Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
İntizam Komitəsinin qərarları
Tarix: 22.11.2016 | Saat: 18:34:00 | E-mail | Çapa göndər
19 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XII turunun “Qarabağ” – “Kəpəz” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub (maddə 40).
20 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XII turunun “İnter” – AZAL matçının 68-ci dəqiqəsində AZAL klubunun 15 №-li futbolçusu Brian Fok ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub (maddə 48).

18 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XII turunun “Qəbələ” – “Zirə” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub (maddə 40).

18 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XII turunun “Qarabağ” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub (maddə 40).

17 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Turan Tovuz” – “Şahdağ” matçının 2-ci hissəsində “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 160 manat cərimə olunub (maddə 52).

17 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Şəmkir” – “Səbail” matçının 78-ci dəqiqəsində “Şəmkir” klubunun 11 №-li futbolçusu Şahin Baleljae ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub (maddə 48).

17 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XII turunun MOİK – “Qaradağ Lökbatan” matçının 35-ci dəqiqəsində MOİK klubunun 10 №-li futbolçusu Məhəmməd Bədəlbəyli qeyri-etik jest göstərdiyinə görə İntizam Komitəsi tərəfindən 3 oyun cəzalanıb. Oyunçuya verilmiş cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilib və futbolçuya 6 ay sınaq müddətə verilib. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək (maddə 33) (maddə 42.1).

18 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Rəvan” – “Şərurspor” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub (maddə 40).

18 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Bakılı” – “Energetik” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub (maddə 40).
Oyun başa çatdıqdan sonra “Energetik” klubunun 5 №-li futbolçusu Tural Məmmədov təhqir edici hərəkət etdiyinə görə, 3 oyun cəzalanıb, klub 160 manat cərimə olunub (maddə 42.1)

18 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Zaqatala” – “Ağsu” matçının 90+1-ci dəqiqəsində “Zaqatala” klubunun 10 №-li futbolçusu Arzuman Nəsibov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub (maddə 48).

UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlar AFFA və PFL tərəfindən ciddi şəkildə araşdırılıb. Komissiyanın qərarına əsasən bu işdə şübhəli bilinən aşağıdakı şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb.

“Şahdağ” (Qusar)
Kamran Ağakərimov
İqrar Səmədov
Tofiq Səfiyev
Mahiddin Ağamov
Faik Ağarəhimov
Rafael Kübərov (İnzibatçı)

“Rəvan” (Bakı)
Əkbər Əhmədov
Fərid Ağayev
Mirqasım Cabbarlı
Elvin Əliyev
Omid Masumi
Fərid Quliyev
Cəmşid Məhərrəmov

“Bakılı” (Bakı)
Bəhram Bəhramzadə
Xəzər Qəribov

“Göyəzən” (Qazax)
Arzuman Vəliyev
Orxan Əsgərov
Tunar Şahtaxtinski

“Energetik” (Mingəçevir)
Elvin Əlizadə
Kamran Lalayev
Orxan Əlibalayev

“Şərurspor” (Bakı)
Mehdi Rəsulov
Samir Musayev

Hakim
Anar Niyazov

Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.

16 noyabr 2016-cı il U-19 Liqasında “Sumqayıt” – “Vətən” matçının 90+1-ci dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Tural Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

07 noyabr 2016-cı il Bakcell U-17 Liqasında “Neftçi” İK İB – “Səbail” FK matçının 45+1-ci dəqiqəsində “Neftçi” İK İB klubunun 1 №-li futbolçusu Ruzi Abdullayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

14 noyabr 2016-cı il Bakcell U-17 Liqasında “Neftçi” – “Qəbələ” matçının 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 20 №-li futbolçusu Bəşir Aylarov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).

14 noyabr 2016-cı il Bakcell U-17 Liqasında “Səbail” FK – “İnter” PİK matçının 29-cu dəqiqəsində “İnter” PİK klubunun 18 №-li futbolçusu Tərxan Həsənzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
Oyunun 68-ci dəqiqəsində “İnter” PİK klubunun 19 №-li futbolçusu Elvin Cəfərquliyev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

07 noyabr 2016-cı il Bakcell U-17 Liqasında “Qəbələ” İK – “Vətən” RİOEUG matçının 90+5-ci dəqiqəsində “Vətən” RİOEUG klubunun 7 №-li futbolçusu Şakir Seyidov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

07 noyabr 2016-cı il Bakcell U-17 Liqasında “Zirə” PFK – “Kəpəz” PFK matçının 79-cu dəqiqəsində “Zirə” PFK klubunun 55 №-li futbolçusu Pərviz Məmmədov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

17 noyabr 2016-cı il U-10 Liqasının AZAL PFK – “Sərhədçi” matçında AZAL PFK klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 56).

17 noyabr 2016-cı il U-11 Liqasının “Bakı”– “Xəzri” matçında “Bakı” klubunun məşqçisi Etibar Səfərəliyev hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb (maddə 42.4).

19 noyabr 2016-cı il Coca-Cola U-13 Liqasında “Sabirabad” – UGİM (Göyçay) matçının 13-cü dəqiqəsində “Sabirabad” klubunun 15 №-li futbolçusu Aqşin Ramazanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).

19 noyabr 2016-cı il U-14 Liqasında UGİM (Göyçay) – UĞUR Gİİ (Ucar) matçının 40-cı dəqiqəsində UGİM klubunun 18 №-li futbolçusu Nicat Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).

20 noyabr 2016-cı il U-14 Liqasında “Neftçi” İK İB – “Rəvan” FK matçının 44-cü dəqiqəsində “Neftçi” İK İB klubunun 10 №-li futbolçusu Sahib Səmədov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
21 noyabr 2016-cı il Bakcell U-17 Liqasında “İnter” PİK – AZAL PFK matçının 37-ci dəqiqəsində “İnter” PİK klubunun 5 №-li futbolçusu Bayram Paşazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).
Oyun başa çatdıqdan sonra “İnter” PİK klubunun 9 №-li futbolçusu Riad Abbaszadə AZAL klubunun rəsmi şəxsini bilərəkdən vurduğuna görə 12 ay yarışlardan kənarlaşdırılıb (maddə 37.1).
“İnter” PİK klubuna daxili nizam-intizam qaydalarına əməl edilməsi haqqında xəbardarlıq olunub.

18 noyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin İFFA – “Standart” matçının 14-cü dəqiqəsində İFFA klubunun 30 №-li futbolçusu Rafael Nağıyev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

19 noyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin ADBTİA – “Star” matçının 10-cu dəqiqəsində “Star” klubunun 9 №-li futbolçusu Kamil Aslanov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
Oyunun 23-cü dəqiqəsində ADBTİA klubunun 8 №-li futbolçusu Rüstəm Rüstəmlinin ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

18 noyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Baku fire-2” – “Sovetski” matçının 48-ci dəqiqəsində “Baku fire-2” klubunun 10 №-li futbolçusu Elşən Zərbəliyev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

20 noyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Avanqart”–“Təbriz” matçının 50-ci dəqiqəsində “Avanqart” klubunun 8 №-li futbolçusu Natiq Yusubov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

20 noyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “İtaldizain”–“Obolon” matçının 45-ci dəqiqəsində “Obolon” klubunun 14 №-li futbolçusu Zakir Kərimov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
Xəbər 936 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru