Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Mübarizə bitdi, ümid tükəndi
Tarix: 03.12.2019 | Saat: 08:13:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Dəyişmək üçün ən azı özünə hesabat verməlisən

Futbol klublarımızın transferlərə, oyunçu siyasətinə, deməli, skautluğa, menecermentdən başlamaqla, futbolun idman növü kimi sistemini təşkil edən təməl prinsiplərə qeyri-peşəkar yanaşmasını mütəmadi olaraq xüsusi vurğulayırıq. Bunu hər dəfə müəyyən notlarla, nümunələrlə əsaslandırmağa çalışır və aqibətinin ağır olacağını deyirik.

Lakin deyilənlərin əsassız olmadığı aydın görünsə belə, hər dəfə ümid yalnız ona qalır ki, ayrı-ayrı müsbət nəticələr klubları az-çox düşünməyə vadar edəcək. Əks təqdirdə, ötəri, başqa sözlə, kökü olmayan uğur vakuumda o yan bu yana fırlanan cism kimidir: dayağı, söykənəcəyi, tutacağı olmur və zərbə qəfil gələrək fəsadı ağır olur.

Builki Avroliqada "Qarabağ"ın azarkeşlərini, futbolsevərləri və ümumən, bütün futbolumuzu belə fəsad altına qoymaması üçün komandanın qrupdan çıxması şərt idi. Azərbaycan çempionunun Kipr təmsilçisindən güclü olmadığını, futbolda daha fərqli səviyyələrdə olan komandaların məğlubiyyətlərini nümunə çəkib təsəlli tapmaq da mümkündür. Amma bu, özünü aldatmaqdan başqa bir şey deyil. Özü də müsbət nəticələr əldə ediləndə yağdırılan təriflərdən də ağır zərbə və təhlükə mənbəyidir. Bu gün "Qarabağ"ı düşdüyü vəziyyətə gətirib çıxaran əsas səbəb də budur.

Əlbəttə, özünə bərabər rəqibə məğlub ola, geri qala bilərsən. Lakin bataqlığa girib çırpınmaqla ümidsizləşmək artıq bir yolun sonuna çatmağın işarəsidir.

Deyərdim ki, bugünkü ssenarili "Qarabağ" tükənib. Ümid var idi ki, Sevilyada, nəticə ilə olmasa da, oyunla komanda özünə gəlməyə çalışacaq, həm də yenilik siqnalı verəcək. Bir qayda olaraq siqnallar məhz belə oyunlarda verilir. Lakin qarşılaşmada komanda və onun sükançısı tükəndiyini bir daha göstərdi. Deyəsən, "Qarabağ" ölkə çempionatında rəqibsizlikdən, baş məşqçisi isə bilikləri təzələməyə vaxt tapmamaqdan əziyyət çəkir - yorulub, yorğunlaşıblar. Sükançı yaxşı məşqçi korpusunu qura, rəhbərlik idarəçilik imkanlarını genişləndirə, strateji hədəfləri qura bilməməkdən, sistemsizlikdən əziyyət çəkir. Ən azı, "Qarabağ" vaxtilə sürətlə böyüyən gəncləri yığmaqla yanaşı, bu işin təməlini möhkəmləndirməli idi. İndi buna cəhd də yoxdur. "Qarabağ" son illər gənclərin barıtının bitdiyi bir kluba çevrilib.

Sevilyadakı ilk hissəsi aldadıcı təsirli qarşılaşmadan danışmağa ehtiyac yoxdur. Ona görə ki, "Qarabağ", obyektiv olaraq, rəqibin verdiyi imkan qədər oynaya bilirdi.
Yarışdan bəhs etsək, yaxşıdır: yarış göstərdi ki, son iki ildə Ağdam klubu transferlərində də ardıcıl iflasa düçar olur. Əlbəttə, bunu Avropa səhnəsi prizmasından və həmin meyarları etalon götürüb deyirik. Yoxsa ki, heyət milli çempionat səviyyəsində at oynatmağa yetərlidir. "Qarabağ"ın transferdə effektə nail ola bilməməsinin cavabı, kobud desək, "bu işə peşəkarcasına yanaşılmır və bu işlə peşəkarlar, həm də müntəzəm məşğul olmur" ifadəsindədir. Hərçənd bunun başqa səbəbi də var: komandada sistemli və planlı təməl yoxdur. Ser Aleks Fergüsonun "Mançester Yunayted"inin tarixçəsini, yəqin, çoxları bilir. Əlbəttə, "Qarabağ"ın "Yunayted"liyindən danışmırıq. Amma keçilən yol "Qarabağ" rəhbərliyinə nümunə ola bilər. Azərbaycan çempionu bu gün çoxlarına məlum başqa bir tarixçəni təkrarlayır: Romantsevli "Spartak"ınkını.

Bu yolu getməmək üçün ehkamları dağıtmaq lazımdır və zənnimcə, çempiona son fürsətdir. "Qarabağ"ın elə Avropa liqasının kandarında fırlanaraq bu futbolun içinə daxil ola bilməyən bir komandaya çevrilməsi daha təhlükəlidir. Hərgah komanda Çempionlar liqasının qrup mərhələlərində bunları etsəydi, ümidsizliyə qapılmamağa əsas olmazdı.

Əlbəttə, "Qarabağ"ı buna qədər futbola gəlib parlayaraq solmuş klubların aqibətinin gözləmədiyinə inam və ümid var. Ağdam klubu vaxtilə yüksəlişdən sonra enişlər də yaşayıb, fəqət bu halın təkrarlanacağı istisna deyil. Komanda hər cəhətdən sanki yorğunlaşıb, arğınlaşıb və nəticədə, durğunlaşıb. Komanda zamanla budanmır, dəyişmir, yeniləşmək istəmir. Bundan tək özü deyil, bütün futbolumuz əziyyət çəkir.

Normal milli çempionatda möhkəm ortababların olmaması bütün ümidi məhz kökü olan klublara dayayıb. Bu missiyanı yerinə yetirmək üçün klub nəyəsə cəhd etməlidir ki, təkanverici qüvvəyə çevrilsin, inkişafa zəmin yaransın.
Ümumilikdə, belə durğunluqların əsas səbəbi hesabatsızlıqdır. Hesabatın kökündə isə hesab dayanır. Məcburi deyil ki, hesab ictimailəşmiş və hərfi mənası ilə olsun. Ən vacibi, klub özü qarşısında təkcə maliyyə deyil, futbolun əsasını təşkil edən cəhətlər üzrə hesabatlılığı yaratmalı və ona güvənməlidir. Əks təqdirdə, elə indiki kimi, hər dövr, yaxın-uzaq müddətlər üçün plan və strategiyanı, konsepsiyanı qura bilməyəcək. Yekunda sabit-durğun vəziyyət fonunda gah nala, gah mıxa vuran, gah yüksələn, gah da enən bir mənzərə yaranacaq. Bununla inkişaf yüksəliş kimi, eniş isə səbəbi tapılan əsaslardan ibarət olacaq. Xatırlamaq da yerinə düşər ki, hər tikilinin təməli olduğu kimi, klubun da bazasının, heç olmazsa, söykəndiyi meyarlar, prinsiplər bəlli olmalıdır.

BATI YAR
Xəbər 1308 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru