“ABC” Təhsil Mərkəzində oğlanlar və qızlar arasında şahmat üzrə turnir keçirilib.
Turnirdə A, B, C və D qrupunda 40 şahmatçı (onlardan 8 nəfəri qızdır) İsveçrə sistemi üzrə 9 turda mübarizə aparıb.
Yekun nəticələrə görə, A qrupunda Fikrət Orucov, Leyla Əsgərli, Əziz Baloğlanov ilk üçlükdə qərarlaşıblar. Gülay Nəsibova, Danila Pivkin, İsaq Əliyev B qrupunda, Abbas Qurbanov, Anar Hüseynzadə, Nazlı Qələndərzadə C qrupunda fərqləniblər. Timur Zuyev, Hökumə Vəliyeva, Lamiyə Əsədova isə D qrupunda mükafata layiq yerlər tutublar.
Yarışda ilk üç yeri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.
|