Xəbərlər |
|
|
Digər xəbərlər |
|
Millətlər Liqası. C divizionu. “C” qrupu |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Belçika |
6 |
5 |
1 |
0 |
16-3 |
16 |
2 |
Avstriya |
7 |
5 |
1 |
1 |
15-7 |
16 |
3 |
İsveçrə |
5 |
2 |
0 |
3 |
11-8 |
6 |
4 |
Azərbaycan |
6 |
1 |
1 |
4 |
4-12 |
4 |
5 |
Estoniya |
6 |
0 |
1 |
5 |
2-18 |
1 |
|
Premyer Liqa. Turnir cədvəli |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Qarabağ |
27 |
21 |
3 |
3 |
71-23 |
66 |
2 |
Sabah |
27 |
11 |
7 |
9 |
39-32 |
40 |
3 |
Neftçi |
27 |
11 |
7 |
9 |
34-29 |
40 |
4 |
Zirə |
27 |
10 |
9 |
8 |
21-18 |
39 |
5 |
Sumqayıt |
27 |
10 |
9 |
8 |
26-32 |
39 |
6 |
Səbail |
27 |
10 |
7 |
10 |
39-41 |
37 |
7 |
Turan Tovuz |
27 |
9 |
8 |
10 |
41-38 |
35 |
8 |
Araz-Naxçıvan |
27 |
8 |
8 |
11 |
27-36 |
32 |
9 |
Kəpəz |
27 |
7 |
6 |
14 |
29-47 |
27 |
10 |
Qəbələ |
27 |
4 |
4 |
19 |
20-51 |
16 |
|
|
|
Daniel Subotiç yenidən “Qəbələ”də |
|
Tarix: 31.01.2017 | Saat: 18:42:00 | E-mail | Çapa göndər
|
|
“Qəbələ” klubu qış transfer pəncərəsində heyətinə daha bir futbolçu cəlb edib.
Mövsümün ilk yarısından sonra yarımmüdafiəçi Araz Abdullayev və müdafiəçi Rasim Ramaldanovla müqavilə imzalayan “qırmızı-qaralar” hücum xəttini Daniel Subotiç ilə gücləndiriblər.
İyirmi səkkiz yaşlı hücumçu ilə 6 aylıq müqavilə imzalanıb. 2,5 illik fasilədən sonra “Qəbələ”yə qayıdan isveçrəli futbolçu 2013-2014-cü il mövsümündə də “qırmızı-qara” forma geyinib. Hücumçu komandanın heyətində Premyer Liqada 29 oyunda 12, Azərbaycan kubokunda 1 qol vurub. O, ölkə çempionatının bürünc mükafatçısı və kubokun finalçısı olub. Bosniya və Herseqovina əsilli futbolçu 2013-cü ilin dekabrında Premyer Liqanın ən yaxşı futbolçusu seçilib.
İsveçrənin “Bazel” klubunun yetirməsi olan D.Subotiç peşəkar karyerasına İngiltərədə başlayıb. 2008-2010-cu illərdə “Portsmut”a məxsus olan hücumçu icarə əsasında Belçikanın “Zulte-Varegem” və İtaliyanın “Qrosseto” klublarında çıxış edib. Rumıniyada Krayovanın “Universtatya” və “Tarqu Mureş” komandalarının ardından Ukraynaya yollanan forvard 2012-2013-cü illərdə “Volın”da forma geyinib. “Qəbələ”də keçirdiyi 2013-2014-cü il mövsümünün ardından isveçrəli Küveytə yollanaraq “Qadisiya” klubunda çıxış edib. 2015-ci ilin yayında Moldovanın “Şerif” klubu ilə anlaşan futbolçu son 1,5 ili bu komandada keçirib. O, 2015-2016-cı il mövsümündə Moldova çempionatının ən yaxşı bombardiri adına yiyələnib.
“Qəbələ”nin yeni transferi İsveçrə milli komandasının da şərəfini qoruyub. O, 2007-2008-ci illərdə U-19 yığmasında çıxış edib.
|
|
|
|
Xəbər 635 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|