Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
25/04 | 12:05 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycanı 80-dək idmançı təmsil edəcək
25/04 | 11:44 "Şamaxı" rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib
25/04 | 09:51 Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
İdman mətbuatımızda mövcud problemlər, atılmalı olan addımlar
Tarix: 17.07.2020 | Saat: 18:35:00 | E-mail | Çapa göndər
Jurnalistikanın ən önəmli qollarından biri idman jurnalistikasıdır. Ayrı-ayrı ölkələrdə jurnalistikanın bu növü xüsusi bir sahə kimi öz inkişaf yolunu tutub. Ancaq Azərbaycanda idman jurnalistikası ilə bağlı müəyyən problemlər var.​ Müasir həyatımızda idman jurnalistikasının tarixi 1932-ci ildə ilk dəfə «Azərbaycan bədən tərbiyəçisi» adı altında işıq üzü görmüş və indiki Gənclər və İdman Nazirliyinin rəsmi orqanı olan «İdman» qəzeti ilə bağlıdır. İlk vaxtlar idman mətbuatımızda qeyri-azərbaycanlılar üstünlük təşkil edirdilər.

Ancaq sonrada mərhum Mirpaşa Miriyev, Oqtay Atayev, Aqşin Kazımzadə, Arif Şəfizadə, Vaqif ​ Əfəndiyev, Vahid Sənani, hazırda öz fəaliyyəti ilə nümunə olan Oqtay Bayramov və digərlərinin köməyi ilə idman jurnalistikamız inkişaf etdi. Bu şəxslərin ötən müddət ərzində respublika idmançılarının uğurlu çıxışlarını oxuculara çatdırmaqla bərabər, bədən tərbiyəsi və idman sahəsindəki problemlərin diqqət mərkəzinə gətirilməsində də böyük rolları oldu. Hətta zaman-zaman idman jurnalistlərimizin yazıları Rusiyanın populyar mətbu orqanlarında dərc olundu. Əfsuslar olsun ki, müstəqillik əldə etdikdən sonra idmanımız tərəqqi tapsa da, idman mətbuatımızda müəyyən geriləmələr baş verdi.

​Hazırda Azərbaycanda idman jurnalistikasının fəaliyyəti ilə bağlı ümumi vəziyyəti, bu sahədə mövcud olan problemləri, ölkədə yerli idman media şəbəkələrinin yaradılması üçün potensial infrastrukturun necə olmasını və digər məqamları araşdırmaq qərarına gəldik. Mövzu ilə bağlı açıqlama verən “Qol.az” saytının baş redaktoru, tanınmış jurnalist Aydın Bağırov ölkəmizdə idman jurnalistikasında ilk növbədə həm peşəkarlıq, həm də yaradıcılıqla bağlı problemlərin olduğunu vurğuladı. O, idman mediasının iqtisadi durumunun başqa sahələrlə müqayisədə zəifliyini də qeyd etdi: “Bəzi idman qəzetlərinin və saytlarının konkret sponsor gəlirləri ya tamamilə yoxdur, ya da ki, çox aşağıdır. Sadəcə bir-iki böyük saytın müəyyən qədər kommersiya reklamları var və onlar da məhz reklamların hesabına ayaqda dura bilirlər. Yəni iqtisadi durum yaxşı olsaydı böyük saytların 4-5 əməkdaşı deyil, daha çox 20-30 əməkdaşı olardı. Bunun nəticəsində, çox güclü bir kollektiv formalaşdırmaq olardı. Əvvəlki dövrlərlə müqayisədə mediamızda çox ciddi redaktor problemi yaşanmaqdadır. Bildiyimiz kimi, redaktor çox çətin və məsuliyyətli işdir. Onun baxışı bir saytın imicinin formalaşmasında müstəsna rol oynayır. Bu gün idman mətbuatımızda qaragüruhçu mövqedə olan redaktorlarımız kifayət qədərdir. Onlar hadisələrə çox emosional yanaşırlar. İdman mətbuatımızda bir faktın dəqiqləşməməsi, asıb kəsmək, təhqir kimi faktorlar üstünlük təşkil edir. Həmçinin xarici idman mediasında gedən proseslərə bir o qədər də maraq göstərilmir. Düşünürəm ki, bu məsələlər həm saytın mövqeyinə, həm də sonradan gələn jurnalistlərin yetişməsində problem yaradır. Bunu da yaradan səbəblər də çoxdur. Ən əsas səbəblərdən biri yenə də maliyyə məsələsinə söykənir. Məsələn, kimsə bir saytla əməkdaşlıq edir və aylıq 500-600 manat alır. Həmin şəxs düşünür ki, həftədə 6 gün işləyib bu məvacibi alınca, klublarla reklam danışıqları aparsın və artıq gəlir əldə etsin. Nəticədə, o, müəyyən qədər öz maddi təminatını qarşılaya bilir. Amma peşəkarlıq, yaradıcılıq baxımından müvəfəqqiyyət əldə edə bilmir. Ümumiyyətlə, müşahidələrim onu deməyə əsas verir ki, bir yazı olan yerdə orada yaradıcı mühitin olması çox önəmlidir. Ona görə də idman saytı yaratmaq istəyənlər mütləq mənada saytın gələcəyini fikirləşməlidir. Əlbəttə, belə saytların aktivliyi olmur və qısa zamandan sonra sıradan çıxır”.​ “İdman mediasının problemlərdən biri də ekspert məsələsidir. Xüsusilə də futbolda ekspert qıtlığı mövcuddur. Məsələ burasındadır ki, futbol ekspertlərinin əksəriyyətinin baxışı naşı azarkeş yanaşmasından o tərəfə getmir. Mütəxəssis baxışı həmişə ona görə diqqət cəlb edir ki, onun fikirləri fərqli olur. Lazım olanda problemləri qabardır, onları açıq şəkildə dilə gətirir. Ancaq bugün Azərbaycan futbolunda ekspertlər belə məsələlərə toxunmurlar, danışmırlar. Xırda bir-iki istisnanı çıxmaq şərtilə hesab edirəm ki, futbolumuzda ekspert kimi idman jurnalistikasının təmsilçiləri daha ön mövqedədir. Çünki onlar daha yaxşı fikirlərini ifadə edə bilirlər, problemləri daha yaxşı göstərirlər və bu məsələlərdə futbol ekspertlərini üstələyirlər. Onların ekspert yanaşması futbol adamlarından daha aydın və inandırıcıdır”, - baş redaktor əlavə etdi.

​Unikal.org saytının idman jurnalisti İlkin Sultanlı da ölkənin idman mediasında savadlı mütəxəssis çatışmazlığından gileyləndi: “Rusiya və Türkiyənin idman mediasına nəzər yetirəndə görürük ki, burada idman sahəsində məşğul olan şəxslər karyeralarını bitirəndən sonra media sahəsinə axın edirlər.​ Onlar televiziya kanallarında, portallarda aktiv çıxışlar edir, mətbu orqanlarda məqalələri dərc olunur. Jurnalistlər də öz növbəsində onların fikirlərini daha çox işıqlandıraraq keyfiyyətli məhsullar ortaya qoyur. Biz də isə bu situasiya tam fərqlidir. Deyərdim ki, Azərbaycanda hətta təcrübəli idman mütəxəssisləri barmaqla sayıla biləcək qədərdir. Siyasi mediada bu, çox yaxşı inkişaf edib. Politoloqlara, millət vəkillərinə, siyasətçilərə, iqtisadçılara və sair müraciət edib, müxtəlif mövzular ətrafında material hazırlamaq olur. İdman mediası isə bu baxımdan kasaddır. Heç kim bu sahədə ekspert kimi çalışmaq istəmir. Bu baxımdan da idman mediasında gündəmi dəyişə biləcək mövzular çox az olur. Əlimizdə olan ancaq idmançıların karyeralarında baş vermiş maraqlı məlumatlardan ibarət məqalə hazırlamaqdır. Bu problemin həlli üçün ölkədə idman mediası ilə bağlı geniş işlər görülməsi vacibdir. Ən əsası rəqabətli reklam bazarı formalaşmalıdır. Media qurumlarının böyük maliyyə imkanları olmalıdır. Bunlar olandan sonra sabiq idmançılara yaxşı qonararlar verib, mütəxəssis kimi formalaşdırmaq olar. Maliyyə olan zaman onlar ekspert kimi inkişaf etməyə can atacaqlar. Hər gün yeni məlumatlar öyrənəcəklər və bunları çalışdıqları media qurumları ilə də bölüşəcəklər”. O, federasiyaların mətbuat katiblərinin fəaliyyətsizliyində də şikayətləndi: “Onlar sosial şəbəkələrdə, saytlarda material yerləşdirməklə işlərinin bitdiklərini zənn edirlər. Mətbuat xidmətinin rəhbərlərinə müsahibə və açıqlama almaq üçün müraciət edilən zaman onlar müxtəlif bəhanələr gətirərək, bizlərə çətinliklər yaradırlar. Bir material hazırlanması üçün bəzən 2-3 günümüz gedir. Hansı ki, həmin şəxslə əlaqə yaradılması və fikrinin öyrənilməsi o, şəxslər üçün sadə məsələdir. Təklif edirəm ki, əgər onlar 4-5 dəfə müraciətlərimizə məhəl qoymursa, fəaliyyət göstərməyimizin qarşısını alırsa, o zaman biz də Azərbaycan İdman Jurnalistləri Federasiyasına müraciət edək və qurum həmin şəxslərlə bağlı tədbirlər görsün. Düşünürəm ki, bu ölkə idman mediasının ümumi inkişafına səbəb olar”.

“Sports24.az” saytının baş redaktoru Ceyhun Əliyev idman mətbuatında oxunma səviyyəsinin aşağı olduğunu bildirdi: “Beynəlxalq yarışlarda uğurlu nəticə əldə olunduqda bu oxunma sayına da ciddi təsir göstərir. Qalibiyyət olmadıqda isə insanlar artıq tənqidi deyil, təhqiri seçirlər. Misal olaraq, Türkiyə ilə paralel aparsaq, görərik ki, orada idmançı və ya komanda uduzdu belə sabah gəlib azarkeşləri həmin idmançını, komandalarını dəstəkləyirlər. Medianı yenidən izləyirlər, tənqidə və obyektivliyə baxırlar. Bizdə isə, əksinə, uduzdusa hamı küsür, hamı arxa çevirir. Əksər insanlar real qiymət verməyə belə qadir deyil. Məsələn, idmançı uduzan zaman bir versiyada ortaya qoyurlar ki, oyun satılıb. Heç bir sübut, ən problemli olanda odur ki, dəlil yoxdur. Müəyyən insanlar anlamırlar ki, bu idmandı nəticələr hər an dəyişə bilər. Bu kimi təbliğatlardan qaçıb tamaşaçı, oxucu ordusuna düzgün və real təhlillərə üstünlük verilməsi vacibdir. Real təhlil vermək üçünsə gərək idmanı kökündən bilməlisən. Burda da hər halda bizim günahımız var ki, görünür oxucuya onu ideal formada çatdıra bilmirik”. C.Əliyev dövlətin idmana bu qədər dəstək göstərdiyi təqdirdə idman mediasına təəssüf ki, müəyyən qurumların o dəstəyi vermədiyini dilə gətirdi: “Kommersiya şirkətləri idmançılara dəstək olur, amma onlar eyni dəstəyi bunları işıqlandıran idman mediasına göstərmir. ​ İdman jurnalistlərinin ən böyük problemi ölkə xaricində keçirilən yarışları işıqlandırmaqdır. Bunun da əsas səbəbi yol xərcidir. Məsələn, AZAL şirkəti biletləri 50 faiz xüsusi güzəştlə verərsə, bu özü idman mediasına böyük dəstək olar. Habelə, hər hansı bir şirkət ofislə təmin etsə, idman saytları onlardan faydalana bilər. Məhz bu cür sosial sahələrdə dəstək olunarsa, əlbəttə ki, bu bizlər üçün böyük fayda ola bilər”.

Aynurə PƏNAHQIZI


Xəbər 643 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
26.04.2024 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26.04.2024 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26.04.2024 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25.04.2024 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25.04.2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
25.04.2024 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycanı 80-dək idmançı təmsil edəcək
25.04.2024 "Şamaxı" rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib
25.04.2024 Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
24.04.2024 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24.04.2024 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru