Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Gələcəyin olimpiyaçılarının sorağında
Tarix: 31.07.2019 | Saat: 12:18:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Bakı festivalı tarixi missiyasını yerinə yetirdi

Bakı daha bir çoxnövlü idman tədbirinə ev sahibliyi etdi. Bu dəfə qitənin gələcəyinin sorağında olan nəslin nümayəndələri paytaxtımızda özünün olimpiya festivalına toplaşdı.

İnkişafının ən yüksək həddinə çataraq, əhəmiyyəti danılmaz tarixi, sosial, mədəni fakta çevrilmiş olimpiya hərəkatının maraqlı cəhətləri var. Ən əsası, dövrün inkişaf aynasında bu hərəkata tələbat getdikcə artır, o aktuallaşır. Halbuki irqçiliyin ləğvi, cinsi və milli ayrıseçkiliyin aradan qalxdığı bəyan edilən, insan hüquqlarının yaşadığımız ali dəyər olduğu zənn olunan dünyamızda olimpizm az qala yeganə xilas missiyası ilə yüklənib. Səbəbi isə çox sadədir. Milli mədəniyyətlər, hətta bərabər sosial siniflər ünsiyyət qura, anlaşa bilməyəndə, məhz idman sosial-mədəni fenomen kimi gündəmə gəlir.

İdmanın sosial və mədəni tərəfləri də maraqlıdır. Olimpizmin banisi Kubertenin çalışıb qorumaq istədiyi həvəskarlıq prinsipi bu idealların mədəni tərəfi, onu peşəkar fəaliyyət sahəsinə çevirən qismi isə sosial aspektidir. İndi onlar cütləşib bir amala xidmət edirlər. Ən vacibi, sosial qütbləşməyə başlamış dünyamızda yeganə xilas olimpizmin genişlənməsidir.

Gənclər və İdman Nazirliyinin yaranmasının 25 illiyi qeyd edildiyi bu günlərdə Avropa gəncliyinin olimpiya festivalının Bakıda keçirilməsi məhz bu həqiqətlərə xidmət edən bir hadisə kimi də xüsusi diqqət çəkir. Sosial-mədəni, tarixi-iqtisadi həqiqətləri ilə dünya ailəsinə inteqrasiyasına xüsusi təkan olan çoxnövlü idman yarışının ölkəmizdə təşkili bu mənada xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə, belə yarışların ölkəmizə həvalə edilməsi, ilk növbədə, idman uğurlarının artması səbəbilə baş verir və Nazirliyin fəaliyyət göstərdiyi ötən 25 ildə əhəmiyyətli nailiyyətlərimiz, təşkilatçılıq bacarığı zəngin və qədim mədəni irslə birləşib Azərbaycanın tarixi ənənələrə söykənən bir sivil dünyaya sahib olduğunu dəfələrlə sübuta yetirib.
Gənclər festivalı ölkəmiz üçün də xüsusi əhəmiyyətə malikdir. O, yetişməkdə olan nəslin həm uğurlara, həm qitə idman mühitinə, həm də avropa gəncliyinə inteqrasiyasını sürətləndirir. Yeni nəslin dünya görüşünü formalaşdıran, gənclər arasında sağlam ruhu təbliğ edən bir vasitə kimi idmanın əhəmiyyyəti bir qədər də artır. Eyni zamanda bu, idmançılar nəslinin püxtələşməsinə təsir göstərir. Adını festivalda dünya idmanına yazdıran yeniyetmə və gənclər üçün fürsət meydanı açılır.

Vaxtilə olimpiya hərəkatının liderləri sırasında yer almağa başlamış belçikalı fəal Jak Roqqun yeni nəsillərin olimpiya hərəkatına cəlb edilməsi ilə bağlı layihəsi hələ 90-cı illərin lap əvvəllərində Avropada xüsusi ovqatla qarşılanaraq böyük amallara xidmət etməyə başladı. 1991-ci ildə Brüsseldə 33 qitə ölkəsindən, növlərin formatına uyğun olaraq yaşı 14-dən 18-dək olan 2100-dək idmançının iştirakı ilə 10 növdə keçirilən yarışlar hər ikiillik dövr üçün yeni ənənənin təməlini qoydu. Sonrakı ikiillikdə artıq İtaliyanın aost şəhərindən başlamaqla qış festivallarının təşkilinə də başlanıldı. Beləcə, 1999-cu ilə qədər "olimpiya günləri" adlanan forumlar ötən müddət ərzində əhəmiyyətli mədəni-sosial hadisəyə çevrilib.

Qitənin yeniyetmə və gənclərini 15-c i dəfə bir araya gətirən Bakı festivalında 48 ölkənin 3600 təmsilçisi 10 idman növü üzrə rekord sayda - 135 medal dəsti uğrunda (ümumən 300-ü qızıl, bir o qədəri gümüş və 330-u bürünc olmaqla 930 medal) mübarizə apardı.

Əlbəttə, Kuberten prinsiplərinin fəlsəfi mahiyyəti ilə "əsas qələbə deyil, iştirakdır" süzgəcindən keçirilən "sitius, altius, fortius" yüksəkliyi hərtərəfli inkişaf etmiş fiziki və mənəvi sağlam nəslin yetişdirilməsində əvəzsiz rol oynamalıdır.

Bu mənada Azərbaycan öz gəncliyi ilə bu sırada yerini bir daha təsdiq edərək, təşkilatçılığa əhəmiyyətli hadisə kimi yanaşdı. Ümumən festivalın uğurla keçirilməsinə təkan verən müvafiq qanunvericilik qərarları, təşkilat komitəsinin səmərəli fəaliyyəti, olimpiya ailəsinin əsas hərəkətverici qüvvəsinə çevrilmiş könüllülərin iştirakı şəraitində bu idmançı yeniyetmələr sammiti də başa çatdı.
Rəqəmlərin dili ilə danışsaq, 9 gün ərzində 3500-dən artıq könüllü 10 mindən artıq akkreditə olunmuş qonağa xidmət göstərdi. Bu 9 gündən 8-i ərzində paytaxt Bakının 12 idman obyektində 10 növ - atletika, basketbol, cüdo, güləş, həndbol, idman gimnastikası, tennis, veloidman, voleybol və üzgüçülükdə iştirak edənlərin gender payı - 52 faiz oğlan, 48 faiz qız olmaqla tarixə düşdü.

Əlbəttə, idmançılarımızın çıxışları daha çox diqqət mərkəzində idi. Çünki yaxın gələcəyimizin ulduzları məhz bu yeniyetmələr arasından böyük idmana atılacaq. Sifariş edilən 18 güləşçidən 16-sı medal qazanaraq (8 qızıl, 5 gümüş və 3 bürünc) yaxın illərdə də pəhləvanlıq məktəbimizin uğurlarına sevinəcəyimizə əminlik yaratdı. 12 nəfərlik komanda ilə cüdoçuların tən yarısı (2 qızıl, 1 gümüş, 2 bürünc) medal qazandı.

İdman gimnastikasında 4 təmsilçimiz arasında səməd Məmmədlinin idman atında əldə etdiyi gümüş medal isə bu növdə köklü uğurlar dövrünün başlayacağına işarə sayıla bilər.

Komandamız üçün ümumilikdə yarışlar ev sahibi kimi kütləvi iştirak imkanı ilə əhəmiyyətli idi. İlk növbədə, festivalın ruhunu hiss edən gələcəyimiz üçün bu inkişaf stimuludur. Onların örnəyi neçə-neçə həvəsli gəncin də gələcəyinə təkan verəcək. Könüllülərlə birlikdə festival ruhuna qurşanan 4 mindən artıq gənc üçün artıq yeni üfüqlər ümidindən danışa bilərik. "Əsas iştirakdır" devizinin daha bir müsbət tərəfi beynəlxalq yarış ab-havasında qazanılan təcrübədir. Bu mənada təkcə atletikada 18, gimnastikada 4, veloidmanda 6, tennisdə 4, üzgüçülükdə 6, voleybol və basketbolda 12, həndbolda 30 idmançının deyil, yüzlərlə gənc və perspektivli idmançı üçün festival "nə üçün də yox", "niyə də mən olmayım" prinsipi ilə əsl idman rəqabəti və idman coşğusuna qurşanmasına təkandır.

Daha bir maraqlı cəhət bu növlərin hər birində gələcək işin qurulması, yeni perspektivlər axtarışı, mövcud idmançı bazası ilə daha fərqli strateji hədəflərə çatmaq üçün kifayət qədər təcrübənin əldə olunmasıdır. İndi müşahidələr, monitorinq və təhlillərlə ölkə idmanının yaxın 10 ildəki simasına təsir edəcək qərarları vermək olar.

Təbii ki, hər nə qədər fərqli amallara xidmət etsə belə, yarışın idman nəticələri barədə söz açmaq lazımdır. Azərbaycan festivalın komanda hesabında 10-u qızıl, 7-si gümüş və 6-sı bürünc olmaqla, 23 medal qazanıb 4-cü yerdə qərarlaşdı. Ümumən mübarizə meydanlarında 48 ölkədən 38-i fəxri kürsüdə yer aldı. Komanda hesabının qalibi, gözlənildiyi kimi, Rusiya oldu. Ümumiyyətlə, 1-ci (qalib - Fransa) və 3-cü (qalib və ev sahibi - Böyük Britaniya) festivallar istisna olmaqla, qalan bütün yarışlarda Rusiyanın medal hegemonluğu qeyd-şərtsiz olub. Bakıda Avropa ailəsində yeni addımlar atan Kosovonun ilk tarixi medalının qızıl əyarlı olmasını vurğulamaq lazımdır. Bu vaxta qədər 15 festivaldan ikisində iştirak etməmiş Azərbaycan 27 qızıl, 19 gümüş və 25 bürünc medalla əyar göstəricisi ilə 15-ci yerdədir.

Əlbəttə, olimpiya prinsiplərinə uyğun olaraq, festivalın məqsədi, sadəcə, mübarizə meydanları deyildi. "Olimpiya mədəni və təhsili proqramı" çərçivəsində Bakının 49 məktəbi Avropadakı həmyaşıdları ilə yaxınlıq, inteqrasiya münasibətləri qurdu. Bu ünsiyyətdə mədəniyyət, tarix, incəsənət və idmanla bağlı fikirlər bölüşüldü, mübadilə aparıldı, dostluq əlaqələri quruldu. Olimpizmin ən böyük dəyəri də elə budur. Fərqli etnos, sinif, mədəni inkişaf dərəcəsi olan, lakin hamısı eyni - vahid məqsəd və amalla yaşayan yeniyetmələri bir-birinə yaxından tanıtmaq, onların hər birinin eyni dünyası olduğunu aşılamaq və bir-birinə yaxınlaşdırmaqdır. Elə Atletlər kəndində Olimpiya mədəniyyəti və idman pavilyonunda rəngarəng proqramlar da idmançılar, könüllülər, komanda üzləri və onları müşayiət edənlərin bir ailə kimi birləşməsinə təkan verən hadisə idi.

Bir sözlə, Bakı olimpiya festivalı tarixi missiyasını layiqincə yerinə yetirdi və estafeti Slovakiyanın Banska Bistritsa şəhərinə verdi.

BATI YAR

Xəbər 1083 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru