Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Tokio-2020": Komanda növlərinin seçim qaydaları
Tarix: 13.03.2019 | Saat: 12:13:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Hansı ölkələr seçilə bilər?

2020-ci ildə Yaponiya paytaxtı Tokioda keçiriləcək olimpiya oyunlarına aparan yolun təsnifat mərhələləri barədə növbəti ətraflı məlumatı oxucularımıza təqdim edirik. Budəfəki məqaləmiz komanda idman növlərindəndir. Hər birinin öz seçim qaydası və yolu var. Komanda idman növlərindən birində Azərbaycan da real şansa malikdir. Voleybolçu qadınlar növbəti seçim turunda iştirak etmək üçün Braziliyaya yola düşəcəklər.

Futbol - 2 medal dəsti

Futbol turnirlərində qadın (12) və kişi (16) olmaqla 28 komanda iştirak edəcək. Qarşılaşmalar iyulun 22-dən avqusutn 8-dək Tokio (2 arena: Milli stadion - 60,016 tamaşaçı və "Tokio" stadionu - 49,000), İbaraki ("Kasima" stadionu, 42,000), Saytama (62,000), Sapporo ("Sapporo Doum", 42,000), Senday ("Miyaci" stadionu, 48,000) və Yokohamada ("Beynəlxalq" stadion, 70,000) keçiriləcək.

Kişilərin yarışına, əsasən, 23 yaşadək futbolçular (1997-ci il yanvarın 1-dən sonra anadan olanlar) qatılacaqlar. Daha 3 təcrübəli oyunçunu da heyətə cəlb etmək olar. Qadınların yarışında isə yaş həddi yoxdur.

Bütün yarışlar ənənəvi formatda təşkil ediləcək. Təbii ki, əsas olan seçim meyarlarıdır. Kişilərdə iştirakçıları Avropanı 21, Asiya və Afrikanı 23, Cənubi Amerikanı 20 yaşadək futbolçuların qitə çempionatları təsdiq edir. Sakit Okean Oyunlarında 23 yaşadək futbolçular iştirak edəcəklər. Şimali Amerikanın təmsilçisi olimpiya təsnifat turnirində seçiləcək.

Ev sahibi Yaponiyanın iştirakı müzakirə olunmur. Avropada 4 olimpiya komandası iyunun 16-dan 30-dək İtaliya və San Marinonun birgə keçirəcəyi yarışda bilinəcək. Yeri gəlmişkən, həmin yarışın iştirakçılarını da xatırladaq: İtaliya, İspaniya, Fransa, İngiltərə, Serbiya, Almaniya, Xorvatiya, Danimarka, Belçika, Rumıniya, Polşa və Avstriya.

Sakit Okean Oyunlarının qalibi Ficidə iyulda məlum olacaq. Afrikanın 3 mükafatçısı noyabrın 8-dən 22-dək Misirdə keçiriləcək yarışda aşkarlanacaq. Gələn il yanvarın 8-dən 26-dək Asiyanın da 3 olimpiya komandasının adına Tailandda aydınlıq gələcək. KONKAKAF-ın 2 olimpiyaçısının bu ilin oktyabrında keçiriləcək təsnifat yarışında aşkarlanması gözlənilir. Cənubi Amerikanın təsnifat yarışı isə iki iddialını gələn il yanvarın 15-dən fevralın 2-dək Kolumbiyada müəyyən edəcək.
Qadınların 12 finalçısından 3-ü məlumdur. Yaponiya ilə yanaşı, 2018-ci il aprelin 4-dən 22-dək keçirilən Amerika kubokunun qalibi adını braziliyalı qızlar qazanıblar. Okeaniyanın lisenziyasını 2018-ci ilin dekabrında Yeni Kaledoniyada keçirilən Millətlər Kubokunda Yeni Zelandiya əldə edib. Qalan komandalar üçün təsnifat yarışları qarşıdadır.

Fransada iyunun 7-dən iyulun 7-dək keçiriləcək dünya çempionatının 3 avropalı ən yaxşısı da olimpiya lisenziyasının sahibi olacaq. Yarışda Avropanın təmsilçilərinin heyəti belədir: İngiltərə, Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, Şotlandiya, İspaniya və İsveç. Afrikanın olimpiya çempionluğuna namizədi oktyabrda CAR-da, KONKAKAF-ınkı gələn ilin fevralında ABŞ-da, Asiyanınkı gələn ilin fevral-martında Vyetnamda üzə çıxacaq. Bundan başqa, Afrika ilə Cənubi Amerikanın daha bir namizədi arasında pley-off oyunu keçiriləcək. Bu matç Yaponiyada gələn ilin aprelində baş tutacaq.

Basketbol - 4 medal dəsti

Basketbolun sərhədləri genişlənir. Bakıda keçirilən birinci Avropa Oyunlarından sonra olimpiya yolu açılan 3x3 basketbolu və yaxud stritbol da artıq bəşəriyyətin ən böyük idman bayramının tərkibinə daxil edilib. Tokioda olimpiya turnirləri iyulun 25-dən avqustun 9-dək keçiriləcək. Ənənəvi basketbolda hər komandada 12 idmançı yer alacaq. Küçə basketbolunda isə hər komandaya 4 idmançı daxil olacaq.
Basketbolda əsas təsnifat yarışı dünya çempionatıdır. Çində avqustun 31-dən sentyabrın 15-dək keçiriləcək yarışda Amerika və Avropa hərəyə 2, Afrika, Asiya və Okeaniya hərəyə 1 komandasının Tokioya yollanmasına imkan əldə edəcək. 2020-ci ildə isə dünya təsnifat yarışı olacaq və orada 4 vəsiqə də sahibinə qovuşacaq.
Qadınlarda Yaponiyadan savayı, çempionluğa daha bir iddialının adı məlumdur. 2018-ci il dünya çempionatının qalibi kimi, ABŞ bu hüququ İspaniyada əldə edib. 2020-ci ildə 4 olimpiya təsnifat turniri keçiriləcək. Onlardan ikisi hərəyə 3, qalan ikisi isə hərəyə 2 vəsiqə uğrunda mübarizənin meydanı olacaq.

3x3 basketbolunda reytinq əsas götürüləcək. 2019-cu il noyabrın 1-nə olan vəziyyətə əsasən, təsnifatda ilk 100-lükdə olan idmançıların son bir il ərzindəki nəticələri əsas götürüləcək. İlk 4-lükdə yer alanlar olimpiya lisenziyasına sahib çıxacaqlar. Əgər kişilərdə yaponlar bu siyahıda olmazlarsa, həmin lisenziyalardan biri üçün onlara təsnifat yarışında şans veriləcək. Digər şərtə görə, hər qitə yalnız 2 komanda ilə təmsil oluna bilər.

Digər seçim meyarı təsnifatlardır. 2020-ci ildə FİBA-nın olimpiya təsnifat turniri keçiriləcək. Ev sahibi, dünya kubokunda ən yaxşı nəticə göstərmiş 3 komanda, reytinqdə lisenziya əldə etməyən sonrakı 16 komanda (reytinqlə lisenziya əldə etməyibsə, Yaponiya da daxil olmaqla) təsnifat turnirlərində iştirak edəcəklər. Yekun olaraq, universal təsnifat turnirindən hər gender üzrə daha bir komanda Tokioya bilet sifariş edəcək.
Olimpiya təsnifat turniri 2020-ci ilin aprelinə nəzərdə tutulub. Gələn ilin iyununda universal seçimlər yarışı olacaq.

Voleybol - 4 medal dəsti

Voleybol yarışları iyulun 25-dən avqustun 9-dək keçiriləcək. 24 voleybol və 48 çimərlik voleybolu komandası olimpiya mükafatları uğrunda yarışacaqlar. Ənənəvi voleybol Ariakedə, çimərlik mübarizəsi isə Sioazedə eyniadlı arenalarda olacaq.
Yaponlar ev sahibi kimi bütün yarışlarda iştirak edəcəklər. Əvvəlki olimpiadalarla müqayisədə lisenziya yarışlarının qaydaları tamamilə dəyişdirilib və təsnifat yarışları yeganə seçim statusu qazanıb.

Ümumən, 11 təsnifat turniri olacaq və hər birinin qalibi Tokioya bilet sifariş edəcək. Qitələrarası 6 təsnifat turnirinin ev sahibləri məlumdur. Yarışlar - qadınlarda avqustun 2-4-də, kişilərdə avqustun 9-11-də keçiriləcək. Kişilər Bolqarıstanda (şəhər məlum deyil, Braziliya, Misir, Puerto Riko) və Çində (şəhər məlum deyil, Kanada, Argentina, Finlandiya), Rotterdamda (Niderland, ABŞ, Belçika, Cənubi Koreya), Baridə (İtaliya, Serbiya, Avstraliya, Kamerun), Qdansk və Sopotda (Polşa, Fransa, Sloveniya, Tunis), Sankt-Peterburqda (Rusiya, İran, Kuba, Meksika) mübarizə aparacaqlar. Qadınlar Polşa (Serbiya, Puerto Riko, Tailand), Çin (Türkiyə, Almaniya, Çex Respublikası), Braziliya (Dominikan Respublikası, Kamerun, AZƏRBAYCAN), Rusiya (Cənubi Koreya, Kanada, Meksika), İtaliya (Niderland, Belçika, Keniya) və iştirakçılardan birinin ev sahibliyi təsdiq olunacaq ölkədə (ABŞ, Argentina, Bolqarıstan, Qazaxıstan) üz-üzə gələcəklər. Qitə yarışları isə gələn ilin yanvarına nəzərdə tutulub. Azərbaycan komandasının uzaq Braziliyada və bəlkə də keçilməsi möcüzə sayıla biləcək rəqibi ev sahibidir. Belə bir mütləq favoritin olduğu mübarizədə qalib adını qazanmaq böyük qəhrəmanlıqdır.

Çimərlik voleybolunda reytinq böyük rol oynayacaq. 2020-ci il iyunun 15-də elan ediləcək reytinqin ilk 15 cütlüyü birbaşa lisenziya sahibi olacaq. Bundan savayı, olimpiya təsnifat turniri 2 dünya çempionatı isə 1 vəsiqə verəcək. Qalan 5 vəsiqəni isə qitə çempionatları təmin edəcək. Beləliklə, həm qadınların, həm də kişilərin yarışlarının hər birində 24 cütlük iştirak edəcək.

Həndbol - 2 medal dəsti

İyulun 24-dən avqustun 9-dək Şibuyada Yoyogi Milli Gimnaziyasında keçiriləcək həndbol yarışlarının hər birində 12 komanda iştirak edəcək. Hər gender üzrə iştirakçıların siyahısı belə olacaq: dünya çempionu və 4 qitə yarışının qalibi, 3 olimpiya təsnifat turnirinin finalçıları.

Kişilərdə ev sahibi ilə yanaşı, bir iştirakçı məlumdur. Bu il yanvar ayının 27-də Danimarka və Almaniyanın birgə təşkilatçılığı ilə keçirilmiş dünya çempionatının baş mükafatını adı birinci çəkilən ev sahibi qazanıb. Qitə yarışlarının tarixləri isə belədir: Panamerika Oyunları - 26 iyul-11 avqust (Peru), Asiya təsnifat turniri - 17-27 oktyabr (BƏƏ), Afrika çempionatı - 15-25 yanvar 2020-ci il (Tunis), Avropa çempionatı - 10-26 yanvar 2020-ci il (Avstriya, Norveç, İsveç). Təsnifat turnirləri gələn il aprelin 16-dan 19-dək keçiriləcək. 3 yarışın hər birinin iki ən yaxşısı Tokio yolçusu olacaq. Təsnifat turnirlərinin iştirakçılarının tərkibi belə olacaq: dünya çempionatının qalibindən sonra 6 ən yaxşı komanda (qitə yarışından vəsiqə qazananlar istisna olmaqla, hazırda tərkib belədir - Norveç, Fransa, Almaniya, İsveç, Xorvatiya, İspaniya) və dünya çempionatında hər qitənin ən yaxşı nəticə göstərmiş komandası (lisenziya almayıbsa).

Qadınlarda olimpiya lisenziyasını, 2018-ci il Avropa çempionatının qalibi kimi, Fransa doğma divarlar arasında qazanıb. Konqo Respublikasında keçirilmiş Afrika çempionatının qalibi Anqoladır. Qalan iştirakçıların əsas seçimi belə aparılacaq: dünya çempionatı - 29 noyabr-15 dekabr 2019-cu il (Yaponiya), Panamerika Oyunları - 26 iyul-11 avqust 2019-cu il (Peru), Asiya təsnifat turniri - 21-29 sentyabr 2019-cu il (Çin). 3 təsnifat turniri isə 2020-ci il martın 19-dan 22-dək keçiriləcək. Qadınların təsnifat turnirlərinin qaydası kişilərdə olduğu kimidir.

Otüstü hokkey - 2 medal dəsti

"Oi Futo Çuo Kaihin Park"da, başqa sözlə, Oi dənizkənarı parkında keçiriləcək otüstü hokkey mübarizəsi iyulun 25-dən avqustun 7-dək davam edəcək. 24 komanda arasında yer almaq üçün 5 qitənin əsas yarışları birbaşa vəsiqə verir. Qalanları təsnifat yarışları sınağından keçməlidirlər. Yeri gəlmişkən, Asiya artıq bu şansını itirib. Çünki 2018-ci ildə İndoneziya paytaxtı Cakartada keçirilən Asiya Oyunlarında Yaponiya qalib gəlib. Lakin olimpiadaya ev sahibi kimi qatıldığından bu hüquq təsnifat yarışlarına ötürülüb.

Kişilərin yarış təqvimi belədir: Panamerika Oyunları - 30 iyul-10 avqust 2019-cu il (Peru), Avropa Millətlər çempionatı - 16-25 avqust 2019-cu il (Antverpen, Belçika), Okeaniya kuboku - 1-8 sentyabr 2019-cu il (Rokhəmpton, Avstraliya), Afrika təsnifat turniri (2019-cu il, naməlum), 7 vəsiqə uğrunda təsnifat yarışı - noyabr 2019-cu il.

Komandalar təsnifat cütlüklərinə bölünəcəklər və pley-off qaydası ilə hər cütün qalibi olimpiadaya vəsiqə sahibi olacaq. Təsnifatın iştirakçılarının seçimi belə aparılacaq: Pro Liqa yarışının 4 ən yaxşısı (19 yanvar-iyun 2019-cu il; Amstelveen, Niderland), 2018-2019-cu illər Seriya finallarının 2 ən yaxşısı (26 aprel-4 may - Kuala Lumpur, Malayziya; 6-16 iyun - Bhubanesvar, Hindsitan; 15-23 iyun - Tuke, Fransa), dünya reytinqinin 4 ən yaxşısı (20 sentyabr 2019-cu il).

Qadınlarda da Asiya Oyunlarının qalibi adını yaponlar qazanıblar və bu səbəbdən dünya təsnifatı daha bir lisenziya verəcək. Qalan yarışlar kişilərdə olduğu kimi və həmin tarixlərdə, həmin məkanlardadır. Təsnifat yarışları üçünsə tərkib bu qayda ilə formalaşacaq: Pro Liqa yarışları - 26 yanvar-29 iyun; 2018-2019-cu illər hokkey seriyaları - 8-16 iyun (Dublin, İrlandiya), 15-23 iyun (Hirosima, Yaponiya), 19-27 iyun (Valensiya, İspaniya).

Reqbi-7 - 2 medal dəsti

Bu il iyulun 7-dən avqustun 1-dək Acinomoto stadionunda keçiriləcək reqbi-7 yarışlarında 24 komanda qüvvəsini sınayacaq. Dünya seriyasının 4 ən yaxşısı birbaşa vəsiqə ilə Tokioya yollanacaq. Keçən il noyabrın 30-da başlanmış mübarizə bu il iyunun 9-da tamamlanacaq. Seriyada Yeni Zelandiya, ABŞ, Fici, CAR (hələlik ilk dördlükdə yer alırlar), İngiltərə, Avstraliya, İspaniya, Argentina, Samoa, Kanada, Fransa, Keniya iştirak edirlər. Qarşılıqlı razılaşmaya əsasən, Böyük Britaniyanın digər iştirakçı ölkələri daha güclü heyətə malik olan İngiltərəyə güzəştə gedirlər.

Bundan başqa 6 qitənin öz təsnifat yarışı olacaq. Bunlardan Avropa turnirinin Rusiya paytaxtı Moskvada (31 avqust-1 sentyabr 2019-cu il), Asiya mübarizəsinin Cənubi Koreyanın İnçeon şəhərində (23-24 noyabr 2019-cu il) olacağı məlumdur.
Qadınların dünya seriyası keçən il oktyabrın 20-də başlanıb və bu il iyunun 16-da başa çatacaq. Yarışda hələlik Yeni Zelandiya, ABŞ, Kanada və Avstraliya ilk dördlükdə yer alırlar. Böyük Britaniya komandaları arasında, razılaşmaya əsasən, yalnız İngiltərənin nəticəsi nəzərə alınır. Seriyanın sonrakı yerlərdə olan iştirakçıları: Fransa, İrlandiya, Rusiya, İngiltərə, İspaniya, Fici, Çin.

Təqdim etdi: BATI YAR
Xəbər 1106 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru