Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Teymur Rəcəbov: Dünya şahmat tacı uğrunda mübarizə aparmaq istəyirəm
Tarix: 26.04.2017 | Saat: 18:17:00 | E-mail | Çapa göndər
Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2017” turnirinin V turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov İngiltərə təmsilçisi Maykl Adams ilə heç-heçə oynayıb.

- “Shamkir Chess-2017” turnirində beş tur artıq başa çatıb. Turnirdəki çıxışınızı necə dəyərləndirirsiniz?

- Beş turdan sonra hesabımda 2 xal var. Sözsüz, daha yaxşı çıxış etmək mümkündür. Fikrimcə, hazırda yarışın yekunları barədə danışmaq tezdir. Qarşıda 4 tur var. Nəticələr barədə sonda danışmaq daha yaxşıdır. Sözsüz ki, Şəmkirdə keçirilən yarışda mümkün qədər yaxşı oyun nümayiş etdirmək istəyirəm. Bəzən insanın istədiyi alınmır.

- Sizdən həmişə qələbə gözləyirlər. Demək olar ki, son yarışlarda, o cümlədən Şəmkirdəki turnirdə qələbə qazanmaqda çətinlik çəkirsiniz. Təzyiq altında oynamaq çətindir?

- Vüqar Həşimov memorialında güclü şahmatçılar iştirak edirlər. Belə güclü iştirakçılarla oyunlarda qələbə qazanmaq asan deyil. İlk turda qara fiqurlarla görüşdə məğlub oldum. Sözsüz ki, məğlubiyyətlə başlayandan sonra özünü toparlamaq çətindir. Bütün turnirlərdə qələbə qazanmaq alınmır. Başa düşürəm ki, məndən yalnız uğur gözləyirlər. Bəhanələri sevmirəm. Təzyiq hiss etmirəm. Şəmkirdə çıxış etmək çox rahatdır. Burada iştirakçılar üçün hər cür şərait yaradılıb. Ötən gün Şəhriyar da söylədi ki, Vətəndə oyun alınanda deyirlər rahatdır. Oyun getməyəndə isə doğma şəhərdə mübarizə aparmağın çətin olduğunu söyləyirlər. Şəmkirdə mübarizə aparan bütün şahmatçılar dünya reytinqində yüksək yerlərdə qərarlaşıblar. Belə yarışlarda hamı üçün çətinlik ola bilər.

- “Synergy Group”un təşkil etdiyi “Shamkir Chess-2017” turnirinin sonuncu qalibi Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovdur. Bu il də Şəhriyara və sizə böyük ümidlər bəslənilir. Şahmatçılarımızın qələbə qazanmaq şansı yüksəkdimi?

- İlk olaraq, Vüqar Həşimovun xatirəsinə belə möhtəşəm yarış təşkil olunmasına görə “Synergy Group”a təşəkkür edirəm. Bu yarışda həmişə ən güclülər iştirak ediblər. Təşkilatçılar tərəfindən bütün qonaqlar üçün əla şərait yaradılıb. Şəmkir turniri artıq dünya şahmat təqvimində özünəməxsus yer tutur. Belə yarışlar ölkədə şahmata marağı da artırır. Sualınıza gəldikdə, Azərbaycan şahmatçıları yaxşı oynayanda qalib gəlmək şanslarımız yüksək olur. Millidə çıxış edəndə hər birimizin oyunu nəzərə alınır. Turnirdə isə fərdi oyun vacib olur. Ötən il Şəhriyar Məmmədyarovun qələbəsinə çox sevindim. O, ötən il turnirin son turlarını yüksək səviyyədə keçirdi. Tay-brekdə Fabiano Karuana üzərində vacib qələbə qazandı. Bu il də çalışırıq. Doğma meydanda yerli şahmatçı qələbə qazananda həm azarkeşlər, həm də təşkilatçılar üçün yaxşı olur.

- Reytinqə görə, Uesli So və Vladimir Kramnik favorit hesab edilir. Sizin fikrinizcə, Şəmkirdəki yarışda qələbəyə əsas namizəd kimdi?

- Turnirdən əvvəl adətən reytinqə görə müzakirələr aparılır. Uesli So və Vladimir Kramnik FIDE reytinqinə görə turnirin birinci-ikinci şahmatçılarıdır. Əgər reytinqə görə danışırıqsa, U.So və V.Kramniki əsas favorit hesab etmək olar. Amma Şəmkirə dəvət olunan hər bir şahmatçı qələbə qazanmaq gücündədir. U.So yarışa məğlubiyyətlə başladı. Gözlənilməz nəticələr çox olur. Yekun haqqında danışmaq çətindir.

- Hamını Teymur Rəcəbovun hazırda hansı məşqçilərlə çalışması maraqlandırır. Çox vaxt siz adları sirr saxlayırsınız...

- Uşaq yaşlarımdan atam yanımda olub. İndinin özündə də atam mənə kömək edir. Mən heç vaxt məşqçilərimi sirr saxlamamışam. Dünya şahmat tacı uğrunda yarışanda köməkçilərin adını gizlədirlər. Adi vaxt isə buna ehtiyac yoxdur. Bir neçə il əvvəl Çuçelov ilə çalışmışam. Bütün turnirlərə birgə gedirdik. İndi konkret məşqçim yoxdur. Sparrinq tərəfdaşlarım var. Bütün şahmatçılar kimi, mən də bəzən kompüterdən istifadə edirəm.

- Şəmkirdən sonra hansı turnirlərdə çıxış etməyi planlaşdırırsınız?

- Hazırda əsas diqqət FIDE-nin Qran-Pri yarışlarına yönəlib. Çünki iddiaçıların turnirinə vəsiqə qazanmaq üçün Qran-Pridə yaxşı çıxış etmək lazımdır. Karyeram ərzində çoxlu sayda mötəbər yarışlarda iştirak etmişəm. On iki yaşımdan müxtəlif turnirlərdə mübarizə aparmışam. İndiyə qədər Dünya Kubokunda, Avropa çempionatında, superturnirlərdə qələbə qazanmışam. Əsas hədəfim dünya şahmat tacı uğrunda mübarizəyə qoşulmaqdır. Dünya çempionluğu uğrunda oynamaq istəyirəm.

- Teymur Rəcəbovun əsas hədəfi dünya şahmat tacını Azərbaycana gətirməkdir. Bu iddia bir neçə ildir səslənmir. Deməli, sizin fikriniz dəyişməyib...

- Müəyyən müddətdə bu barədə danışmırdıq. Çünki şahmatda mənim üçün çətin dönəm oldu. Oyunum alınmırdı. Artıq həmin dövr arxada qaldı. Mənim əsas hədəfim dünya çempionuna qarşı oynamaqdır. Çətin dönəmdə superturnirlərdə iştirak etmirdim. İndi Qran-Pridə mübarizə aparmaqla iddiaçıların yarışına qoşulmaq istəyirəm. Dünya çempionu olandan sonra şahmatçının karyerasında yeni mərhələ başlayır. Nə vaxtsa arzuma çatacağıma inanıram. Baxın, Maqnus Karlsen çempion olandan sonra ancaq titulunu qorumaq barədə düşünür.

- Əksəriyyət söyləyir ki şahmatda indi onun dövranıdır. Yəni doğrudan Maqnus Karlseni dayandırmaq çətindir?

- Maqnusun məğlubedilməz olması fikri ilə razılaşmıram. Onunla birlikdə çoxlu sayda turnirlərdə iştirak etmişəm. Dəfələrlə ona qarşı mübarizə aparmışam. Nəzərə almaq lazımdır ki, Karlsenin liderliyi o qədər uzun müddət deyil. O, 2-3 il əvvəl bütün turnirlərdə vahid lider kimi qəbul edilirdi. Amma hazırda belə deyil. Dünya çempionudur, lakin onun çoxlu sayda güclü rəqibləri var.

- Şəmkir turniri Vüqar Həşimovun xatirəsinə həsr olunub. Vüqarla bağlı hansı xatirələri bizimlə bölüşə bilərsiniz?

- Vüqarla bağlı yalnız xoş xatirələrim var. Onun xatirəsinə keçirilən turnir yüksək səviyyədə təşkil olunub. Şəmkir turniri indiyə qədər iştirak etdiyim ən möhtəşəm yarışlardan biridir. Hər il Vüqarın adı bizləri yenə birləşdirir. Bu gün onun da iştirakçılar sırasında olmağınızı istəyərdim. Çox istərdim ki, Vüqar özü də bu gün yarışda mübarizə aparan şahmatçıların yanında olsun.

- Ötən il Bakı 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etdi. FIDE təşkilatçılığı yüksək qiymətləndirərək bu turniri olimpiadalar tarixində ən yaxşı yarış adlandırdı. Təəssüf ki Azərbaycan millisi bizi sevindirə bilmədi. Yığmanın uğursuzluğunun səbəbi nə idi?

- Təşkilatçılıq yüksək səviyyədə oldu. Amma nəticəmiz yaxşı deyildi. Olimpiadadan 8 ay keçib. İndi bu barədə danışmaq olar. Millinin uğur qazanması üçün bütün şahmatçıların yaxşı formada olması vacibdir. Olimpiadada bəzi şahmatçılarımız o qədər yaxşı çıxış etmədi. Bəzi partiyalarda mənim, eləcə də Arkadi Naydiçin oyunu alınmadı. Komanda kimi qalib gəlmək üçün bütün lövhələrdə yaxşı nəticə lazımdır. Azərbaycan millisi iki dəfə Avropa çempionatında qızıl medal qazanıb. Olimpiadada medalımız yoxdur. Doğma Bakıda mübarizə aparmaq böyük məsuliyyətdir. Hamımız nəticə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Mehriban komandamız var. Gələcəkdə olimpiada uğur qazanmaq şanslarımız çoxdur.

- Teymur Rəcəbovdan öyrənmək istəyən yeniyetmələr çoxdur. Gələcəkdə şəxsi şahmat akademiyası və ya məktəbini açmaq barədə düşünmürsən?

- Gənclərlə görüşmək, təcrübəni bölüşmək çox maraqlıdır. Həmin məktəbdə müxtəlif seanslar keçirmək olar. Uşaqlara təcrübəli qrossmeysterlə görüş yaxşı təsir edir. Hazırda belə bir planım yoxdur. Əgər olacaqsa özüm orada olmaq istəyirəm. Yoxsa şahmat akademiyası və ya məktəbi açırsan, amma özün ildə bir-iki dəfə oraya gəlirsən, - bu, düzgün deyil. Onda kommersiya məqsədi əsas götürülür. Hazırda bütün fikrimi karyerama yönəltmişəm. Belə fikir yoxdur. Əlbəttə, Azərbaycan millisinə yaxşı şahmatçılar hazırlayacaq məktəbin olmasını istəyərdim. Mütəmadi orada seanslar və görüşlər təşkil etmək olardı. Məsələn, uşaq yaşlarımda Viktor Korçnoyun seansında iştirakımı indiyə qədər xatırlayıram. Ona görə uşaqlar üçün elə şərait yaratmaq əla ideyadır. Amma bu barədə heç bir planım yoxdur.

- Məryəm adlı qızınız var. Övladınız şahmatla maraqlanır?

- Qızım balacadır. Hazırda bu barədə danışmaq tezdir. Əlbəttə, fiqurları tanıyır. Fiqurların düzülüşünü bilir. Şahmatçı ailəsində olan uşaq, sözsüz ki, bu oyunu tanıyır. Qızıma təzyiq etmirəm. Hələ balacadır. Gələcəkdə şahmata marağının hansı səviyyədə olacağını zaman göstərəcək.

AZƏRTAC
Xəbər 708 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
30.04.2024 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29.04.2024 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29.04.2024 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
25.04.2024 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
15.02.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə 2-ci yeri tutub
27.01.2024 Azərbaycanın şahmat məşqçisi beynəlxalq mükafat alıb
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
14.12.2023 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında iştirak edir
14.12.2023 Bakıda Qənirə Paşayevanın xatirəsinə həsr olunan şahmat turniri keçiriləcək


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru