Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Qəbələnin növbəti rəqibini tanıyaq
Tarix: 22.07.2016 | Saat: 11:23:00 | E-mail | Çapa göndər
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Macarıstanın MTK klubunu hər iki matçda məğlub edən “Qəbələ”nin növbəti rəqibi Fransa təmsilçisi “Lill” olacaq. İyulun 28-də səfərdə oynayacaq “qırmızı-qaralar” avqustun 4-də rəqibini Bakıda qəbul edəcək. Lillin eyniadlı klubu komandamızın avrokuboklarda qarşılaşacağı ikinci “Böyük beşlik” təmsilçisidir. “Qəbələ” ötən mövsüm qrup mərhələsində Almaniya “Borussiya”sı (Dortmund) ilə də üz-üzə gəlmişdi.

1944-cü ildə yaradılan “Lill”in əsası iki klubun – “Olimpik Lill” və “Fiv İK”in birləşməsi sayəsində qoyulub. Elə klub tarixinin ən parlaq illəri də ötən əsrin ortalarına təsadüf edib. 1945/1946 və 1953/1954 mövsümlərində Fransa çempionu titulunu qazanan “Lill” iki zəfər arasında olan dövrdə 4 dəfə gümüş medallara yiyələnib. Həmin illərdə 7 dəfə ölkə kubokunun finalına yüksələn komanda 5 dəfə yarışın qalibi olub. Uğurlu startın ardından eniş dövrü yaşayan klub liqalar arasında var-gəl edib. Bu müddətdə 4 dəfə yüksək dəstəyə qayıtmalı olan Lill təmsilçisi 2000-ci ildə sonuncu dəfə aşağı dəstənin çempionu olub.

XXI əsrdə kifayət qədər uğuru olan komanda avrokuboklarda yalnız 2001-ci ildə debüt edib. Daxili arenada isə 57 illik çempionluq həsrəti 2010/2011 mövsümündə 3-cü qızılın qazanılması ilə başa çatıb. 2004/2005 mövsümündə gümüş, 2005/2006 mövsümündə bürünc mükafata yiyələnən rəqibimiz çempion olduğu 2011-ci ildə ölkə kubokuna da yiyələnib. 56 ildən sonra qazanılan uğur sayca 6-cı olub.

Avrokuboklardakı debüt mövsümündə UEFA Çempionlar Liqasında çıxış edən “Lill” 6 dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparıb. Bunların 5-də qrupda oynayan komanda 2006/2007 mövsümündə 1/8 finaladək irəliləyib. UEFA Avropa Liqasında da 4 dəfə 1/8 finala yüksələn fransalılar avrokuboklarda 102 matç keçirib, bunların 39-da qələbə qazanıb, 35-da heç-heçə edib və 28 dəfə uduzub. Ötən mövsüm qitəmiqyaslı turnirlərdə oynamayan “Lill” Fransa çempionatını 5-ci pillədə başa vurub. Bu da komandaya Avropa Liqasında oynamaq imkanı verib. Frederik Antonettinin yetirmələri 3-cü pillədən 5 xal geri qalıb.

“Lill”in ev oyunlarını keçirdiyi 50 min 186 tamaşaçı tutumuna malik “Stad Pyer Morua” yeni başa çatan Avropa çempionatının qarşılaşmalarını da qəbul edib. “Lill”in stadionu ilə yanaşı, 29 yaşlı hücumçusu Eder də yarışın iştirakçısı olub. Portuqaliya millisinin üzvü yığması ilə birlikdə qitə çempionluğu yaşayıb. O, Fransa ilə final matçının əlavə vaxtında həlledici qolun müəllifidir.

Xatırladaq ki, “Lill” UEFA Avropa Liqasında mübarizəyə birbaşa üçüncü təsnifat mərhələsindən başlayacaq.
Xəbər 863 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru