Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
06/05 | 09:46 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
05/05 | 18:23 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05/05 | 18:22 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05/05 | 16:17 "Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırılıb
05/05 | 15:51 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
05/05 | 09:15 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
04/05 | 17:13 Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
04/05 | 16:41 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
04/05 | 16:21 Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
04/05 | 16:09 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
04/05 | 14:47 Bakıdakı Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada mükafatçılar müəyyənləşib
04/05 | 12:35 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
04/05 | 10:34 Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılışı olub
04/05 | 09:20 Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
03/05 | 21:58 Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirib
03/05 | 21:27 "Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03/05 | 21:10 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03/05 | 19:24 Milli Gimnastika Arenasında Avropa Kubokunun açılış mərasimi keçirilib
03/05 | 17:29 May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
03/05 | 16:57 Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03/05 | 16:46 Azərbaycanın U-17 və U-19 millilərinin rəqibləri bəlli olub
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Qarabağ" illərin həsrətinə son qoymağa yaxındır
Tarix: 07.08.2017 | Saat: 18:17:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru


Cəmi bir klubla və ən yeni tarixlə


Azərbaycan klubları üçün çox münasib püşklərlə başlayan Avropa kubokları uğrunda yarışların əsas mərhələsinə cəmi bir klubla gedirik. Hərçənd bu səddə ən azı iki klubla, bir az da təpər olsaydı, lap üç təmsilçi ilə çata bilərdik.

Əvvəlcə hər kəs üçün ən xoş xəbərlə başlayaq: "Qarabağ" Azərbaycan futbolu tarixinə Çempionlar Liqası seçmə mərhələlərinin pley-offunu da yazdı. İndi onu qitənin ən nüfuzlu turnirindən cəmi bir addım və ya iki oyun ayırır. Özü də bu dəfə püşk komandamızın bəxtinə mümkün rəqiblər arasından haradasa arzuolunanını salıb. Fəqət, bir az irəli gedib bəlkə də bu püşkün tərs üzündən bəhs edə bilərik. Rəqib nəinki asanlardan deyil, əksinə, rəqabət baxımından daha inadlı və iddialı olacaq. Çünki bizim kimi danimarkalılar da püşkün bəxt üzündən gileyli deyillər. Üstəlik, rəqibin hazırlığı bütün qüvvə ilə "Qarabağ"ı hədəfə alıb.

Azəbaycan çempionu bu mərhələyə çətin sınaqdan çıxıb, lakin obyektiv gücü ilə gəlib çatdı. Hələ ötən icmalımızda komandamızın rəqibindən bir baş üstün olmasını qeyd etmişdik. Səfərdəki matçda məşqçi korpusu üslubunu və taktiki gedişlərini cüzi dəyişərək, ev sahibini onun öz silahı ilə vurdu. Məncə, o biri yandan da moldovalılar özləri-özlərini büdrətdilər. Ənənəvi italyansayağı formula meyilli olan "Şerif" praqmatik oyunu təzyiqlə tənzimləyə bilən "Qarabağ" qarşısında aciz qaldu. Üstəlik, bu görüşdə "Qarabağ"ın oyunçularının ciddiyyəti və sanbalı özünə qayıtmışdı. Bakıdakı soyuq duşdan sonra komanda özünü toparlaya bildi.

Çox təəssüf ki, eyni sözləri "Qəbələ" haqqında söyləmək mümkün olmayacaq. Açığı, komanda bu dəfə heç inadlı görünmürdü. Heyətin komplektləşdirilməsində yol verilən nöqsanlar 3 mövsümdür ki, Avropa Liqasının qrupuna düşmək iqtidarında və həvəsində olan bir komandaya yaraşmadı. Bu qəfilliyin mənasını anlamaq da olmadı. Axı, təmsilçimiz mərhələ-mərhələ böyüməyi qarşısına məqsəd qoymalı idi. Çəkilən xərc mütləq özünü uğurlarla doğrultmalıdır. Axı, "Qəbələ" əsas diqqəti oyunçu yetişdirməyə yönəltmir. Daha doğrusu, bu sahədə hələ də kövrək addımlar atır. Deməli, komandanın biznes strategiyası olmalı və bu, iqtisadi cəhətdən ziyan gətirməməlidir. Bu gedişlə "Qəbələ" də çox uzağa getmədən, məhz bu sayaq iddialı olmaq istəyən "Bakı" ilə "Xəzər Lənkəran"ın yolunu tutacaq. Halbuki yaradılmış infrastruktur "Qəbələ"nin daha ciddi olması üçün hər bir əsası yaradıb. Bu gün ən çox ehtiyat etdiyimiz daha bir komandanın elə beşiyində özünü boğmasıdır.
İdarəetmə prinsiplərində yol verilən nöqsanlar, zənnimcə, ilk növbədə, rəhbərliyin idarəedici struktura kortəbii etimadı ilə bağlıdır. Hesabat olmayan yerdə hansısa inkişafdan söhbət gedə bilməz. Elə bu səbəbdəndir "Qəbələ" yeni yola qədəm qoyduğu andan yerində sayır. Heyətin birdən-birə və bu qədər yenilənməsi iki halda baş verə bilər, ya iddia qəfil artanda, ya da etimad doğrulmayanda. Birinci halda, komanda yeni uğurun qapısını açmalıdır. İkincidə isə hesabat tələb olunmaqla idarəetmə strukturunda, strategiyada müvafiq dəyişikliklər edilməlidir. Lakin unudulmamalıdır ki, "hər uğursuzluqda belə bir xeyir var" deyib, Avropa Liqasından vurulub atılmağı yeni mövsümdə ölkə çempionluğuna açılan yol adlandırmaq olar, məsələnin tərs yozumu da var. Yəni komanda bütün gücünü buna sərf etməməlidir. Çünki bu da, bir az yumşaq tərzlə desək, qeyri-peşəkarlıq nümunəsi ola bilər. Bu sanbalda komandanın belə düşünməyə haqqı olmamalıdır.

Açığı, "Panatinaikos"la hər iki matçda komanda nə oyun göstərdi, nə oyunçuların hazırlığı göründü, nə bir təpər müşahidə olundu, nə də bir istək göründü. Sadəcə, özünü oda-közə vuran və sonda kül olan bir sönmüş ocaq başında nədənsə buna heç də təəssüflənməyən (ən azı görüntü yaradılmalı idi) bir komanda göründü. Elə bu sorğu-sualsızlığın, bir az da saymazlığın göstəricisidir. Bu yolla komanda dəfələrlə çempion olsa belə, istədiyi zirvələrə yüksələ bilməz və bir gün haradasa yenə özünü yandıracaq. Buna görə də kursu dəyişməyin zamanı, məncə, çoxdan çatıb. Təbii ki, söhbət hansısa kadr dəyişikliyindən getmir. Elə bu heyətlə yolu dəyişmək mümkündür. Lakin məşqçi korpusu və idarəetmə strukturu qarşısında qətiyyətli vəzifələr müəyyən olunmalıdır. Qiyməti əldə olunan nəticələr deyil, qarşıya qoyulan vəzifələrin icrası təyin etməlidir. Çünki "Qəbələ" nə tarixi keçmişi, nə də ənələləri olan bir klubdur. Hətta ötən illər ərzində onun özünün bir dəst-xətti cızılmayıb. Bütün bunlar sistemsiz yanaşmanın, sadəcə, axarı ilə gedilən yolun nəticəsidir.
Əlbəttə, diqqətli oxucularımız, bu məsələləri buna qədər də dəfələrlə qabartdığımızı, hətta komandanın uğurlar əldə etdiyi və təriflərlə göylərə qaldırıldığı dövrlərdə yazdığımızı sezməmiş deyil. Lakin indiki məqam dönüş anı olduğu üçün xüsusən vacibdir. "Qəbələ" özündən əvvəlki qürub edən komandaların aqibətini yaşamamalıdır və bunu indidən diqqətə çatdırmaq borcumuzdur.

Əlbəttə, eyni sözləri haradasa "Qarabağ"a da aid etmək olar. Lakin bu komandanın öz tarixi var. Həmçinin artıq klub rəhbərliyi komandanın bu imicinə xələl gətirməmək üçün konkret yol müəyyən edib. Doğrudur, böyük addım atılmır, amma komanda yerində də saymır. Bəzən uğursuz transferlər olur, bununla belə illər boyunca sınanmış idarədici struktur qısa zamanda özünü toparlamaq üçün qərarlar verə bilir. Üstəlik, daxili çempionatdakı rəqiblərin qeyri-sabitliyi ona yol açır. Əgər ölkədaxili rəqiblər bir az güclənməyə meyilli osa, "Qarabağ" da müvafiq addımlar atmağa məcbur olar.

Son dövrlər bu komanda ilə bağlı ən mənfi fikrimiz öz kadrlarını yetişdirməkdən vaz keçməsi, yaxud bu sahəyə diqqəti tam azaltması ilə bağlı idi. Hərçənd son vaxtlar, bu səmtdə də yeniləşməyə cəhdlər müşahidə olunur. Bu səbəbdən ümid edək ki, tezliklə komandada yeni qan, yeni futbolçu sorağı eşidiləcək. Çünki əldə etdiyi əcnəbilərlə bazar münasibətləri qura bilməyən komanda üçün bir gün durğunluq içində böhrana düşməməyin yeganə yolu budur.

Hələliksə, "Qarabağ"ı qarşıda tarixinin ən ciddi sınaqlarından biri gözləyir. Rəqib nəinki asanlardan deyil, hətta bu fürsəti dəyərləndlirmək üçün dəridən-qabıqdan çıxacaq bir klubdur. Hazırlıq prosesindən də belə görünür. Bununla belə oyun planında Azərbaycan çempionu taktiki baxımdan bir addım öndədir. Rəqib fiziki-funksional hazırlıq baxımından diqqət çəkir. Buna görə bəzi matçlarda Ağdam klubunun futbolçularının tonussuzluğunu bu dəfə müşahidə edilsə, rəqib bunu bağışlamayacaq. Ölçülüb-biçilmiş planlar rəqibə görə deyil, məhz öz oyun tərzinə görə seçilməlidir. Necə deyərlər, qonaq komanda çalınan mahnıya oynamağa vadar edilməlidir. Özü də birinci görüşdə böyük hesab olmasa, hər iki komandanın cavab matçında da fərqlənmək imkanı olacaq.

"Qarabağ" üçün bu qarşılaşmalarda ən zəif məqam orta idarəetmə planıdır. Bu sahədə konkret oyunçu deyil, düşünülmüş kombinasiyalı tərz işlənsə, şübhəyə yer qalmaz. Çünki istənilən halda danimarkalıların "Qarabağ"dan çox çəkindiyi və hər an sapından çıxa biləcəyi məlumdur. Bir sözlə, rəqibi keçmək üçün plan çoxdur. Hətta bir oyun daxilində, qədim romalılar demiş, üslubu tez-tez çevirməklə ən asan qələbəyə çatmaq olar. Amma "Qarabağ" hələ üslub çevirmək məsələsində bir qədər axsayır. Ona görə üslub məsələsi də 2-3 planlı olmaqla mükəmməl işlənməli və oyunçulara təlqin edilməlidir.


Çempionlar Liqası
3-cü təsnifat mərhələsi.
Cavab görüşü

"Şerif" (Moldova) - "Qarabağ" (Azərbaycan) 1:2 (0:1)
İlk oyun - 0:0
1 avqust. 21:00. Tiraspol.
"Şerif" stadionu
Hakimlər: Roy Reynşreyber - Amihay Yehoşua Mozes, Dan Uçeniç - Daniel Bar Natan (İsrail).
Qol: Badibanqa 90+4-pen.//D.Ndlovu, 45+3, Miçel, 86.
Sarı vərəqə: V.Posmaç, 38, V.Damaşkan, 44, Y.Brezovets, 47//Miçel, 35, İ.Şehiç, 57, A.Aqolli, 73, R.F.Sadıqov, 90+4.
"Şerif": Zvonimir Mikuliç, Petru Raçu, Viktor Oliveyra, Jeremi De Nooyyer (Stefan Muqoşa, 61), Kriştianu Da Silva, Sirill Bayala, Yosip Brezovets (Bencamin Balima, 85), Ziqua Badibanqa, Mateo Suşiç (kap.), Vyaçeslav Posmaç, Vitali Damaşkan. Baş məşqçi: Roberto Bordin.
"Qarabağ": İbrahim Şehiç, Bədəvi Hüseynov, Rəşad F.Sadıqov, Qara Qarayev, Maksim Medvedev (Yakub Rzejniçak, 31), Ansi Aqolli, Miçel, Dino Ndlovu (Ağabala Ramazanov, 89), Mahir Mədətov (Əfran İsmayılov, 60), Donald Gerryer, Riçard Almeyda. Baş məşqçi: Qurban Qurbanov.

Pley-off mərhələsi. İlk oyun

"Qarabağ" (Azərbaycan) -
"Kopenhagen" (Danimarka)
15 avqust. Tofiq Bəhramov adına
Respublika stadionu.
Hakimlər: Paolo Talyavento - Alessandro Callantini, Alessandro Kostanso - Massimilyano İrrati, Antonio Damato - Filippo Meli (İtaliya).

Cavab görüşü
23 avqust. Kopenhagen.
"Telia parken"



Avropa Liqası.

3-cü mərhələ. Cavab görüşü

"Qəbələ" (Azərbaycan) - "Panatinaikos" (Yunanıstan)
1:2 (0:0)
İlk oyun - 0:1.
3 avqust. 21:00. Bakı.
"8-ci km" stadionu.
Hakimlər: Kreyq Pauson - Li Betts, Adam Nann - Kevin Frend (İngiltərə).
Qol: Moledo, 52-öz qap.//R.Lod, 63, Kabezas, 66.
Sarı vərəqə: D.Malone, 20//R.Lod, 51.
"Qəbələ": Dmıtro Bezotosnı, Voyislav Stankoviç, Baqali Dabo (Famusa Kone, 74), Endryu Hallidey, Cavid Hüseynov (kap.; Asif Məmmədov, 75), Vitali Vernıdub, Dion Malone (Elvin məmmədov, 80), İlqar Qurbanov, Filip Ozobiç, Deyvi Bulthays, Stiven Cosef-Monrouz. Baş məşqçi: Roman Qrıqorçuk.
"Panatinaikos": Odisseas Vlaxodimos, Omri Altman (Lüsianu, 56), Gilyermo Molins (nunu Reiş, 80), Zeka (kap.), Robin Lod, Dimitris Kurbelis, Niklas Hult, Dimitrios Kolovetsios, Rodriqo Moledo, Anastasios Xatsigiovanis (Brayan Kabezas, 62), Usmane Kulibali. Baş məşqçi: Marinos Uzunidis.

Xəbər 1540 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru