Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
25/04 | 12:05 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycanı 80-dək idmançı təmsil edəcək
25/04 | 11:44 "Şamaxı" rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib
25/04 | 09:51 Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Milli Paralimpiya Komitəsinin prezidenti könüllülərlə görüşüb
Tarix: 27.04.2019 | Saat: 05:55:00 | E-mail | Çapa göndər
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov mayın 13-14-də “Ruhun zəfəri” şüarı altında Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri yarışına dəstək verəcək “Bir könüllü” təşkilatının üzvləri ilə görüşüb.

Tədbirdə əlilliyi olan könüllülər, Qarabağ qaziləri və Təhsil Nazirliyinin “Bir könüllü” proqramının üzvləri iştirak ediblər. Azərbaycan Milli Olimpiya Komitəsində reallaşan görüşdə AMPK-nın prezidenti ölkəmizdə paralimpiya hərəkatının sürətli inkişafı, uşaq paralimpiya hərəkatı, Prezident İlham Əliyevin bu hərəkata və paralimpiyaçılara göstərdiyi diqqət və qayğı haqqında geniş məlumat verib. Komitə prezidenti mayın 13-14-də paytaxt Bakının ilk dəfə “Ruhun zəfəri” şüarı altında paracüdo üzrə beynəlxalq Qran-Pri yarışına ev sahibliyi edəcəyini vurğulayıb. O qeyd edib ki, Tokio Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran bu yarışa 36 ölkədən 345 iştirakçı qatılacaq. Onun sözlərinə görə, paracüdo üzrə Bakı Qran-Prisi əlillərin idman yarışı olduğu üçün, təşkilati işlərə fiziki məhdudiyyətli insanlar da cəlb olunub. O, bu tədbirin tamamilə inklüziv olması üçün tədbirlər görüldüyünü bildirib.

“Yarışın keçirilməsində əlilliyi olan könüllülər də yaxından iştirak edəcək. Bundan əlavə, yarış keçirilən günlərdə Heydər Əliyev adına İdman Arenasında fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası da təşkil ediləcək. Bu yarışın təşkil olunmasında tələbə könüllülərin zəhməti də yüksək qiymətləndirilməlidir”, - deyə İ.Rəhimov əlavə edib.

Komitə prezidenti yarışa hazırlıq mərhələsində görülən işlərdən də söz açıb. Onun sözlərinə görə, Bakı Qran-Prisinə həsr olunmuş plakat müsabiqəsi keçirilib. Əlil idmanının təşviqinə həsr olunmuş müsabiqənin qaliblərinə pul mükafatları verilib. O qeyd edib ki, bu idman tədbirinə həsr olunmuş “Paint Ball” yarışı da təşkil edilib. Turnirdə Paralimpiya Komitəsi, ASAN Radio, “Bir könüllü” proqramı və Qarabağ qazilərindən ibarət komandalar yarışıblar. Qarabağ qaziləri bu yarışda qalib gəliblər.

İ. Rəhimov diqqətə çatdırıb ki, olimpiyaçı və paralimpiyaçı idmançılarımızın yarışlarda paralel çıxışı ilk dəfə Bakıda keçirilən “Bakı 2015” birinci Avropa Oyunlarında və sonradan “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında gerçəkləşib: “Bu yarışlar əlil idmanının beynəlxalq və milli səviyyədə təşviqinə misilsiz töhfə verib. Belə humanist qərarları qəbul etdikləri üçün ölkə Prezidenti İlham Əliyevə və hər iki Oyunların Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürümüzü bildiririk”.

İlqar Rəhimov yarışın keçirilməsində göstərdiyi dəstəyə görə, Beynəlxalq Cüdo Federasiyasına, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasına və Azərbaycan Cüdo Federasiyasına minnətdarlığını bildirib.

Milli Paralimpiya Komitəsinin prezidenti qeyd edib ki, ölkəmizdə könüllülər institutu əsasən 2015-ci ildə birinci Avropa Oyunları ərəfəsində yaradılıb və hazırda geniş vüsət alıb. O, keçiriləcək tədbirə verdikləri dəstəyə görə “Bir könüllü” proqramının rəhbərliyinə və hər bir üzvünə öz təşəkkürünü bildirərək onlara uğurlar arzulayıb.

Daha sonra AMPK-nın baş katibi Kamal Məmmədov və “Bir könüllü” proqramının meneceri Canoğlan İlyasov çıxış edərək tələbə könüllülərə yarış barədə daha ətraflı məlumat veriblər.

AZƏRTAC
Xəbər 902 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
02.05.2023 Paralimpiyaçımız güllə atıcılığı üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb
14.03.2023 Paracüdoçumuz Xanım Hüseynova Qran-Pri turnirində qızıl medal qazanıb
15.02.2023 Tələbələr Milli Paralimpiya Komitəsində təcrübə keçəcəklər
31.01.2023 “Los-Anceles 2028” Yay Paralimpiya Oyunlarının proqramına 22 idman növü daxil edilib
28.12.2022 Paralimpiyaçılarımız cari ildə mötəbər turnirlərdə 77 medal qazanıblar
19.11.2022 AMPK-nın prezidenti Afrika Milli Paralimpiya komitələrinin iclasında iştirak edib
18.11.2022 İlqar Rəhimov Beynəlxalq Paralimpiya Komitəsinin növbədənkənar Baş Assambleyasının iclasında çıxış edib
18.11.2022 Azərbaycanda Paralimpiya hərəkatının inkişafı yüksək qiymətləndirilib
15.06.2022 Paraüzgüçümüz Vəli İsrafilov dünya çempionu olub
20.05.2022 Azərbaycan parataekvondoçusu Avropa çempionatının finalına yüksəlib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru