Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Namiq Quliyev: "Həmin vaxtdan Əlirza Firuzcaya kömək etməyə başladım
Tarix: 20.04.2020 | Saat: 03:49:00 | E-mail | Çapa göndər
Fransada yaşayan azərbaycanlı qrossmeyster Namiq Quliyev chess.az saytına eksklüziv müsahibə verib. Azsport.az saytı müsahibəni olduğu kimi öz oxucularına təqdim edir:

- Salam Namiq müəllim. Müsahibəyə razılıq verdiyiniz üçün sizə təşəkkür edirik. Namiq müəllim, son zamanlar dünya şahmat ictimaiyətinin gündəmini zəbt edən 16 yaşlı Əlirza Firuzca ilə sizi nə bağlayır?

- İlk öncə sizi salamlayıram. Nə bağlayır deyəndə... Mənim Əlirza ilə tanışlığım bir il bundan öncəyə təsadüf edir. Ötən ilin may ayında Paris ətrafında yerləşən Orseydə rapid və blitz üzrə Fransanın açıq birinciliyi keçirilirdi. Komandamız güclülər dəstəsinə vəsiqə qazanmışdır və bizim əlavə güclü oyunçuya ehtiyacı var idi. O vaxtlar Firuzca artıq mənim diqqətimdə idi, onun oyunlarını izləyirdim və onunla yaxından maraqlanırdım. Və bu anda gözlənilmədən təklif onun özündən gəldi. Xəbər göndərdi ki, sizin klubda oynamaq istəyirəm. Ozü də təkcə oynamaq yox, ümumiyyətlə ailəvi olaraq Fransada yaşamaq istədiklərini bildirdilər. Həmin vaxtdan Əlirza Firuzcaya kömək etməyə başladım. Onların Fransaya köçmək istədiyini şəhərimizin meri və Fransa Şahmat Federasiyasının (FŞF) diqqətinə çatdırdım, onlar da bunun reallaşması üçün əllərindən gələni etdilər.

- Bəs Firuzcanın qarşısında belə bir yaxşılığın qarşılığında hər hansı bir tələb qoyulmuşdurmu?


- Bəli! Ondan tələb olunurdu ki, tezliklə 2700 reytinq səviyyəsinə yüksəlsin və mötəbər Veyk-An-Zee turnirinə vəsiqə qazanmağa çalışsın. Bildiyimiz kimi o hər iki tələbin öhdəsindən layiqincə gəldi. Və Əlirza artıq ailəsi ilə birlikdə mənimlə eyni şəhərdə, Şartrda yaşayır.

- Bu müddət ərzində Firuzcanın məşqçisi kim olub?

- Ötən ilin sonunda Moskvada keçirilən rapid və blitz üzrə dünya çempionatına qədər Əlirzaya həm şahmatda, həm də şahmatdan kənar həyatında tək özüm köməklik edirdim. Bildiyiniz kimi onun inkişafı çox sürətlə gedir və biz sonradan belə bir qərara gəldik ki, onunla artıq məşqçilər korpusu çalışmalıdır. Onların adlarını heç o ozü də sizə deməz yəqin ki, mənim deməyim isə heç doğru olmaz.

- Deməli siz onu hamıdan yaxşı tanıyırsınız. Sizcə, Əlirzanın gələcəkdə dünya çempionu olmaq potensialı varmı?

- Əlbəttə. Onun çox böyük potensialı var. Onun performansına artıq hamı bələddir. Biz isə onun potensialını daha öncədən görmüşdük. O hələ o qədər də populyar deyilidi, amma biz artıq onu izləyirdik və onunla maraqlanırdıq. Firuzcanın ancaq şahmata köklənməsi üçün onun üçün tam şərait yaradılıb. Onu narahat edə biləcək bütün problemləri həll olunub. O bura gəldiyi ilk gündə ona yarızarafat söylədim ki, klubun prezidenti ondan ancaq dünya çempionu olmasını gözləyir. Biz də komanda olaraq ancaq bu məqsəd uğrunda işləyirik. Moskvada Maqnus Karlsen üzərində qələbə qazanmaq planlaşdırırdıq, təəsüf ki alınmadı. Amma Əlirza bunu aprelin 14-də “Banter Blitz Cup”da bacardı.

- Əlirzanın soyadı müxtlif dillərdə fərqli tələffüs olunur. Onun soyadının dəqiq səslənməsi necədir?

- Firuzca.

- Bu sualı sizə ünvanlamaq nə dərəcədə doğrudur bilmirəm, amma yenə də soruşaq. Firuzca hazırda FİDE-nin bayrağı altında çıxış edir və Fransada yaşayır. Onun Fransa yığmasına keçidi gündəmdədirmi?

- Əlirza yaşayış yerlərini tez-tez dəyişməklə vaxt itirmək istəmir. Onun və ailəsinin bura nə əziyyətlə gəlib məskünlaşmasını bilən azdır. İnsanlar ancaq onun uğurlarını izləyir, şəxsi həyatına bələd deyil. Onların Fransada keçirdikləri ilk vaxtları çox əziyyətli olub. Biz onların burada adaptasiya olunmasına kömək etdik, hər cür dəstək olduq. Ona görə da onlar artıq özlərini Şartrda öz evindəki kimi hiss edirlər və tezliklə Fransa bayrağı altında çıxış etmək məsələsi də öz həllini tapacaq. Artıq bu istiqamətdə işlər aparılır. Ancaq əsas məqsəd onu Fransa yığmasına cəlb etmək deyil, əsas məqsədimiz onun dünya çempionu olmasında yardımçı olmaqdır.

- Ona bu müddət ərzində başqa təkliflər olub?

- Əlirza Firuzca çox təklif alıb və hələ də alır. Daha dəqiq desəm, bir şahmatçının bu qədər təklif ala biləcəyini heç ağlıma belə gətirməzdim. Ancaq bir daha qeyd edim ki, tez-tez yaşayış yerini dəyişməklə vaxt itirmək olmaz. Əsas da odur ki, onun üçün Fransada kifayət qədər yaxşı şərait yaradılıb və o burada özünü xoşbəxt hiss edir.

- Firuzca oyun stilinə görə daha çox hansı dahi şahmatçıya bənzəyir?

- Əlirzanın oyun stili ilə bağlı sual çox maraqlıdır. Mənim eks-dünya çempionu Anatoliy Karpovla da bu barədə söhbətim olub. Mənim fikirimcə, hazırda Əlirza və Karlsen praqmatik şahmat oynayırlar. Onlar baxımlı şahmat oynamağa çalışırlar və bu onlarda alınır. Onlar taktiki və mövqe üslubunu çox yaxşı uzlaşdırırlar. Onu da nəzərə alaq ki, biz yüksək texnologiyalar dövründə yaşayırıq və ona görə də indiki şahmatçılar kompüterlərin köməyi ilə maşın kimi oynayırlar.

- Çıxış etdiyiniz "C`Chartres Eches" şahmat klubu bu il xeyli güclənəcək. Belə heyətə sahib olan klubun qarşısında hansı məqsədlər qoyulub?

- Əlbəttə ki, Əlirzanın sayəsində komandmızın xeyli güclənməsini arzu edirik. Fransa çempionatının iyunun əvvəlinə keçirilməsi planlaşdırılır (4-14 iyun). Əlirza da öz növbəsində klubumuzun şərəfini qoruyacağı günü səbirsizliklə gözləyir. O hətta bunun üçün Maqnus Karlsenin da çıxış edəcəyi mötəbər Stavanger turnirindən imtina edib. Əslində mən onun bu addımını elə də doğru saymıram. Biz Əlirzanın uğur qazanması üçün klubumuzun maraqlarını qurban verməyə hazırıq, amma o fərqli düşünür. Biz də öz növbəmizdə Fransa çempionatında uğurlu çıxış edib klublar arasında Avropa çempionatına yollanmağa çalışacağıq. Bu mənim işimin bir hissəsidir. Əgər diqqət yetirsəniz o son oyunlarında artıq bizim "C`Chartres Eches" klubunun köynəyində oynayır.

- Azərbaycanda da kifayət qədər perspektivli şahmatçı var. Məsələn Aydın Süleymanlı. 14 yaşında “Aeroflot Open” kimi yarışın qalibi oldu. Sizcə bizim gənclərə 16-17 yaşında Firuzca səviyyəsinə yüksəlmək üçün nə lazımdır? Tövsiyələrinizi eşitmək maraqlı olardı.

- Mən hər zaman azərbaycanlı gənclərin çıxışını nəinki izləmişəm hətta onlara əlimdən gələn köməklik etməyə də çalışmışam. Bundan sonra da edəcəm. Xatırladım ki, 2006-cı ildə o vaxtların çox perspektivli şahmatçısı hesab olunan Şəhriyar Məmmədyarovu Fransaya çıxış etdiyim kluba dəvət etmişdim. Şəhriyar o vaxt yenicə gənclər arasında dünya çempionu olmuşdu.

Hal hazırda da çox güclü potensialı olan gənc qrossmeysterimiz Vüqar Əsədlini də klubumuza dəvət etmişəm. Çox ümidliyəm ki, Vüqarın bizim klubdakı çıxışı onun üçün əla tramplin olacaq. Yeri gəlmişkən, Fransada nəşr olunan “Europe Echess” jurnalında bu yaxınlarda komandamızın daha bir üzvü Rauf Məmmədovun və gənc Aydın Süleymanlının “Aeroflot Open”də oynadıqları partiyaları onların özlərinin təhlili ilə oxuculara təqdim olunacaq. Məsləhətə gəlincə, vaxt iriməsinlər, ilk növbədə hər şey onların özlərinin əlindədir. Onlar qarşılarına məqsədlər qoymalıdırlar və çox çalışmalıdırlar. İdmanda hansısa uğurla kifayətlənmək olmaz. Konkret olaraq isə, yaxşı məşqçilər və yaxşı turnirlərdə iştirak etmək üçün güclü maliyyə dəstəyi lazımdır.


Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 717 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
30.04.2024 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29.04.2024 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29.04.2024 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
25.04.2024 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
15.02.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə 2-ci yeri tutub
27.01.2024 Azərbaycanın şahmat məşqçisi beynəlxalq mükafat alıb
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
14.12.2023 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında iştirak edir
14.12.2023 Bakıda Qənirə Paşayevanın xatirəsinə həsr olunan şahmat turniri keçiriləcək


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru