Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Yaponiyanın NHK World telekanalı “Tokio-2020” üçün hazırlanmış Azərbaycan kimonosu barədə süjet yayımlayıb
Tarix: 02.03.2020 | Saat: 12:45:00 | E-mail | Çapa göndər
Yaponiyanın NHK World telekanalı “Tokio-2020” Olimpiya və Paralimpiya oyunları üçün hazırlanmış Azərbaycan kimonosu barədə süjet yayımlayıb.

Süjetdə Azərbaycanın coğrafi mövqeyi, zəngin mədəniyyəti, sürətli inkişafı barədə məlumat verilib. Neft və qaz ehtiyatları ilə zəngin ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı xüsusi qeyd edilib. Bildirilib ki, “Imagine One World – Kimono Project” layihəsi çərçivəsində “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının iştirakçı ölkəsi kimi Azərbaycan kimonosu da hazırlanıb. Layihənin iştirakçılarından tanınmış kimono ustası 76 yaşlı dizayner Akehiro Morikava haqqında ətraflı məlumatın verildiyi süjetdə Azərbaycan kimonosu üzərində işin uzun müddət davam etdiyi, ölkəmizin Yaponiyadakı səfirliyi və diaspor fəalları ilə müzakirələr aparıldığı qeyd olunub. Azərbaycanın milli ornamentlərinin əks edildiyi kimononun hazırlanması ilə əlaqədar layihənin nümayəndələri dəfələrlə səfirlikdə olub, müvəqqəti işlər vəkili Fərid Talıbov ilə kimononun layihəsi barədə fikir mübadiləsi aparıblar. Həmin görüşlərdə verilən tövsiyələr əsasında Azərbaycana həsr olunan kimono hazırlanıb. Kimono üçün kəmər – obi isə Kioto şəhərində fəaliyyət göstərən “Shiko Co.Ltd” şirkəti tərəfindən düzəldilib.

Bildirilib ki, layihənin əsas məqsədi yapon mədəniyyətinin ənənələrini bütün dünyaya təqdim etmək, “Tokio-2020” Olimpiya və Paralimpiya oyunlarına qatılacaq ölkələrin Yaponiyada təşviqi, ölkələr arasında dostluq əlaqələrinin gücləndirilməsidir. Azərbaycan kimonosunun hazırlanmasının sponsoru isə Osaka şəhərində fəaliyyət göstərən “Sakae Unyu Kogyo Co.Ltd” daşıma şirkətidir.

Süjetdə F.Talıbov bildirib ki, Azərbaycan kimonosu ölkəmizin müasir inkişafı və mədəni ənənələri nəzərə alınaraq hazırlanıb. Kimonoda dövlət bayrağının rəngləri, milli atributlar kimi tanınan nar və buta, Bakının rəmzinə çevrilmiş “Alov qüllələri” əksini tapıb. Kimononun hazırlanmasında əsas məqsəd ölkəmizin zəngin mədəniyyətinin və müasir gözəlliyinin Yaponiyada daha geniş tanıdılmasıdır.

F.Talıbov kimonoda yer almış təsvirlər haqqında ətraflı məlumat verib və kimono layihəsinin üzvlərinə, xüsusən də layihənin dizayneri Akehiro Morikavaya bu cür gözəl sənət əsərinə görə minnətdarlığını bildirib.

Layihənin dizayneri, tanınmış kimono ustası Akehiro Morikava da öz növbəsində layihənin reallaşmasında, Azərbaycan üçün hazırlanmış kimononun milli cəhətlər nəzərə alınaraq hazırlanmasında göstərilən köməyə görə səfirliyə və Azərbaycan diasporunun nümayəndələrinə minnətdarlığını ifadə edib. Bildirib ki, Azərbaycan kimonosu məhz bu əməkdaşlıq və qarşılıqlı anlaşma nəticəsində çox gözəl alınıb.

Süjetdə Azərbaycan kimonosunun hazırda Tokioda yaşayan həmyerlimiz Səidə Hacı tərəfindən təqdim edildiyi kadrlara da geniş yer verilib.

AZƏRTAC
Xəbər 884 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
25.10.2021 Yaponiya jurnalı Azərbaycan idmançılarının Tokio Olimpiadasında uğurlu çıxışlarına həsr olunan məqalə yayıb
08.09.2021 Tokio Yay Olimpiya və Paralimpiya oyunları zamanı komandaların üzvlərindən 863 nəfər koronavirusa yoluxub
07.09.2021 “Tokio-2020”də uğurla çıxış edən milli Paralimpiya komandamızın üzvlərinin sonuncu qrupu Vətənə qayıdıb
06.09.2021 Paralimpiyaçılarımızın triumfu: İdmançılarımız Azərbaycanın milli Paralimpiya tarixində qızıl səhifə yazdılar
05.09.2021 “Tokio-2020” XVI Yay Paralimpiya Oyunları təntənəli bağlanış mərasimi ilə başa çatıb
05.09.2021 İlqar Rəhimov: Azərbaycan paralimpiyaçıları Tokio Oyunlarını görünməmiş, möhtəşəm qələbələrlə başa vurdular
04.09.2021 Birinci vitse-prezident Mehriban Əliyeva Yay Paralimpiya Oyunlarında uğur qazanan idmançılarımızı təbrik edib
04.09.2021 Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında növbəti qızıl medallar qazanan idmançılarımızı təbrik edib
04.09.2021 Azərbaycan Tokio Paralimpiadasını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub
04.09.2021 Azərbaycan Tokio Paralimpiadasında 13-cü qızıl medalını qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru