Oktyabrın 30-da İtaliyada parataekvondo üzrə Avropa çempionatı keçiriləcək.
Məşqçilər Fərid Tağızadə və Yaşar Səfərovun rəhbərlik etdiyi millimiz təlim-məşq toplanışını başa vuraraq oktyabrın 28-də İtaliyaya yollanıb.
Bari şəhərinin “PalaFlorio” idman arenasında keçiriləcək səkkizinci qitə çempionatda ölkəmizi kişilərin yarışında Sadiq Həmidov və Elimxan Manafov (hər ikisi K-43, 61 kq), İmaməddin Xəlilov (K-44, 61 kq), Əbülfəz Abuzərli, Hüseyn Həsənov (hər ikisi K-44, 75 kq), Vüqar Adışirinov (K44, 75 kq-dan yuxarı), qadınlardan isə Röyalə Fətəliyeva (K-44, 49 kq) və Aynur Məmmədova (K-44, 58 kq-dan yuxarı) təmsil edəcəklər.
|