizənin təşkilindən tutmuş ta yarış şərtlərinə qədər məhz ölkədəki epidemik vəziyyətdən asılı olaraq yarışların keçirilməsinə təsir edir.
Azərbaycanda pandemiya ilə əlaqədar bütün vəziyyətin təhlil edilərək qərarların verildiyi mərkəz olan Nazirlər Kabineti yanında Operativ Qərargahın idman yarışlarının keçirilməsi ilə bağlı iki mühüm qərarı qüvvədədir. Birincisi, açıq hava şəraitində yarışların keçirilməsinə icazə verilib. Deməli futbol oyunları üçün hər hansı maneə yoxdur. Qərarın ikinci vacib cəhəti tamaşaçısızlıqdır. Əlbəttə, sayı az və nisbi olsa da, hər bir azarkeş istənilən idman yarışının bəzəyidir. Bu səbəbdən bu tələbin klublarımız üçün, azacıq da olsa, təsiri var.

Bununla belə, ən mühüm məsələ pandemiya şəraitində metodiki göstərişlərə, ələlxüsus sanitar-gigiyenik tələblərə əməl olunmasıdır. Burada hər bir məqam çox vacibdir. Bu səbəbdən yarışların təşkilinə məsul Peşəkar Futbol Liqasının (PFL) Əsasnaməsinə əlavə edilmiş müddəalara riayət olunması çox vacibdir. İnanmaq istərdik ki, bu əlavələrin tətbiqinə nəzarət də ən optimal səviyyədə olacaq. Çünki, ilk növbədə, epidemik vəziyyət, əsasən, bu qərarlardan və bir də klublarda oyunçu və inzibati heyətin müəyyən olunmuş tələblərə riayət etməsindən çox asılı olacaq.
Beləliklə, sonuncu dəfə mart ayının 8-də hakim fiti ilə başlanaraq başa çatmış yarış ovqatı yenidən Azərbaycan futbolunda yaşıl meydanları qızışdırır. Əlbəttə, bu gün qaydalara riayət olunması dedikdə, sadəcə, futbolla bağlı məqamlardan söhbət getmir. Azərbaycan milli futbol mövsümünün taleyi yenə də ölkədəki epidemik vəziyyətdən, deməli, Operativ Qərargahın verəcəyi qərarlardan asılı olacaq. Ümid edək ki, dünyada yeni dalğası ilə qadağaları gətirən pandemiya ölkəmizdə daha yumşaq keçəcək və yaşıl meydanlar boş qalmayacaq. Düz 165 gündən sonra rəsmi olaraq bərpa olunan futbol yarışları Premyer liqada növbəti mövsümün ilk matçı ilə avqustun 20-də başlanıb. Saat 18:30-da referi Elçin Məsiyevin fiti ilə Sumqayıtda yerli eyniadlı klubun paytaxt "Keşlə"si ilə duelində başlanan mövsümün ilk qolu da elə həmin görüşdə vuruldu. Azər Salahlı hakimin əlavə etdiyi 4-cü dəqiqədə fərqlənərək qonaqlara ilk qələbəni bəxş edib.

Maraqlıdır ki, bu il ölkəmizi avrokuboklarda təmsil edəcək bu iki klubun oyununda qonaqları meydana yeni baş məşqçi Yunis Hüseynov çıxarmışdı. Onun komandaya gətirdiyi yeniliklərdən söz aşmaq hələ tezdir. Lakin yeni mövsümə hazırlaşan "Keşlə"nin sükançısı Tərlan Əhmədovu mövsümün lap ərəfəsində yola salması absurd qərar təsiri bağışlasa da, komanda üçün vacib Avropa oyunu qarşısında rəsmi matçda qələbə qazanması psixoloji cəhətdən əhəmiyyətli sayıla bilər. Yeri gəlmişkən, Yunis Hüseynov mövsümə başlayan məşqçilər arasında yaş etibarı ilə ən təcrübəlisi sayılır. Klubların əksəri isə 1980-ci illərdə dünyaya gəlmiş məşqçilərin rəhbərliyi ilə meydana çıxırlar. Strateji hədəfləri dəyişməyən, lakin oyunçu sarıdan yenilənən "Sumqayıt"a yenə çətin olacağı aydındır.

Söz yox ki, uzun hazırlıq keçə bilməyən klublar arasında bişmiş rəqabətdən danışmaq yersizdir. Mövsümə hamıdan erkən qitədə Çempionlar liqası təsnifatı ilə başlamış "Qarabağ"ın özündə belə natamamlıqlar kifayət qədərdir. Lakin pandemiya şəraitində oyun elementləri baxımından nə qədər çox itirsə də, komandanın oyun komplektləşməsi və deməli, oyun quruculuğunda müsbət məqamlar da az deyil. Ümid də elə buradan yaranır. Klubun ilk turda mövsümün həsrətlə gözlənilən sürprizi kimi, sükan arxasında yenə dəyişiklik etmiş "Sabah"la qarşılaşmasını da rəmzi xarakterli saymaq olar. Çünki mövsümə yoxlama matçlarda ümidverici nəticə və oyun elemetləri ilə başlayan "Sabah"la qarşılaşma prinsipial xarakterli də sayıla bilərdi. Lakin "Sabah" mövsümün ilk rəsmi matçında hələ bir qədər gözləməli olacağını əyani nümayiş etdirdi. Ən vacibi baş məşqçinin təlqin etmək istədiyi üslub aydın oldu, lakin davamlı pressinq və hər hissədə davamlı dayanıqlı oyun nümayiş etdirməyə heç bir klub hazır deyil. Bu səbəbdən "Qarabağ"a məğlubiyyətin kökündə məhz hər hissədə klubun yorğunluğu dayanır. Buna görə komandada formalaşmayan xarakteri və həyəcanı da nəzərə alsaq, daha təcrübəli, ən əsası, mayasını qorumuş "Qarabağ"dan çox geridə göründü.

Əlbəttə, prinsipial olaraq, "Neftçi"dən də bəhs etməliyik. Çünki Avropa arenasına çıxacaq kollektiv mövsümün əsas ümidlərindən biridir. Kollektivdə ab-havanın köklülüyündən danışmaq tezdir. Lakin komandada dəyişmək üçün sükan arxasında vaxt etibarı ilə kifayət qədər müddəti olan Füzuli Məmmədovun böyük dəyişikliklərinin izi görünmür. Bununla belə, əldə olunan qələbə böyük turnirdə çıxış ərəfəsində nikbin ovqata köklənməyə əsas ola bilər.

Ümumən, mövsümdə komandalara konkret qiymət vermək çox erkən olduğundan, bir neçə turu yalnız elə rubrikamızın adına tam uyğun olaraq turdan tura süzgəcdən keçirək. Lakin hər bir kollektiv bilməlidir ki, bu gün meydanda natamam və naməlum rəqabətdə olsa da, maksimum qüvvə ilə oynamaq lazımdır. Çünki futbol qatarı artıq hərəkətə gəlib və hər tur turnir cədvəlində komandaların mövqeyinə təsir edəcək nəticələri açıqlayacaq. Deməli, pandemiyanın da öz sürprizləri ilə hər iştirakçı fürsətdən maksimum yaralanmaq üçün əlindən gələni etməlidir. Bir də pandemiyanın gətirdiyi psixoloji maneələrin ən yaxşı dərmanı həm də idman yarışlarıdır. Çünki hər tur azarkeşlərə bir ümid işığı kimi hərəkətli həyat rəmzinin təcəssümü ola bilər.

Yeri gəlmişkən, PFL yeni mövsüm üçün emblemini də təzələyib. Pandemiya şəraitində bunu da bir əlavə cizği kimi qəbul edək. PFL-in məlumatında deyilir ki, yeni loqo 4 elementin vəhdətini təşkil edir. Bunlardan birincisi "Odlar yurdu"nun rəmzi olan alovdur. Dalğalar doğma Xəzərə işarə sayılsa da, biz bunu çaylarımız və göllərimizin də təzahürü kimi suyun aydınlıq rəmzi kimi qəbul edək. Axı, sonrakı element kimi daha dolğun diqqəti çəkən qartal Azərbaycan xəritəsinin obrazı və həm də digər rəmzlərlə birlikdə aypara şəklində əhatəyə aldığı futbol topuna sahib çıxaraq əsas amala atılan addım sayılmalıdır.

BATI YAR

Xəbər 864 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru