İyunun 18-də AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
Azsport.az AFFA-ya istinadla xəbər verir ki, iclasda 2020-2021-ci il mövsümündə UEFA-nın klub turnirlərində və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra UEFA-nın klub yarışlarında iştirak etmək üçün “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Sumqayıt”, “Zirə”, “Səbail”, “Keşlə” və “Sabah”a lisenziya verib.
Premyer Liqa yarışlarında iştirak etmək üçün “Kəpəz”, “Ağsu”, “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala” lisenziya ilə təmin olunub.
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
|