Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
MOK-un İcraiyyə Komitəsinə yeni tərkibi müəyyənləşdi
Tarix: 01.12.2016 | Saat: 19:21:00 | E-mail | Çapa göndər
Dekabrın 1-də Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qurumun hesabat seçki Baş Məclisindən sonra mətbuat konfransı keçirdi.

O, konfransda MOK-un İcraiyyə Komitəsini yeni tərkibinin müəyyənləşdiyini bildirdi.
Onun sözlərinə görə, 17 nəfərlik komitədə yeni üzvlər olimpiya çempionu Nazim Hüseynovla Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev olacaq. Qalan üzvlərin tərkibində dəyişiklik baş vermədyini, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, millət vəkili Rauf Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahətdinova, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, əməkdar bədən tərbiyəsi və idman ustası Rəfiqə Şabanova, Natiq Əliyev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Zərifə Salahova, Naxçıvan MR-in gənclər və idman naziri Azad Cabbarov daha 4 il müddətinə İK üzvü kimi fəaliyyət göstərəcəklərini diqqətə çatdıran vitse-prezident: “Eyni zamanda dövlət başçısı İlham Əliyev yenidən MOK-un prezidenti, mən, Azad Rəhimov və Xəzər İsayev vitse-prezident, Ağacan Abiyev isə baş katib seçildilər. Baş Məclisin toplantısında 2013-2016-cı illərin hesabatı dinlənildi. Gördüyümüz işlər gələn ildə davam etdiriləcək. Toplantıda bir sıra vacib məsələlər müzakirə olundu. Əsas məqsədimiz 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarında qazanılacaq medalların sayının artırılmasına çalışmaqdır. Növbəti Olimpiya Oyunlarına hazırlıq elə səviyyədə olmalıdır ki, Tokiodakı nəticələr Rio-de-Janeyrodan zəif olmasın. Hətta istərdik ki, idmançılarımız o nəticələrdən də daha yüksək nailiyyətlər qazansın".

Üzgüçülük, atletika, qılıncoynatma, otüstü hokkey kimi bəzi idman növlərində olan problemlərdən danışan MOK-un rəsmisi: "Bəzi obyektiv səbəblərdən bu növlərdən medal qazana bilməmişik. Təbii ki, üzgüçülük və atletika kütləvi medal yönümlü idman növləridir. Bizdə bu idman növləri bu vaxtacan bir qədər zəif inkişaf edib. Biz atletika növündə olimpiadalarda iştirak etmişik. Bu növdə olimpiadada medal qazanmaq çox çətindir. Bu idman növləri xüsusi atletlər tələb edir. Nəzərə alsaq ki, ilk Avropa Oyunlarına qədər 50 metrlik Olimpiya standartlarına uyğun olan heç hovuzumuz yox idi. Belə yerdə də təbii ki, üzgüçü hazırlamaqda çətin məsələ idi. İndi yeni tikilmiş Su Mərkəzində yığma komandalarımız çox ciddi hazırlaşır. Yaxşı üzgüçünün yetişməsi üçün isə, bizə 8 il vaxt lazımdır. Atletikada isə dünya standartlarına cavab verən artıq iki qaçış zolağı var: biri Bakı Olimpiya Stadionunda, digəri isə Tofiq Bəhramov adına Respublika Stadionundadır. İndi vəziyyətimiz bu baxımdan daha yaxşılaşıb. Ümid edirəm ki, Tokio olimpiadasına qədər idmançılar yetişər və atletkada medallar qazanarıq. Çünki, bu sahədə prespektivli idmançılar var. Artıq onlardan medallar gözləyirik. Həndbol Federasiyasına yeni prezident seçilən Saleh Məmmədov bu sahəyə yaxşı bələddir. O, əvvəllər "Azəryol" klubuna rəhbərlik edib. Yeni rəhbərlik qarşısında ciddi məqsəd qoymuşuq. Gələn il keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında komandamız layiqincə iştirak etməlidir”.

Gələn ildə fəaliyyətini qura bilməyən bir çox federasiyalarda dəyişiklik olacağını vurğulayan vitse-prezident bildirdi ki, Qılıncoynatma Federasiyasında vəziyyət digər federasiyalara nisbətən ağırdır: ”Otüstü hokkeyə gəlincə, bu qurumun rəhbərliyi bildiyimiz kimi, həm də Güləş Federasiyasına başçılıq edir. Güləşdəki nəticələr hər kəsə bəllidir. Lakin otüstü xokkeydə komandamız olsa da, nəticələr əldə edilmədi. Heyətə legionerlər cəlb olundu, bu da müsbət təsirini göstərmədi. Əslində onların gəlişi idmanın inkişafına müsbət təsir etməli idi. Bu təcrübə hətta güləş və boksa öz müsbət təsirini vaxtilə göstərmişdi. İndi bu sahədə yaxşı idmançılarımız və nəticələrimiz var. Əsas problem ondadı ki, bu idman növünə ölkəmizdə maraq göstərilmir və valideynlər övladlarını gətirmirlər. Yəqin ki, müəyyən məqsədyönlü aparılan işlərdən sonra bu növə də maraq artar".
Vitse-prezident Bakının 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcəyi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmirdəyini vurğuladı.

Azərbaycanda dopinqə qarşı mübarizədən söz açan Ç.Hüseynzadə qeyd etdi ki, dopinqlə bağlı təhlükənin qarşısını almaq üçün Azərbaycanda dopinq haqqında qanun cari ilin noyabrın 30-da qəbul olundu. “ Azərbaycanda bu qanuna istinad edən Anti-Dopinq Agentliyi yaradılmalıdır. Azərbaycan WADA-nın anti-dopinq sistemləri təşkilatın məcəlləsinə uyğun olmayan ölkələr siyahısına düşüb. İlin sonuna qədər agentlik yaradılacaq və bu siyahıdan çıxmalıyıq. İndi hansısa idmançının dopinqə düşməsinə görə, "Rio-2016"dakı nəticələrimizin ləğv olunacağına inanmıram. Çünki bütün beynəlxalq komitələr Riodakı yarışların təmiz olduğunu bildirib. Kimlərdənsə medalların alınmasına inanmıram. Əsasən Pekin-2008-də olan məsələlərdir. Bilirsiniz ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən idman nazirlərinin iclasında da WADA tənqid olunub. Çünki əvvəlki dövrləri qurdalayanda hər bir ölkədə problem çıxır. Bizdə çox deyil. Vitaliy Rəhimova gəlincə, ilk olaraq yerli Olimpiya Komitəsinə bununla bağlı məktub gəlir. Onlar həmin idmançıya məxsus diplomları tələb edirlər. Çünki, o idmançını iştirakçı siyahısından çıxarırlar. Biz də federasiyaya müraciət edirik. Rəsmi olaraq Güləş Federasiyasına müraciət edib qərarı bildirmişik. Federasiya nə vaxt medal və diplomu bizə versə, biz də onu beynəlxalq komitəyə göndərəcəyik. Həmin medal və diplomu qaytarmamaq hüququmuz var. Bu zaman ərizə yazıb Beynəlxalq Olimpiya Komitəsinin tərkibindən çıxmalıyıq".

Qeyd edək ki, MOK-un yeni tərkibi 2020-ci ilədək fəaliyyətdə olacaq.




Xəbər 1339 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.05.2021 Milli Olimpiya Komitəsində Kikboksinq Təşkilatları Dünya Assosiasiyasının prezidenti ilə görüş olub
17.06.2020 Avropa Olimpiya Komitələrinin prezidenti vəzifəsinə seçkilər gələn ilin payızında keçiriləcək
09.06.2020 Milli Olimpiya Komitəsi “Olimpiya günü” tədbirlərini davam etdirir
22.05.2020 MOK-un təşəbbüsü ilə Olimpiya idman növləri üzrə milli federasiyaların mətbuat katibləri ilə görüş baş tutub
22.05.2020 Milli Olimpiya Komitəsi “Olimpiya günü” nü eyvanlara çıxan Bakı sakinləri ilə qeyd etdi
19.05.2020 Azərbaycan Milli Olimpiya Komitəsi yeni layihəyə start verib
19.05.2020 Azərbaycan Milli Olimpiya Komitəsi yeni layihəyə start verib
18.05.2020 Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyası təxirə salınıb
03.05.2020 MOK yeni layihəyə start verdi
03.05.2020 MOK idmançılar və federasiya rəsmiləri ilə videokonfrans təşkil edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru