Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
25/04 | 12:05 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycanı 80-dək idmançı təmsil edəcək
25/04 | 11:44 "Şamaxı" rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib
25/04 | 09:51 Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Sərbəst güləş üzrə dünya və Avropa çempionu Aydın İbrahimovun 80 illik yubileyi qeyd olunub
Tarix: 14.09.2018 | Saat: 12:01:00 | E-mail | Çapa göndər
Sentyabrın 14-də Gənclər və İdman Nazirliyində 1964-cü il Tokio Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə bürünc mükafatçısı, dünya çempionu və Avropa çempionu, “Neftçi” futbol klubunun ilk prezidenti Aydın İbrahimovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Mərasimdə səbəbkarın özü ilə yanaşı, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri - Çingiz Hüseynzadə, Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə yubilyarın həyatını əks etdirən videoçarx nümayiş olunub.

Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov tədbiri açaraq yubilyarın həyat və fəaliyyətindən danışıb, qazandığı nailiyyətləri yüksək qiymətləndirib.

Yubilyarı gənclər və idman naziri Azad Rəhimovun adından təbrik edən İsmayıl İsmayılov deyib: “Azərbaycan güləşinin əsasını təşkil edən insanlardan birinin yubileyində iştirak edirik. Güləş xalqımız tərəfindən sevilən idman növüdür. Aydın müəllim dünya və Avropa çempionatının qalibidir. O, həmçinin Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Bu gün də Azərbaycan güləşi sağlam təməl üzərində dayandığı üçün davamlı uğurlar əldə olunur. Bizim Namiq Abdullayev, Fərid Mansurov kimi Olimpiya mükafatçılarımız, dünya və Avropa çempionlarımız var”.

Ç.Hüseynzadə A.İbrahimovun keçdiyi həyat yolundan söhbət açıb, onun karyerasında qazandığı uğurları vurğulayıb: “1964-cü il Yay Olimpiya Oyunlarında Azərbaycandan olan idmançılar altı medal qazanmışdılar. Onlardan birini də Aydın müəllim əldə etmişdi. Yubilyar bu gün də Azərbaycan idmanına öz töhfəsini verə bilər. Güləşçilərimizin onun tövsiyələrinə ehtiyacı var”.

Digər çıxış edənlər də A.İbrahimovu Azərbaycan güləş tarixinin ən görkəmli nümayəndələrindən biri kimi xarakterizə ediblər. Yubilyarın nailiyyətlərindən söhbət açan natiqlər ona təbriklərini çatdırıblar. Çıxışlardan sonra yubilyara hədiyyələr təqdim edilib.

Yekunda A.İbrahimov çıxış edərək deyib: “Özüm də bilirəm ki, yaxşı güləşmişəm. Amma danışmaqda bir az çətinlik çəkirəm. Dövlət güclü olanda onun idmanı da güclü olur. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya idmana göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. Onlar idmanımızı dünyada belə yüksək səviyyəyə gətiriblər. Bütün medallarımı, mükafatlarımı Milli Olimpiya Komitəsinə hədiyyə edirəm”.

Qeyd edək ki, A.İbrahimov 1938-ci il sentyabrın 17-də Gəncə şəhərində dünyaya gəlib. O, 1963-cü il də güləş üzrə ilk azərbaycanlı dünya çempionu kimi tarixə düşüb, 1966-cı il Avropa çempionatının qalibi və “Tokio-1964”ün bürünc medalçısıdır. Yubilyar 1988-1997-ci illərdə rəhbərlik etdiyi “Neftçi” ilə müstəqil Azərbaycanın ilk milli çempionatının qalibi olub və sonra daha iki dəfə ölkənin ən güclüsü adını qazanıb. O, həmçinin iki dəfə Azərbaycan kubokunun qalibi olub.
Xəbər 649 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru