Peşəkar boks üzrə sabiq dünya çempionu Devid Hey tarixin ən ağır çəkili rinq ustalarının reytinqini tərtib edib.
Siyahının ilk beşliyində Mayk Taysona yer almayıb.
D.Hey deyib: “Hamı Mayk Taysonla Evander Holifildin 3-cü döyüşünün mümkünlüyündən danışır. Bunu nəzərə alaraq, tarixin ən güclü ağır çəkili boksçularının reytinqini tərtib etdim. Buraya yaşı 45-i ötən əfsanələri daxil etmişəm. Söhbət həm də karyerasını bitirənlərdən gedir. Mənə görə tarixin ən güclülərinin ardıcıllığı belədir: Məhəmməd Əli, Lennoks Lüis, Evander Holifild, Corc Forman, Larri Holms, Mayk Tayson, Co Freyzer, Conni Liston, Ken Norton və Riddik Bou.
|