Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan futzalına yeni nəfəs lazımdır
Tarix: 16.02.2016 | Saat: 00:10:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Avropa çempionatının yekunları və qarşıda duran vəzifələrə dair

Azərbaycanın futzal yığmasının Avropa çempionatına daha bir yürüşü yenə ikili hisslərin müşayiəti ilə keçdi. Serbiyada İspaniya millisinin zəfəri ilə başa çatan 10-cu qitə çempionatında komanda qarşısına qoyulan minimal vəzifənin öhdəsindən gəldi. Hərçənd daha yüksək standartlar, vəzifələr də təyin edilə bilərdi.

Əslində, komandanın 1/4 finala qədər irəliləməsi gözlənilən idi və burada qeyri-adi heç nə yoxdur. Amma heyət başından bir az yuxarı tullana bilsəydi, uğurlu nəticədən bəhs etmək mümkün olardı. Söz yox, bundan sui-istifadə edib, hay-küylə uğuru şişirdənlər də tapılacaqdı. Futzalın böyük qardaşı futbolda da həmişə belə olur: hansısa yarışda bir addım irəliləyən komandanın nəticəsi böyük təmtəraqla, hay-küylə qarşılanır və ən azı, postsovet məkanından olan məmləkətlərin uğurları ilə müqayisə aparılmır. İndi isə nə eyforiyaya uyan, nə də bəh-bəhlə danışan olacaq. Hətta müqayisə edəndə, bu yarışda debütünü bürünc medalla qeyd edən Qazaxıstanın əldə etdiyi nəticə də düşünməyə əsas verir. Buna görə də komandanın imkanları həddində çıxış etməsi futzalımızın sabahı baxımından daha faydalı, sərfəli, ümidverici ola bilər. Bəlkə də assosiasiyada kimsə iş görmək üçün ciddi qərarlar verilməsini, addımlar atılmasını təklif etdi. Axı, qitə çempionunu tutarlı zərbə ilə mübarizədən kənarlaşdırmış Qazaxıstanın nümunəsi də buna təkan ola bilər.

Turnir və komanda ilə bağlı təəssüratlara elə yarışın özündən başlayaq. Qeyd etdiyimiz kimi, futzal dünya miqyasında populyarlığını ildən-ilə artırır. Hər dəfə yeni-yeni ölkələri sırasına qatmaqla, yarış daha maraqlı və gərgin keçir. Hətta elə bir dövr başlayıb ki, futzalın özündə taktiki yenilik etməyin qeyri-mümkünlüyündən bəhs olunur. Çünki təkcə komandalar çoxalmır, səviyyə də xeyli artıb, qüvvələr bərabərləşib. Belə bir vəziyyətdə Azərbaycan çoxdan özünü liderlər arasında təsdiq etməli idi. Fəqət, əvvəlcə qələbələr eyforiyası ilə yerində sayan komanda, təbii olaraq, sonra geriləməyə başlayıb. İndi isə yeni dövrün təməlini qoymaq üçün kövrək cəhdlər hiss olunur.
Keçək komandanın oyununa. Səhvlər çox idi. Yerli-əcnəbili yığmanın güclülərdən qorxmayıb, zəiflərdən çəkinməməsi yaxşı cəhət olsa da, qapısından çox top buraxması problemin köküdür. Səbəb müdafiənin zəifliyi, hücumun isə yetərsizliyi göstərilə bilər. Deməli, əsas problem xətdən xəttə keçiddir. Yaradıcılığın zəifliyi də bundan qaynaqlanır. Oyunçulardan birinin hiyləsindən, o birinin güclü zərbəsindən, başqa birinin quruculuğundan yetərli istifadə olunmur. Bu heyət üçün qeyd edilənlər çərçivəsində cari səbəb beləcə aydınlaşır - oyun təcrübəsinin yoxluğu.

Çatışmazlıqları bir oyunun statistik rəqəmləri ilə göstərmək olar. Rusiya ilə matçda rəqib qapını 47 dəfə nişan aldı, komandamız - 40. Onlar çərçivəyə 17 dəfə tuş gəldilər, bizimkilər - 15. Bununla belə ümumən onlar daha üstün və güclü göründülər. Həm də fərqli qələbə qazandılar. Niyə?

Yenə oyun təcrübəsinin yoxluğu. Amma əlavə də var - məşqçi korpusunun potensialdan yetərincə istifadə etməməsi, oyunçulara tam etimad göstərməməsi və s. daha ağır məqamlara da toxunmaq olar.

Əvvəlcə, konkret məşqçi korpusu ilə həll ediləcək məsələləri sadalayaq.

Futzalda uğura, sadəcə, taktiki rəngarənglik ilə yetişmək mümkün deyil. Kiçik meydanda diyirlənən topu idarə etmək həddən artıq yüksək anlaşma, hissiyyat tələb edir. Birinci məsələ, qeyd etdiyimiz kimi, birgə oyun təcrübəsi ilə bağlıdır. Bu olarsa, məşqçi korpusu qarşısında ikinci məsələni qaldırmaq olar: oyunçuların bir-biri ilə anlaşmasını. Bu mənada kombinasiyalı, yüksək taktiki hədlərə çatmaq üçün mütləq konkret sahə dördlükləri deyil, qarışıq komanda olmalıdır. Üçüncü məsələ futzalçıların fərdi taktiki düşüncə tərzinin inkişafıdır. Bu idman növündə sürətli düşünmək qabiliyyəti həlledicidir. Nəhayət, bundan sonra məşqçinin bu əsaslar üzərində quracağı taktiki oyun planı və strateji hədəfləri bəlli olur. Bunların heç birini komandada görmək olmadı. Hərçənd bir il əvvəlki ilə müqayisədə qismən tərəqqini danmaq olmaz. Fikrimcə, oyun planında çatışmazlıqların kökü baş məşqçinin risk etməməsindədir. Bu idman növündə məşqçinin kreativliyi həlledici olur. O, kritik anlarda ehtiyatda olan oyunçulara etibar etmədi. Hərçənd buna qədər ara-sıra meydanda izlədiyimiz futzalçıları, xüsusən, yerliləri daha yaxşı dəyərləndirə bilərdi. "Sükançı" hətta Rusiya ilə oyunda - bütün vəzifələr uğurla tamamlandıqdan sonra belə bu addımı atmadı. Niyəsini və nə üçününü federasiya soruşmalıdır. Çünki başqa işləri kimi bu məsələyə ictimai rəyi də qurum inadla qəbul etmir.

Bu minvalla gəlib çıxdıq məsələnin ən dərin qatlarına. Axı, bütün günahları məşqçi korpusunun üzərinə atmaq olmaz. Ən böyük problemləri bu sahəyə cavabdeh olan qurum - AFFA federasiya ilə birlikdə həll etməlidir. İllərdir, ilin günün məhz bu vaxtları komanda, qitə çempionatları, ya da Avrokubok oyunlarına gedəndə və gələndə ən geniş təklifləri irəli sürürdük.

Ölkədə futzalın dayaqlarından geniş bəhs etməyə ehtiyac yoxdur. Sovet dövründə mini-futbol voleybolla yanaşı, el arasında ən populyar, yəni kütləvi növlərdən idi. 90-cı illərin möhtəşəm rəqabətləri, ölkədə bu növə şərait yaradacaq maddi-texniki bazanın möhkəmlənməsi belə AFFA-nı hərəkətə gətirmədi. Hərçənd layihələr üçün elə də böyük zəhmət, məsrəf tələb olunmurdu. Bu mənada hətta orta məktəblər səviyyəsində də böyük işlər görmək mümkün idi. Bir sözlə, ölkədə futzalın inkişafına nail olmaq üçün çox şey tələb olunmurdu. Ardıcıl plan üçün indi də böyük zəhmətə, əlahiddə bilik və bacarığa ehtiyac yoxdur. Əlbəttə, inkişaf üçün lazım olanlardan çox bəhs etmək olar. Lakin bunun üçün daha ciddi addımların başlanğıcını görmək lazımdır.

Bu yarış ərəfəsi qeyd etdiyimiz kimi, əsas məqama bir də qayıdaq. Dünyada bu idman növünün inkişaf templərini nəzərə alsaq, ölkədə futzalın təməlini möhkəmlətmək üçün AFFA-nın son şanslarından biri bu yarış idi. Doğrudur, qarşıda hələ bir və ya bir neçə fürsət də ola bilər. Elə qarşıdakı seçmə pley-offda Niderlanda qalib gəlməklə mundiala yollanmaq buna misal ola bilər. Fürsəti əldən qaçırmamaq üçün növbəti şansdan yararlanmaq zamanıdır. Lakin o vaxta qədər bəzi addımlar atılmalıdır ki, indiki durğunluq yerini etimadsızlığa və sonra tənəzzülə verməsin.

BATI YAR

P.S. Turnirin finalında İspaniya Rusiyaya 7:3 hesabı ilə qalib gələrək, 7-ci dəfə zəfər tağından keçdi. Bürünc medallar ev sahibinə 5:2 hesabı ilə qalib gələn Qazaxıstana aparıldı.
Xəbər 2292 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru