Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Nüfuz və milyardların itirilməsi
Tarix: 08.04.2020 | Saat: 12:04:00 | E-mail | Çapa göndər
Koronavirus pandemiyasının dünya idmanında yaratdığı böhran

Mart ayının ortalarında, adı açıqlanmayan ispan bioloqlarından birinin sosial şəbəkələrdə ildırım sürəti ilə yayılan sitatında deyilirdi: “Futbolçulara ayda milyonlarla avro, bioloqlara isə 1800 avro verirsiniz. İndi müalicəyə ehtiyacınız var. Qoy Ronaldo ya Messi vaksin tapsınlar”. Sitatın saxta olmasına baxmayaraq, pandemiya zamanı Avropadakı əhval-ruhiyyəni yaxşı əks etdirirdi.

Belə ki, İngiltərə Premyer liqasının oyunçularına maaşlarının 30 faiz azaldılması ilə bağlı klubları tərəfindən müqavilə imzalamaq təklif olunsa da, oyunçuların Həmkarlar İittifaqı razılaşmanı imzalamaqdan imtina edib.

İngiltərənin səhiyyə naziri Matt Hankok bununla bağlı futbolçulara müraciət edib. Buna cavab olaraq Həmkarlar İttifaqı bildirib ki, bu razılaşma imzalanarsa dövlət büdcəsi vergi ödəmələri şəklində təxminən 200 milyon funt sterlinq itirəcək. Hakimiyyət isə bu razılaşmanın 200 milyon funt sterlinqdən daha vacib olan klublarda minlərlə iş yerinin qorunmasına kömək edəcəyini qeyd edib.

Amma təkcə oyunçular deyil, klubların özləri də İngiltərə ictimaiyyətinin narazılığına səbəb olurlar. Xüsusilə Çempionlar Liqasının hazırkı qalibi, Premyer Liqanın lideri "Liverpul", eləcə də "Tottenhem", "Bornmut", "Nyukasl" və "Norviç" iş yerlərinin qorunması üçün dövlət proqramından faydalanıblar. Belə ki, əmək haqqının 80 faizini dövlət (ayda 2.5 min funt sterlinqə qədər), qalan 20 faizini işəgötürən ödəyir. "Bornmut", "Norviç" və qismən "Nyukasl"ın dövlət proqramından yararlanması zəruri bir tədbirdir. Amma gəliri yüz milyonlarla funt sterlinq dəyərində qiymətləndirilən Çempionlar liqasının keçənilki finalçıları haqqında bunu demək olmaz.

“Liverpul”un keçmiş kapitanı Ceymi Karrager özünün döğma klubunun "hörmət və nüfuzunu itirdiyini" vurğulayıb. Klubun digər veteranları da bununla bağlı etirazlarını bildiriblər.

“Liverpul”a keçən mövsüm klub agent ödəmələrinə 40 milyon funt sterlinqdən çox pul xərcləndiyi və klubun vergi ödənişlərinə qədərki mənfəətinin 43 milyon funt sterlinq olduğu xatırladılıb. Vurğulanıb ki, klub az maaşlı işçilərin maaşlarını verə bilməyib və rəhbərlik vergi ödəyicilərinin cibinə girib.

"Tottenhem” klubunun prezidenti Daniel Levinin məvacibinin üzə çıxması da qarışıqlığa səbəb olub. Bu, Premyer liqa standartları ilə rekord səviyyəyə - 7 milyon funt sterlinqə çatıb. Baxmayaraq ki, uğurlu 2018/19 mövsümündən sonra klubun borcu anlaşılmaz səbəblərdən artıb və yeni stadion vaxtında istifadəyə verilməyib. Futbolçulara və klub rəhbərliyinə ödənilən böyük pullara, eləcə də hökumətin yardımına baxmayaraq, “Liverpul” ayda 720 min funt sterlinq qənaət etmək məqsədilə texniki heyətin yarısını işdən azad edib. “Tottenhem” futbolçu və rəhbərliyin məvaciblərini saxlamaqla işçilərin maaşını əhəmiyyətli dərəcədə azaldıb.

Digər aparıcı futbol ölkələrində sosial bərabərsizlik məsələsi o qədər də kəskin deyil. Klubların oyunçuları iş yerlərini qorumaq üçün maaşların azaldılmasına razılıq veriblər. Məsələn, İspaniyanın "Barselona" və "Atletiko" oyunçuları 70 faiz endirimə gediblər.

Milyardlarla itki və iflas

İngiltərə Premyer liqası bütün futbol liqaları arasında ən yüksək pul dövriyyəsinə sahibdir. Koronavirus səbəbiylə liqanın ümumi itkisi 1,1 milyard funt sterlinqdən (1.4 milyard dollar) çox ola bilər. Ancaq cari mövsüm vaxtından əvvəl başa çatsa vəziyyət daha da pisləşəcək. İngiltərə çempionatında ən çox oyun aparıcı liqalar arasında oynanılmayıb - 92. Turnir keçirilməzsə, Premyer liqa yayımçı və sponsorların davası riski ilə üzləşəcək.
Xüsusilə, klublar Sky və BT Sport yayımçılarına cəmi 762 milyon funt sterlinq (949 milyon dollar) ödəməli olacaqlar. Bu, bir çox komandanın maddi vəziyyətinin çökməsinə səbəb olacaq. Buna görə İngiltərə Futbol Assosiasiyası İngiltərə çempionatının ikinci ən güclü divizionu olan Premyer liqa və Çempionşipdə mövsümün sonunu elan etməyib.

“Reuters” agentliyinə görə, digər beş aparıcı ölkənin liqalarına gəldikdə, onların erkən başa çatması teleyayım müqaviləsinə əsasən İspaniya çempionatını 600 milyon avro (662 milyon dollar), İtaliyanı - 450 milyon avro (496 milyon dollar) ziyana salacaq. Almaniya və Fransada maksimum itkilər müvafiq olaraq 400 milyon avro (441 milyon dollar) və 200 milyon avro (221 milyon dollar) ola bilər. UEFA prezidenti Aleksander Çeferin assosiasiyaları mövsümlərin erkən başa çatması ilə bağlı qərar verməməyə və avqustun əvvəlinə qədər oynamağa çalışmağa çağırıb. Amma İngiltərə Premyer liqasının rəhbərliyi koronavirus pandemiyasına görə mövsümün vaxtından əvvəl tamamlanmasını elan etməyə hazırlaşır.

“Sport.es”in məlumatına görə, böhrana görə rekord itkilər italyan klublarına dəyib. "Milan" 145 milyon avro (160 milyon dollar), "Yuventus" 140 milyon avro (154 milyon dollar), "Roma" 120 milyon avro (129 milyon dollar) itirib, yalnız Berqamodan olan “Atalanta” liqada uğurlu çıxışı sayəsində qazanıb. İtaliya klublarının ümumi borcu 2,5 milyard avroya yüksəlib və bir çox komandaların vəziyyəti son həddə çatıb. İtaliya futbolunun uzunmüddətli lideri "Yuventus" çətin vəziyyətdədir - ciddi maliyyə çətinliyi üzündən portuqaliyalı yarımmüdafiəçi Kriştianu Ronaldu da daxil olmaqla liderləri ilə ayrıla bilər.

Koronavirus artıq bir çox futbol klublarını sıradan çıxardıb. Bu təkcə aşağı liqaların komandalarına aid deyil. Məsələn, bu günlərdə yeddiqat Slovakiya çempionu "Jilina" iflas elan olunub. Ciddi itkilərə görə, UEFA klubları tezliklə daha çox qazanc xərcləməyi qadağan edən ədalətli oyunun maliyyə qaydalarının müvəqqəti ləğvi imkanını nəzərdən keçirəcəklər.
Böhran oyunçuların transfer dəyərinə təsir göstərir. Eniş dərəcəsi oyunçunun yaşına, müqavilənin müddətinə və son nəticələrə görə dəyişir. CIES Futbol Rəsədxanasına görə, ən böyük transfer qiymət itkisi müqavilələrinin müddəti başa çatan futbolçulara təsir edəcək. Məsələn, dünya çempionu, "Mançester Yunayted"in fransız yarımmüdafiəçisi Pol Poqbanın (106 milyon avro qarşılığında “Yuventus”dan transfer olunub) dəyəri 65 milyon avrodan (72 milyon dollar) 35 milyon avroya (38,6 milyon dollar) düşüb.

Klublardan ən çox Fransanın “Marsel” klubunun futbolçularının ümumi dəyəri düşüb - 37,9 faiz. İspaniyanın "Barselona" və "Real" oyunçuları 31 faiz, Almaniyanın "Bavariya" klubunun futbolçuları 33 faiz, İtaliyanın "İnter" klubunun oyunçuları isə 35,7 faiz dəyərsizləşib.

Beynəlxalq Futbol Federasiyası (FİFA) böhranın iqtisadi təsirini öyrənmək üçün üç komitə yaradıb. Bundan əlavə, məmurlar əmək haqqı büdcəsinin 75-80 faizini inhisar edən oyunçuların, məşqçilərin və işçilərin maaşlarının azaldılması proqramını hazırlayırlar. Bu anda, ümumi əmək haqqının 65 faizədək azaldılması barədə söhbət gedir. Bundan əlavə, FIFA böhrana qarşı mübarizədə ehtiyat fondundakı 2,7 milyard dollar məbləğində qənaət hesabına maliyyə dəstəyi etməyi planlaşdırır.
“Avro-2020”nin transferi üçün 400 milyon avro
12 ölkədə keçiriləcək futbol üzrə Avropa Çempionatının 2021-ci ilə təxirə salınması bütün futbol dünyasında maddi vəziyyətə ciddi təsir edəcək. Bir sıra digər turnirlər, xüsusən futbol üzrə qadınlar arasında dünya çempionatı, klublararası dünya çempionatı və Cənubi Amerika kuboku təxirə salınacaq. Beləliklə, təkcə UEFA deyil, FİFA da itki verəcək. “Athletics”in məlumatına görə, Çeferin kontinental çempionatın başqa vaxta keçirilməsinə görə, təzminat olaraq futbol liqalarından 275 milyon avro (306 milyon dollar) tələb edib, lakin UEFA bu məlumatı təkzib edib. Ümumilikdə isə ziyanın 400 milyon avro (446 milyon dollar) təşkil edəcəyi bildirilir.

"Forbes"in məlumatına görə, UEFA-nın Avropa çempionatının keçirilməsindən əldə etdiyi gəlir 2,5 milyard avro (2,8 milyard dollar), qazanc 1 milyard avro (1,1 milyard dollar) ola bilər. Beləliklə, orta hesabla UEFA-ya daxil olan 55 milli assosiasiyanın hər birinə təqribən 18 milyon avro (19,9 milyon dollar) düşürdü. Turnirin başqa vaxta keçirilməsindən sonra ümumi iqtisadi vəziyyətə görə belə bir qazanc əldə edilə bilməz. Yəqin ki, artıq bir çox şirkət Avropa çempionatına vaxt tapmayacaq və buna görə də milli federasiyalar UEFA-dan daha az pul alacaqlar. Ancaq mümkün itkilərə baxmayaraq, UEFA-nın ən böyük sponsoru təxirə salınma qərarını dəstəkləyib.

Olimpiada itkiləri

Tomas Baxın rəhbərlik etdiyi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbərliyi uzun müddət hər cür şəkildə olimpiadanın 2021-ci ilə təxirə salınması faktını rədd edib. Ancaq idmançıların və milli olimpiya komitələrinin təzyiqi ilə belə bir addım atıb (əvvəllər Oyunlar yalnız Birinci və İkinci dünya müharibələri dövründə ləğv edilib).

“Reuters” agentliyinə görə, tarixlərin təxirə salınması səbəbindən “Tokio-2020” Təşkilat Komitəsinin itkisi təxminən 2,7 milyard dollar təşkil edəcək, bunun çox hissəsi binaların icarəyə götürülməsinə və xidmət personalı üçün maaşlara xərclənəcək. Eyni zamanda, təşkilat komitəsinin, sponsorların və yayımçıların ümumi itkilərinin təqribən 5,5 milyard dollar təşkil edəcəyi bildirilir. Olimpiya Oyunlarının təxirə salınması səbəbindən beynəlxalq federasiyalar BOK-dan yardım ala bilməyəcəklər. Bu da müəyyən maliyyə problemləri yaradacaq.

“Tokio-2020”dən fərqli olaraq, Beynəlxalq Hokkey Federasiyası (IIHF) və İsveçrədə 2020-ci il dünya çempionatının təşkilat komitəsi turnirin ləğvi səbəbindən ciddi itki verməyəcək.
Tennis mövsümü də təhlükədədir. Koronavirusun ilk böyük qurbanı nüfuzlu “Indian Wells” turniri (ABŞ) olub. “The Guardian” nəşrinin yazdığına görə, təşkilatçılara 50 milyon dollardan çox zərər dəyib. Daha sonra “Rolan Qarros” payıza təxirə salınıb, Uimbldon turniri isə 133 illik tarixdə ilk dəfə keçirilməyəcək.

Yalnız İngiltərə turnirlərinin ləğvindən sonra yerli tennis birliyi təxminən 200 milyon funt sterlinq (243 milyon dollar) itirəcək.
2020-ci il mövsümünün "Formula-1" yarışları üzrə dünya çempionatının təqvimi 22-dən 15-ə endirilə bilər. Hazırda Monako qran-prisi ləğv edilib, Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Azərbaycanda mərhələlər qeyri-müəyyən müddətə təxirə salınıb. Xarici KİV-lərin verdiyi məlumata görə “Formula-1” komandalarını böyük itkilər gözləyir. Belə ki, beş yarış ləğv olunarsa, bütün komandalar ümumilikdə, təxminən 100 milyon dollar itirəcəklər.

“Forbes”in məlumatlarına görə, mart və aprel aylarında Şimali Amerikanın üç böyük liqası - Milli Hokkey Liqası (NHL), Milli Basketbol Assosiasiyası (NBA) və “Major League Baseball” (MLB) - cəmi 4 milyard dollardan çox itirib.

Şimali Amerikanın populyar idman layihələri haqqında danışarkən, son turnirləri tamaşaçısız və ABŞ xaricində keçirməyə məcbur olan UFC haqqında unutmaq olmaz. Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov ilə Amerikalı Toni Fergüson arasında aprel ayına planlaşdırılan son illərin ən gözlənilən döyüşü baş tutmayıb.

Tərcümə etdi:
Bəsti Sabir qızı


Xəbər 592 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru