Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
"Real Madrid" 11-ci dəfə UEFA Çempionlar Liqasının qalibi olub
Tarix: 28.05.2016 | Saat: 22:24:00 | E-mail | Çapa göndər
Mayın 28-də futbol üzrə UEFA Çempionlar Liqasının 2015

2016-cı il mövsümünün final görüşü oynanılıb.

Finalda Madridin iki komandası - "Real" və "Atletiko" qarşılaşıb. Həlledici oyunda qalib gələn "Real Madrid" 11-ci dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.

Milanın məşhur "San-Siro" stadionunda keçirilən final görüşünü ingiltərəli Mark Klattenberq idarə edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı oyunun 15-ci dəqiqəsində kral klubunun futbolçuları açıblar. Kriştiano Ronaldonun cərimə zərbəsindən ötürdüyü topu Beyl başla Serxio Ramosa yönəldib. Kapitan isə dəqiq zərbə ilə komandasının ilk qolunu vurub - 1:0.

Bundan sonra hesabı bərabərləşdirmək üçün irəli atılan "Atletiko" futbolçuları bir neçə təhlükəli vəziyyət yaratsalar da, istəklərinə nail ola bilməyiblər. Belə ki, 39-cu dəqiqədə "Atletiko"nun fransalı legioneri Qrizmanın 30 metr məsafədən vurduğu topu qapıçı Keylor Navas məharətlə dəf edib. Qrizman dörd dəqiqə sonra daha bir zərbə vursa da, top qapı dirəyindən bir neçə santimetr aralı keçib. Qalan dəqiqələrdə bir neçə təhlükəli vəziyyət yaransa da, hesab dəyişməyib və ilk hissə "Real"ın 1:0 hesablı üstünlüyü iə başa çatıb.

İkinci hissəyə sürətli hücumlarla başlayan "Atletiko" futbolçuları 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanıblar. Oyunun 47-ci dəqiqəsində "Real"ın futbolçusu Pepenin cərimə meydançasında Fernando Torresə qarşı kobud oyununa görə hakim kral klubunun qapısına penalti təyin edib. Lakin Qrizmanın güclü zərbəsi qapı tirindən qayıdıb. Yeddi dəqiqə sonra künc zərbəsindən "Real"ın cərimə meydançasına ötürməni "Atletiko"nun üç hücumçusundan heç biri dəqiq tamamlaya bilməyib.

Matçın 70-ci dəqiqəsində "Atletiko"nu əks-hücumla yaxalayan "Real"ın forvardı Kərim Benzema qapıçı ilə təkbətək qalsa da, topu düz qolkiperin üstünə vurub.

Oyunda hesab 79-cu dəqiqədə bərabərləşib. "Atletiko"nun sağ cinahdan başlatdığı hücumda Xuanfranın gözəl ötürməsini Karrasko dəqiq zərbə ilə tamamlayıb - 1:1.

Matçın əsas vaxtı bu hesabla da başa çatıb.

Oyunun əsas vaxtında qalib müəyyənləşmədiyindən 15 dəqiqəlik iki əlavə hissə oynanılıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyi üçün 11 metrlik cərimə zərbələri yerinə yerilib. Cərimə zərbələri seriyasında 5:3 hesabı ilə qalib gələn "Real Madrid" çempion adını qazanıb.

Beləliklə, matçın qalibi olan kral klubu 11-ci dəfə bu kuboka layiq görülüb. "Atletiko" isə tarixi ərzində UEFA Çempionlar Liqasında üçüncü final oyununda da məğlub olub.

Qeyd edək ki, hər iki ispan komandası iki il əvvəl də Çempionlar Liqasının finalında qarşılaşmışdı. Həmin oyunda "Atletiko" 1:0 hesabı ilə irəlidə olsa da, son dəqiqələrdə məhz Serxio Ramos hesabı bərabərləşdirmişdi. Oyunun əsas vaxtına əlavə edilən dəqiqələrdə isə "Real" əlavə üç qol vuraraq həmin mövsümdə çempion adını qazanmışdı.

Bu qələbə "Real"ın baş məşqçisi Zinəddin Zidan üçün də əlamətdar olub. Z.Zidan baş məşqçi kimi ilk mövsümdə UEFA Çempionlar Liqasının qalibi olmaqla adını tarixə yazdırıb.
Xəbər 664 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru