“Kapital Bank Arena”da Sumqayıt şəhərinin 70 illiyi ilə əlaqədar olaraq şəhər futbol veteranları ilə Rusiyanın Stavropol diyarının veteranları arasında dostluq oyunu keçirilib.
Matçdan öncə “Sumqayıt” futbol klubunun vitse-prezidenti Vaqif Ömərov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Veteranlar İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov, qonaqların kapitanı, Stavropol diyarının Futbol Veteranları İttifaqının rəhbəri, həmyerlimiz, deputat Məliksabit Kazımov çıxış ediblər.
Veteran hakim Anar Salmanovun idarə etdiyi qarşılaşma Sumqayıt veteranlarının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Sumqayıt veteranlarının heyətində Seymur Rəhimov və Elnur Əşrəfoğlu, Stavropol veteranlarından isə Ruslan Balkarov fərqlənib.
|