Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
25/04 | 12:05 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycanı 80-dək idmançı təmsil edəcək
25/04 | 11:44 "Şamaxı" rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib
25/04 | 09:51 Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Karateçilərimiz Çilinin paytaxtı Santyaqoda keçirilən XI Dünya çempionatını 4 medalla başa vurub
Tarix: 28.10.2019 | Saat: 13:51:00 | E-mail | Çapa göndər
Yeniyetmə və gənclərdən ibarət milli komandamız Çilinin paytaxtı Santyaqoda XI Dünya çempionatını 4 medalla başa vurub.

16-18 yaşlı gənclər milli komandasının üzvləri Hüseyn Məmmədli (-61 kq) gümüş, Sultan Hüseynov (-55 kq), Hüseyn Hüseynzadə (-76 kq) və Polina Qurenko (-53 kq) isə bürünc medala sahib olub. Təsəlliverici görüşlərə qatılan Namiq Quliyev (+76 kq) Hümmət Baxşəliyev (-67 kq) və Murad Hacızadə (+84 kq) isə medalçılar arasına düşə bilməyiblər.

Azərbaycan Respublikasının Çili Respublikasında müvəqqəti işlər vəkili Yasin Cəfərov və Azərbaycan Respublikası XİN-in əməkdaşı Rüstəm Həsənzadə yarışın keçirildiyi salonda idmançılarımıza dəstək olublar.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov komandanın daha yüksək nəticə əldə etmək imkanları olduğunu bildirib: "Heyətdə yeni idmançılar olsa da, komanda əsasən titullu karateçilərdən ibarətdir. 21 yaşadək idmançılarda və 16-18 yaşlı gənclərdə bir neçə final və qızıl medal gözləyirdik. Yeniyetmələr isə belə yüksək səviyyəli yarışlara ilk dəfə çıxdığından nisbətən təcrübəsiz olurlar. Xüsusi qeyd edim ki, yarış proqramında dəyişikliklər, Çilidə baş verən hadisələr idmançıların fiziki və psixoloji durumuna mənfi təsirlərini göstərdi. Bu və digər səbəblərdən gözlədiyimiz nəticəyə tam nail ola bilməsək də, vətənə əliboş qayıtmırıq. Azərbaycan yenə də dünyanın sayılıb-seçilən karate ölkələri arasında mövqeyini qorudu. Bunu həmkarlarım da mənimlə söhbətlərində qeyd edirlər. Yarışlara iştirak etmək üçün bizə dəstək olan bütün təşkilatlara minnətdarlığımı bildirirəm. Qarşıdakı rəsmi yarışlarda da karateçilər onlara göstərilən etimadı doğrultmaq üçün bacarıqlarını əsirgəməyəcək, Azərbaycan idmanını dünyada tanıtmaqda davam edəcəklər".

Yeniyetmə və gənclər milli komandasının baş məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyev dünya çempionatı ilə bağlı federasiyasnın saytına fikirlərini bölüşüb:

“Federasiya il ərzində yeniyetmə və gənclər milli komandasını nəzərdə tutulan bütün sınaq yarışlarına göndərdi. Sınaqlara yarışlarına əsasən Dünya çempionatına özlərini doğruldan idmançılar gəlmişdi. Çilidə nəticəni qənaətbəxş hesab etmək olar. Əyarı yüksək olan daha çox medallar gözləyirdik. Lakin idmançıların iqlimə adaptasiyasında problemlər oldu.

Əvvəlcədən yarışın proqramına əsasən idmançıların çıxış edəcəyi günlərə görə ölkəyə daxil olma vaxtları hesablanmışdır ki, adaptasiyaya mənfi təsir göstərməsin. Santyaqoda siyasi durumdan asılı olaraq, yarış proqramında yaş qruplarının çıxış edəcəyi günlər dəyişdiyinə görə idmançılar iqlimə uyğunlaşması nəzərdə tutulduğu kimi olmadı. Bu səbəblərə görə avropa və dünya mükafatçılarımızın çıxışları gözlənilən nəticəni vermədi. Buna baxmayaraq onlar medal görüşlərinədək mübarizə apardılar.

Noyabrın sonunda 2020-ci il üçün yeniyetmə və gənclər milli komandasının tərkibini təyin etmək üçün Respublika çempionatı keçiriləcək. Yeni tərkib ilə gələn ilin fevralında Macarıstanda Avropa çempionatına hazırlıqlara başlayacayıq.

Təqvim planına uyğun bütün yarışlarda iştirak etməyi təmin etdiyinə görə federasiya rəhbərliyi və bizə dəstək olan bütün ali idman təşkilatlarına komanda adından minnətdarlığımı bildirirəm”.

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimova final görüşlərini idarə etmək kimi məsul vəzifələr həvalə olunub. Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarını 10 il idarə etdiyi üçün, C.Babayev WKF-in Hakimlər komitəsinin sədri Xavier Eskalante tərəfindən fəxri yubiley medalı ilə təltif edilib.


Xəbər 814 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.04.2024 Azərbaycan karateçiləri Rusiyada beynəlxalq turnirdə 4 medal qazanıblar
17.03.2024 Azərbaycan karateçisi Türkiyədə Premyer Liqada medal qazanıb
12.02.2024 Azərbaycan karateçiləri Tbilisidə keçirilən Avropa çempionatında 8 medal qazanıblar
30.01.2024 Azərbaycan döyüşçüləri Macarıstanda beş medal qazanıblar
11.12.2023 Azərbaycan karateçiləri İtaliyada iki medal qazanıblar
04.12.2023 Karate üzrə Azərbaycan çempionatına yekun vurulub
27.11.2023 Azərbaycan karateçisi dünya çempionatında tarixi uğura imza atıb
26.11.2023 Azərbaycanlı karateçi Almatıda dünya çempionu olub
22.11.2023 Azərbaycan karateçiləri dünya çempionatında iştirak edəcəklər
15.11.2023 Azərbaycan karateçiləri beynəlxalq turnirdə yeddi medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru