Gənclər və idman naziri Azad Rəhimov fevralın 19-da İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Balakən, Oğuz, Qax, Qəbələ, Şəki, Zaqatala və İsmayıllı rayon sakinləri iştirak edəcəklər.
Saat 11.00-da başlanacaq qəbul Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri, Heydər Əliyev prospekti-57, RİH-in yaxınlığı) gerçəkləşəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
|