Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
25/04 | 12:05 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycanı 80-dək idmançı təmsil edəcək
25/04 | 11:44 "Şamaxı" rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib
25/04 | 09:51 Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə Bakıda “Yenilməzlər” adlı qala-təqdimat keçiriləcək
Tarix: 31.10.2019 | Saat: 11:30:00 | E-mail | Çapa göndər
Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə Bakıda keçiriləcək “Yenilməzlər” adlı beynəlxalq qalada qeyri-adi şou təqdim olunacaq.

Heydər Əliyev Fondunun və Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə noyabrın 13-də baş tutacaq tədbir özünəməxsusluğu ilə seçiləcək.

Fiziki məhdudiyyətli insanların həyat hekayələri kölgə teatrı, ultrabənövşəyi şou və pantomima tamaşaları vasitəsilə təqdim olunacaq. Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi rejissor Nicat Kazımovun rəhbərliyi ilə artıq həmin tamaşaların məşqlərinə başlayıb.

Bu tədbirdə tamaşaçılar fiziki məhdudiyyətlərə baxmayaraq, uğur qazanmış insanların həyat hekayələrini birbaşa onların dilindən eşidəcəklər.

“Yenilməzlərin” ilk qonaqları fiziki məhdudiyyətlər qarşısında yenilməyən, çətinlikləri aşaraq həm idmanda, həm də ictimai həyatda böyük uğurlar qazanaraq dünya səviyyəsində çox nüfuzlu insana çevrilməyi bacaran Sir Filip Kreven və Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entonu Sainsbari olacaq.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının fəxri cəngavər-bakalavrı, Beynəlxalq Paralimpiya Komitəsinin ikinci prezidenti Sir Filip Kreyven 16 yaşında ikən dağa dırmanma zamanı baş verən bədbəxt hadisə nəticəsində onun onurğa sütunu zədələnib. Həmin vaxtdan bəri o, əlil arabasından istifadə etməyə məcbur olub. Lakin keçirdiyi qəza və ondan sonra yaranan fiziki məhdudiyyət Filipin iradəsini sındıra bilməyib. O, idmandan nəinki uzaqlaşmayıb, əksinə bütün dünyada əlil idmanının və paralimpiya hərəkatnın inkişafına mühüm töhfələr verib. Eyni sözləri onun tərəf müqabili və Azərbaycan idmanın dostu Entoni Sainsbari haqqında da demək olar.

Adı hər bir Azərbaycan vətəndaşına yaxından tanış olan ikiqat paralimpiya çempionu İlham Zəkiyev də tədbirdə yer alan əsas qonaqlardan biri olacaq. Onun vətənə xidmət zamanı düşmən gülləsi nəticəsində görmə qabiliyyətini itirməsi, buna baxmayaraq, həyatda böyük uğurlara nail olması bədii şəkildə səhnələşdiriləcək. İlham Zəkiyev özü ilə bağlı səhnələşdirilmiş tamaşanın bir hissəsində yer alacaq.

Dünya cüdosunun tanınmış simalarından olan paralimpiya çempionu Oleq Kretsul da İlham Zəkiyevlə eyni səhnəni bölüşəcək. Oleq Kretsulun bu tədbirdə yer alması da təsadüfi deyil. Keçirdiyi avtomobil qəzasından sonra görmə qabiliyyətini itirən Oleq Kretsulun idman karyerası da iki hissəyə ayrılır. 1997-cı ildə keçirdiyi qəzaya qədər cüdo ilə məşğul olan Oleq beynəlxalq arenada çox ciddi uğurlara imza atmışdı. Qəza və görmə qabiliyyətinin itməsi onu məğlub edə bilməmiş və bu dəfə para cüdo sahəsində uğurlar qazanmış və paralimpiya çempionluğuna qədər yüksələ bilib.

Tədbirin digər maraqlı qonağı isə BMT-nin Pakistanda qadınlar üzrə xoşməramlı səfiri Muniba Mazaridir. Pakistanın “dəmir ledisi” Muniba keçirdiyi qəza nəticəsində əlil arabası istifadəçisinə çevrilib. Mühafizəkar bir cəmiyyətdə o, həm fiziki məhdudiyyətlərini, həm də digər stiqmaları aşa bilib və dünyanın nüfuzlu qadınlarından birinə çevrilib. BBC tərəfindən dünyanın 100 güclü qadınından biri, “Forbes” jurnalı tərəfindən isə dünyada 30 yaşından cavan olan 30 nüfuzlu insandan biri seçilib.
Xəbər 887 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
02.05.2023 Paralimpiyaçımız güllə atıcılığı üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb
14.03.2023 Paracüdoçumuz Xanım Hüseynova Qran-Pri turnirində qızıl medal qazanıb
15.02.2023 Tələbələr Milli Paralimpiya Komitəsində təcrübə keçəcəklər
31.01.2023 “Los-Anceles 2028” Yay Paralimpiya Oyunlarının proqramına 22 idman növü daxil edilib
28.12.2022 Paralimpiyaçılarımız cari ildə mötəbər turnirlərdə 77 medal qazanıblar
19.11.2022 AMPK-nın prezidenti Afrika Milli Paralimpiya komitələrinin iclasında iştirak edib
18.11.2022 İlqar Rəhimov Beynəlxalq Paralimpiya Komitəsinin növbədənkənar Baş Assambleyasının iclasında çıxış edib
18.11.2022 Azərbaycanda Paralimpiya hərəkatının inkişafı yüksək qiymətləndirilib
15.06.2022 Paraüzgüçümüz Vəli İsrafilov dünya çempionu olub
20.05.2022 Azərbaycan parataekvondoçusu Avropa çempionatının finalına yüksəlib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru