Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bu gün Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimi keçirilib
Tarix: 04.03.2019 | Saat: 08:46:00 | E-mail | Çapa göndər
Martın 8-dən 22-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin bu gün yolasalma mərasimi keçirilib.

Azsport.az saytı xəbər verir ki, Bakı İdman Sarayında təşkil edilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev, millət vəkilləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin nümayəndələri tərəfindən səhnəciklər nümayiş olunub.

Daha sonra iştirakçılar Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında mübarizə aparacaq atletlərimizin məşq prosesini izləyiblər. Sonra gənclər və idman naziri A.Rəhimov və əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayev Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edəcək Həbib Tağıyevlə stolüstü tennis oynayıblar. Sonda tədbir iştirakçıları atletlər və nümayəndə heyətinin üzvləri ilə görüşüblər.

Jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov BƏƏ-də keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında yarışlara 50-yə yaxın ölkənin idmançılarının qatılacağını deyib.

O qeyd edib ki, atletlərimizin Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirakı çox vacibdir: “İstəyirik hər kəs bilsin ki, belə gənclər də bizim ölkənin vətəndaşlarıdır və onlar da bu cəmiyyətin üzvləridir. Həmçinin ölkəmizdə keçən il təşkil edilən Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu və Xüsusi Olimpiya Komitəsinin qurultayı göstərdi ki, Azərbaycanda bu istiqamətdə əsaslı işlər aparılır. İnanırıq ki, insanlar daun və autizm sindromlu uşaqlara köməklərini əsirgəməyəcəklər. Yığma komandamıza uğurlar və ölkəmizə medallarla qayıtmağı arzu edirəm”.

Qeyd edək ki, Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında dünyanın 170-dən artıq ölkəsini təmsil edən 7 mindən çox xüsusi olimpiya idmançısı iştirak edəcək. Yarışlarda Azərbaycanı 56 idmançı təmsil edəcək. Onlar idmanın 10 növündə yarışacaqlar.

Məlumat üçün bildirək ki, ilk dəfə Xüsusi Yay Olimpiya Oyunları 1968-ci ildə Çikaqoda (ABŞ) keçirilib. Xüsusi Olimpiya Təşkilatı tərəfindən təşkil olunan bu oyunlar əqli əlillikləri olan insanların öz atletik bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması üçün təşkil olunan qlobal inklüzivlik hərəkatıdır. Ölkəmizdəki xüsusi olimpiya atletlərinin də həmin oyunlarda iştirakı təşkil edilir. Ötən dövrdə idmançılarımız ABŞ-ın Kaliforniya ştatının Los-Angeles şəhərində Xüsusi Olimpiya Oyunlarında atletika, badminton, cüdo, stolüstü tennis, pauerliftinq və üzgüçülük növlərində uğurlu nəticələr göstərərək ölkəmizə 24 (8 qızıl, 11 gümüş və 5 bürünc) medalla qayıdıblar.


Xəbər 812 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.05.2021 Tokio Olimpiadasının təşkilat komitəsi “Asahi Shimbun” qəzetinin çağırışına cavab verib
23.05.2021 Tokioda Olimpiya Oyunları ərəfəsində idmançıların peyvəndlənməsi sürətləndirilir
22.05.2021 Beynəlxalq Olimpiya Komitəsi: Tokio Olimpiadası fövqəladə vəziyyət rejimində keçirilə bilər
21.05.2021 Tokio Olimpiadası: Xarici nümayəndə heyətlərində yer alacaq şəxslərin sayı yarıdan çox azaldılıb
10.09.2020 David Luiz zədə səbəbindən İngiltərə Premyer Liqasında mövsümün əvvəlini buraxacaq
18.07.2020 Beynəlxalq Olimpiya Komitəsinin 136-cı sessiyası iyulun 22-dək davam edəcək
18.07.2020 Beynəlxalq Boks Günü onlayn tədbirlə qeyd olunacaq
16.07.2020 Beynəlxalq Olimpiya və Paralimpiya komitələri onlayn yay festivalı keçirəcəklər
16.07.2020 BOK beynəlxalq federasiyalara və Milli Olimpiya komitələrinə 100 milyon dollar yardım ayırıb
16.07.2020 Yeniyetmələrin IV Yay Olimpiya Oyunları təxirə salınıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru