Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Dünya futboluna intibah fürsəti qazandıran final
Tarix: 17.07.2018 | Saat: 08:44:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Fövqəlulduzların söndüyü, ehkamların sındığı mundialın ümid dərsləri
Kiminə həyatın özü, kiminə sadəcə, bir əyləncə, kiminə ilham pərisi olan futbol adlı oyun tamaşasının növbəti pərdəsi kiminə sevinc və fərəh, kiminə kədər və üzüntü, başqa birisinə yenilikləri ilə ovqat, digərinə isə qalib ənənələrini pozduğu üçün məyusluq gətirib endi.

Bu belə də olmalıdır, axı, futbol da bir tamaşadır. Amma futbol adi bir oyun statusunu artıq çoxdan itirib, sosiallaşıb, cəmiyyətin, nəbzinə uyğun dünyada baş verənlərin inikasına çevrilib. Çünki futbol həm də iqtisadi formulları olan biznes, marketinq formasıdır. Bir sözlə, sosial-ictimai hadisədir. Elə bu səbəbdən də dünyanın dəyişən geosiyasi xəritəsinin təzahürlərini də əks etdirir. Dünyamız dəyişir - həyatımız dəyişir, bu formula uyğun, futbol da dəyişir. Amma dünya futbolunun hər dördillik dövrünün hesabatı da sayılan budəfəki mundial həm də futbolun özünün bəzi kanonlaşmış, qəliblənmiş, haradasa ehkama çevrilmiş təsəvvürlərini, nəhayət, dəyişə bildi. Mənimçün də məhz buna görə "qiymətə mindi". Buna qədər futbolu alt-üst edəcək nigeriyalı, seneqallı, niderlandlı və s. "bombalar"a çox böyük ümid bəslənsə də, yenə də soraq "əski dünya"dan çıxdı və planetə futbolun yeni imicli istiqamətini, yeni inkişaf və tərəqqi formulunu göstərdi. Çünki ildən-ilə böyük yeniləşmə həvəsi artıq durğunluğuna qədəm qoymuşdu. Onu qüvvədə saxlayan isə şişirdilən fövqəlulduz marketinqi, biznes yönləri idi və vaxtilə Pyer de Kuberteni narahat edən peşəkarlıq tələblərinin qurbanlığına çevrilməkdəydi futbol. İndi isə yeni ümid oyanır, futbol rahat nəfəs almaq, yeniləşmək üçün ilk siqnalını aldı.

Bu futbol üçünün bir yerdə qiyməti az qala bütün digər komandaların birlikdə qiyməti qədər ola biləcək üç ulduzun - Messi, Ronaldu və Neymarın mundial ulduzunun söndürüldüyü və yeni futbol ümidinin parladığı - komanda, kollektiv anlayışının oyandığı bir çempionat kimi daim xatırlanmaq haqqı qazandı. Bu çempionat artıq 22 nəfərin oynayıb, ya almanların, ya da hansısa fövqəlulduzun qazandığı çempionat olmadı.

Finalda mütəşəkkil, yeni tipli oyun göstərən Fransa ilə, kimin üçünsə boyundaş bir baş yuxarı tullanan, lakin əslində, çatdığı məqamı zəhməti ilə qazanan bir kollektivin final matçı idi.

Həm də, ilk dəfə bu finala çıxmaq və ya qalib olmaq haqqını 4 yarımfinalçının hər biri qazanmışdı.

Açığı, Belçika - Xorvatiya həlledici matçının futbola tam yeni bir nəfəs gətirəcəyini düşünürdüm. Lakin, əslində, bu final da tam rəmzi oldu. Çünki bu final yeniləşməyə də qadir, həm də heç bir ehkama tabe olmayan birinin, tam yeni bir formatlı komanda anlayışının da zəfərə çata biləcəyinin siqnalı idi.

Bu çempionat bir daha dünya tacının sahibinin qrupdan çıxmamasının, yaxud ənənəvi digər iddialıların ispanların, braziliyalıların, argentinalıların, eləcə də ulduzu ilə harmoniyaya çatmış portuqalların gözlənilən zəfərinə şahid olmaması ilə ülviləşdi. Deməli, futbol ölməyib yaşayır hələ; deməli, futbolda hər kəsin öz gücünə arxalana biləcəyinə inam qalıb hələ; deməli, öz gücünə arxalananın möcüzə yarada biləcəyinə ümidlər solmayıb hələ; deməli, meydan düzdür, top dəyirmi ibarəsi də ibrətamizliyini qoruyur hələ.

Şərqi Avropaya, yaxud Avropa ilə Asiyanı birləşdirən dünyanın coğrafi ölçülərlə ən böyük ölkəsində ilk dəfə keçirilən mundial bəlkə də son illərin dünyanın geosiyasi xəritəsini, güzgü kimi, tam əks etdirərək, futbola yeni nəfəs şansı verdi.
Bəs nə gördük? Fransa bir komandanın nə qədər rasional oynayıb, tam doğru formalaşdırılmış oyunçularla, futbol komponentlərindən necə səmərəli istifadə edə biləcəyini əyani nümayiş etdirdi. Finalı izləyən hər kəs oyunun canlılığına görə, fransızların ikinci planda qalıb, özünü rəqibə qorxan göz kimi göstərməsini də unutdurdu. Yerində saymağı xoşlamayan ənənəvi yuqoslav məktəbini təmsil edən xorvatlar nə qədər canlı, nə qədər zəngin, nə qədər rəngarəng oynasalar da, düşünülmüş təfəkkür və zəka seçimi qarşısında aciz qaldılar. Fransa bu oyunu ilə mündial boyu tam standartlaşmış sönük görünən (Argentina ilə matçın bir parçasını çıxmaq şərtilə - həmin oyunda Fransa bütün bacarığını, potensialını əyani nümayiş etdirmişdi) imici ilə hələ istedadları ilə yüksəlişdə olan futbol ölkələrinə seçim ismarıcı verdi.

Bəlkə də xorvatlar bu matçda, el dili ilə desək, fitə getməsəydi, tam başqa bir mənzərənin şahidi olardıq. Onlar canlı oyunları ilə rəğbət qazansalar da, erkən yorulub sıradan çıxdılar. Əlbəttə, finallar tarixinin ilk avtoqolu, daha sonra bu mundialın kəşfi kimi ortaya atılmış VAR-lı, daha çox mübahisələrə səbəb olan onbirmetrlik zərbələri əsas gətirib, "fransızların bəxti gətirdi" söyləmək olar.
Yeri gəlmişkən, kiçik bir haşiyəyə çıxım: bütün mündial boyu izlədiyimiz natamamlıqları kimi, elə final da bu VAR-ı yoxdan var edənlərin nə qədər tələsdiyini əyani nümayiş etdirdi. Çünki belə VAR-la futbol ülviliyini hakimin də qərar vermək nüfuzunu, statusunu, onun özünə inamını, etiqadını, bir sözlə, VAR-dan yox olan varlığını əlindən alır. Bu sistem fərqli yarışlarda təkmilləşdirilməmiş bu səviyyəyə çıxarılmamalıydı.

Bu haşiyədən sonra daha bir əbədi ehkamın məntiqinə diqqət edək: bəxt həmişə güclünün tərəfində olur. "Qrupdan çıxandan sonra 90 dəqiqə əvəzinə, daim 120 dəqiqə futbol oynayan, hələ bunun ikisini penaltilər seriyasının əsəb, fiziki güc, enerji yeyən həyəcanından çıxan, üstəlik də o birində hesabda məğlub durumundan əzmkar qələbəyə qədər yol keçən bir kollektiv oyunu necə qurmalı idi?" sualını versəniz, "gördüyümdən tam fərqli, praqmatik və nəticəyə hesablanmış sakit və tempi aşağı salan oyun" deyərdim. Üstəlik, oyunu üzərinə götürüb, komandanı arxasınca aparan vahid lideri olmayan xorvatların hər ampluada təpərli futbolçusu olub vahid kollektivə birləşmək bacarığı bunu diktə edirdi. Məncə, buna görə xorvatlar bu finalda qələbəyə daha yaxınkən bu qədər uzaq düşdülər. İki məşqçinin duelində məhz bu üstünlük - doğru taktiki və strateji hədəf seçimi sözünü dedi. Belə olsaydı, bəlkə də 1966-cı ildən bu yana ilk dəfə bu qədər məhsuldar final görməzdik (hələ nəzərə alaq ki, o vaxt bu hesab əlavə vaxtda qeydə alınmışdı). Hətta cərimə meydançasından kənardan zərbə ilə qapıdan keçirilən o iki topa rəğmən qapının bir səhvi də xorvatların təzyiqi artırıb fantastik final matçı izləməyimizə səbəb ola bilmədi. Deməli, onların da yolu bura qədərmiş.
Finaldan və onun dərslərindən, ev sahiblərinin də özünəməxsus qələbəsi ilə yekunlaşan bu mundialdan çox şey yazmaq olar. Lakin dörd il əvvəl elə bu məqamda yazdığım son cümlələri bəzi düzəlişlərlə təkrar etməyə hər bir əsasım var:

- Əlbəttə, bu Dünya Kuboku da tarixdə hadisələrlə yadda qalacaq: azarkeş marağı, vurulan qollar, kəşf edilən oyunçular və ən əsası, tarixdə ikinci dəfə məğlub olmaq istəməyən, hər birinin iştahı böyük olan komandalar yarışdı və buna qadir olduqlarını da göstərdilər. Bu dəfə artırılmış dəqiqələrdə əldə olunan nəticələr, hələ də özünü təsdiq etməmiş və haradasa futbolun bakiranə gözəlliyinə xələl gətirən VAR-lı çempionat, eləcə də böyük, ənənəvi güclü komandaların bir-bir sıradan çıxması yaddaşlarda qalacaq. Deməli, futbol 4 il əvvəl yeni vüsət astanasındaydısa, indi bu vüsətin start xəttindədir.

BATI YAR
Xəbər 867 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru