Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan Qran Prisinin son günündə Kardi B konsert verəcək
Tarix: 11.04.2019 | Saat: 10:42:00 | E-mail | Çapa göndər
Dünyaca məşhur reper aprelin 28-i Bakı Kristal Zalında səhnəyə çıxacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, dünya musiqisində özünəməxsus ifaları ilə seçilən reper Kardi B “Formula 1 Azərbaycan Qran Prisi-2019” başa çatdıqdan sonra axşam saatlarında keçiriləcək konsert proqramı ilə möhtəşəm yarış həftəsonuna öz damğasını vuracaq.

Ötən il olduğu kimi bu il də dünya ulduzlarının verəcəyi axşam konsertləri Bakı Kristal Zalında baş tutacaq.

Uşaqlığı Nyu-York şəhərinin Bronks səmtində keçən və əsl adı Belkalis Almanzar olan Kardi B reperlik fəaliyyətindən əvvəl etdiyi mübahisəli paylaşımları ilə sosial şəbəkələrdə məşhurlaşıb.

Kardi B 2015-2017-ci illər arasında VH1 televiziya kanalınının “Love & Hip Hop: New York” realiti şousunun daimi üzvü olub və 2017-ci ilin fevralında “Atlantic Records” səsyazma şirkəti ilə ilk böyük müqaviləsini imzalayıb. Onun həmin şirkət ilə birgə çıxardığı "Bodak Yellow" adlı sinqlı ona solo Lorin Hildən (1998) sonra ABŞ-ın “Billboard Hot 100” hit-paradında 1-ci yeri tutan 2-ci qadın reper statusunu qazandırıb. Üç həftə ard-arda 1-ci yeri qoruyub saxlayan reper Taylor Svift ("Look What You Made Me Do") ilə birgə 2017-ci ildə qadın ifaçılar arasında hit-paradın ən uzun müddətli nömrə 1-i olub. Həmin sinql reperin 2018-ci ildə çıxardığı “Invasion of Privacy “ adlı ilk musiqi albomuna da daxil edilib.

2017-ci ilin mayında açıqlanan “BET” mükafatlarının namizədləri arasında Kardi B “Ən Yaxşı Yeni İfaçı” və “Ən Yaxşı Qadın Hip-Hop İfaçısı” kateqoriyaları üzrə yer alıb. Digər məşhur ifaçılarla birgə çıxardığı "No Limit" və "MotorSport" mahnıları ilə isə “Hot 100” hit-paradı və “Hot R&B/Hip-Hop Songs” siyahısında ilk 10-luğa daxil olub.

Keçən ilin yanvarında Bruno Marsın “Finesse” mahnısının remiks versiyasında çıxış edən Kardi B həmin mahnının 90-cı illər ab-havasında çəkilmiş klipində də iştirak edib. 18 yanvar tarixində isə həm “Billboard Hot R&B”, həm də “Hip-Hop chart” siyahısında eyni anda sinqllar üzrə ilk 10-luğa düşməyi bacaran ilk qadın ifaçı olub. Ötən il martın 30-da "Be Careful" sinqlını çıxaran reper həmin il aprelin 6-sı “Invasion of Privacy” adlı ilk musiqi albomunu da təqdim edib.

BŞH-nin icraçı direktoru Arif Rəhimov Kardi B-nin Bakıya gəlişinə belə münasibət bildirib: “Dünya musiqisinin ən istedadlı nümayəndələrindən birinin builki yarışımızın bağlanış konsertində iştirakı bizi çox sevindirir. Qısa müddət ərzində özünəməxsus tərzi ilə digərlərindən olduqca fərqlənən Kardi B artıq musiqi aləmində bənzərsiz səslərdən biri kimi özünü sübut edib. Bakı Şəhər Halqasında baş tutacaq yarış kimi Kardi B-nin çıxışında da inanılmazı yaşamağa hazır olun! Azərbaycan Qran Prisinin bağlanış mərasimini ən gözəl şəkildə qeyd etmək və gərgin mübarizə və əyləncə ilə dolu unudulmaz yarış həftəsonundan sonra tamaşaçılarla xoş təəssüratlarla ayrılmaq üçün Kardi B ən uyğun seçimdir. Aprelin 28-i Kristal Zalda baş tutacaq konserti səbirsizliklə gözləyirəm. Bizimlə birlikdə olmaq üçün biletlərinizi indidən əldə etməyə tələsin.”

Bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala rahat gediş-gəlişi xüsusi avtobuslar vasitəsilə həyata keçiriləcək.

Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Bundan xaricində bütün bilet sahibləri gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarına və həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib dənizkənarı bulvarı boyunca uzanan zonada müxtəlif əyləncə proqramlarına qatıla biləcəklər.

“Formula 1 Azərbaycan Qran Prisi – 2019”-u canlı izləmək üçün indidən bilet almaq və Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər ətraflı məlumatı Formula 1-in rəsmi saytından əldə edə bilərlər: www.bakucitycircuit.com

Xəbər 739 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.10.2023 Ferstappen Formula 1 üzrə Qətər Qran-Prisinin qalibi olub
17.09.2023 Karlos Sayns Sinqapur Qran-Prisində Ferstappenin rekord qələbə seriyasını qırıb
03.09.2023 Ferstappen Formula 1-də ardıcıl ən çox qalibiyyət rekordu qazanıb
26.08.2023 Ferstappen Formula 1 üzrə Niderland Qran-Prisinin seçmə mərhələsinin qalibi olub
03.08.2023 Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
29.07.2023 Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu
24.07.2023 Maks Verstapen Macarıstan Qran-Prisinin qalibi olub
14.07.2023 Fransa Qran-Prisi Mavi sahildə küçə yürüşü ilə yenidən keçirilə bilər
14.07.2023 Madriddə F1 Qran-Prisinin keçirilməsinə dair razılıq əldə olunub
13.07.2023 Ferstappen ilin ən yaxşı pilotu mükafatına layiq görülüb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru