Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
25/04 | 12:05 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycanı 80-dək idmançı təmsil edəcək
25/04 | 11:44 "Şamaxı" rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib
25/04 | 09:51 Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Qəbələ”nin Avroliqanın qrup mərhələsindəki rəqiblərini tanıyaq
Tarix: 28.08.2016 | Saat: 10:30:00 | E-mail | Çapa göndər
UEFA Avropa Liqasının qrup mərhələsinə adlayan “Qəbələ” Monakoda keçirilən püşkatmanın nəticələrinə əsasən “C” qrupunda 1/16 finala vəsiqə uğrunda “Anderlext” (Belçika), “Sent-Etyen” (Fransa) və “Mayns” (Almaniya) klubları ilə mübarizə aparacaq.

Dairəvi sistemlə iki dövrədə keçiriləcək qrup mərhələsinin oyunları sentyabrın 15-də başlayacaq. “Qəbələ” komandasının rəqibləri və onların avrokuboklardakı nəticələri ilə tanış olun.

Ölkə çempionatında ötən mövsümü ikinci pillədə başa vuran “Anderlext” cari mövsüm avrokuboklara UEFA Çempionlar Liqasında başlayıb. Paytaxt futbolçuları qitənin ən nüfuzlu klub turnirinə üçüncü təsnifat mərhələsindən start verib. Burada Rusiyanın “Rostov” komandası ilə görüşən belçikalılar evdəki məğlubiyyətlə turnirlə vidalaşıb – 2:2, 0:2. UEFA Avropa Liqasının pley-offunda oynamalı olan komanda Çexiya “Sparta”sını hər iki qarşılaşmada böyük hesabla məğlub edib – 3:0, 3:0. İsveçrəli Rene Veylerin yetirmələri Belçika çempionatında ilk dörd turda yenilməyən komanda 8 xalla ikinci pillədə qərarlaşıb. Tarixi ərzində 33 dəfə ölkə çempionu olan “Anderlext” ev oyunlarını “Konstant van den Stok” stadionunda keçirir. Belçika futbolunun lideri Avropada da ölkəsini layiqincə təmsil edir. Qitə miqyasında qazanılan 5 titul da bundan xəbər verir. Avrokuboklarda 2 dəfə Azərbaycan klubları ilə oynayan “Anderlext” 2005-2006 mövsümündə “Neftçi” (5:0, 0:1), 2015-2016 mövsümündə “Qarabağ”la (0:1, 2:1) qarşılaşıb.

2015-2016 mövsümündə Fransa çempionatını altıncı yerdə başa vuran “Sent-Etyen” UEFA Avropa Liqasına üçüncü təsnifat mərhələsindən başlayıb. Əvvəl Yunanıstan AEK-i, ardınca İsrail “Beytar”ını mübarizədən kənarlaşdıran fransalılar hər iki rəqibini səfərdə məğlub edib. Evdə qolsuz heç-heçələrlə kifayətlənən Kristof Qaltiyenin yetirmələri səfərdə ilk rəqibini AEK-i 1:0, pley-offda isə “Beytar” üzərində 2:1 hesablı qələbə qazanıb. Fransa çempionatının yeni mövsümündə iki oyunda 3 xal toplayan komanda orta sıralarda qərarlaşıb. Oyunlarını “Joffrua Qişar” stadionunda keçirən Sent-Etyenin ən çox Fransa çempionu olan komandadır. İki il əvvəl UEFA Avropa Liqasının qrupunda “Qarabağ”a rəqib olan Fransa təmsilçisi iki xalla kifayətlənib – 0:0, 1:1.

Ötən mövsüm Bundesliqanı altıncı pillədə başa vuran Almaniya təmsilçisi “Mayns” isə UEFA Avropa Liqasının cari mövsümünə birbaşa qrup mərhələsindən start verəcək. Həmin nəticə baş məşqçi Martin Şmidtin yetirmələrinə tarixində dördüncü dəfə avrokuboklara vəsiqə qazandırıb. Mayns şəhərinin komandası bundesliqaya 2004-cü ildə yüksəlib. 2011 və 2014-cü illərdə Avroliqanın üçüncü təsnifat mərhələsindən başlayan “Mayns” hər iki cəhdində ilk turda mübarizəni dayandırıb.

Xatırladaq ki, “Qəbələ” birinci təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubunu (5:1, 1:2), ikinci təsnifat mərhələsində Macarıstanın MTK komandasını (2:1, 2:0), üçüncü təsnifat mərhələsində Fransa “Lill”ini (1:1, 1:0), pley-offda isə Sloveniya “Maribor”unu (3:1, 0:1) mübarizədən kənarlaşdırıb.
Xəbər 769 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
21.03.2024 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru