Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
07/05 | 13:36 Bakıdakı Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açmada medalçılar müəyyənləşib
07/05 | 09:34 Azərbaycan Kubokunda 2023/2024 mövsümünə bu gün yekun vurulacaq
06/05 | 20:29 Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
06/05 | 17:46 Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
06/05 | 17:24 Bakı dünyanın "İdman Paytaxtı” seçilib
06/05 | 14:57 Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar
06/05 | 14:17 Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
06/05 | 13:19 Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
06/05 | 13:14 Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı bəlli olub
06/05 | 09:46 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
05/05 | 18:23 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05/05 | 18:22 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05/05 | 16:17 "Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırılıb
05/05 | 15:51 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
05/05 | 09:15 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
04/05 | 17:13 Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
04/05 | 16:41 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
04/05 | 16:21 Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
04/05 | 16:09 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
04/05 | 14:47 Bakıdakı Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada mükafatçılar müəyyənləşib
04/05 | 12:35 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
04/05 | 10:34 Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılışı olub
04/05 | 09:20 Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
03/05 | 21:58 Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirib
03/05 | 21:27 "Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03/05 | 21:10 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03/05 | 19:24 Milli Gimnastika Arenasında Avropa Kubokunun açılış mərasimi keçirilib
03/05 | 17:29 May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
03/05 | 16:57 Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03/05 | 16:46 Azərbaycanın U-17 və U-19 millilərinin rəqibləri bəlli olub
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Hakimlik zirvəsi - Tofiq Bəhramov
Tarix: 29.01.2016 | Saat: 17:33:00 | E-mail | Çapa göndər
Dünyada tanınmış hakim Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da dünyaya göz açıb. Tofiq Bəhramov müharibənin qızğın vaxtında – 1943-cü ilin sentyabrında idmana gəlib. Həmin vaxt futbol çox az adamın yadına düşürdü. Hər kəs cəbhədən gələn xəbərləri gözləyirdi. Bununla belə, Tofiq də digər həmyaşıdları kimi topdan ayrıla bilmirdi. O, 6 ay “Spartak” cəmiyyətində məşq edəndən sonra Bakı birinciliyində “Burevestnik”lə oyunda debüt etdi. Bir il sonra Bəhramov artıq SSRİ çempionatının B qrupunda yarışan Bakı “Dinamo”suna yollandı. Təbii ki, o da futbolla məşğul olan bütün gənclər kimi, “Neftçi”nin formasını geyinməyi arzulayırdı. Axır ki, Bəhramov da bu istəyinə çatdı. Lakin Tofiq flaqmanın heyətində çox az çıxış etdi. Bilgəhdə keçirilən məşqlərin birində komanda yoldaşı Valentin Xlıstovla mübarizədə zədələnən futbolçu 25 yaşında karyerasını başa vurmalı oldu. Onda çoxları Xlıstovu komanda yoldaşına zədə yetirdiyinə görə qınayırdılar. Amma o zaman heç kimin ağlına gəlməzdi ki, Xlıstov böyük bir savab iş görüb. Axı futbolçu karyerası alınmayan Tofiq Bəhramov sonradan dünyaca məşhur hakim oldu. Maraqlıdır ki, o, hakimliyə də təsadüf nəticəsində gəlib. 1951-ci ildə Bakı kuboku uğrunda “Dinamo”-“İnşaatçı” matçına hakim gəlib çıxmamışdı. Nəticədə 26 yaşlı gəncə oyunu idarə etməyi təklif edirlər. Özü də indi çox az adam inanar ki, Bəhramovun ilk qarşılaşması qalmaqalla nəticələnib. O, ilk sınaqdan üzüağ çıxmasa da, 6 aydan sonra Respublika birinciliyində baş hakim kimi debüt edir. 1952-ci ildə Respublika dərəcəli hakim adını alan həmyerlimiz 2 il sonra SSRİ çempionatının aşağı liqasında Tbilisi və Daşkənd komandalarının oyununda ədaləti təmin edir. Get-gedə ümidləri doğruldan referi həmin il “Neftçi” və Efiopiya yığması arasında yoldaşlıq oyununu da idarə edir. Artıq ümumittifaq səviyyəsində tanınmağa başlayan Bəhramov “Paxtakor”la Uruqvayın məşhur “Nasional” klubu arasında yoxlama görüşündə də hakimlik edir.

O, SSRİ çempionatının güclülər dəstəsində 34 yaşında debüt edib. Daim prinsipiallığı, obyektivliyi ilə seçilən referi qısa müddətdə sovetlər birliyinin ən yaxşı hakimlərindən birinə çevrilir. Əbəs yerə deyil ki, o, həmin dövrdə Avropanın ən güclülərindən hesab olunan SSRİ çempionatında 146 matçda meydana baş hakim kimi çıxıb. Həmyerlimiz 1963-cü ildən etibarən 13 il ittifaqın 10 ən yaxşı hakimi sırasına düşüb. Bu göstəriciyə görə, o, ümumilikdə yalnız moskvalı Kazakovdan (15 il) geri qalsa da, ardıcıllığa görə hamını qabaqlayır.

Bəhramov 1965-ci ildə beynəlxalq dərəcəli hakim adını alır. O, 1966-cı ildə İngiltərədə keçirilən 8-ci mundialda finala qədər bir oyunda (İsveçrə - İspaniya) baş hakim, 2 görüşdə (Argentina – İsveçrə və İngiltərə - Uruqvay) isə laysman kimi meydana çıxır.

1966-cı il iyulun 30-da Bəhramov adını əbədi olaraq dünya futbol tarixinə yazdırıb. “Uembli” stadionunda 83 min tamaşaçının izlədiyi İngiltərə–Almaniya görüşündə yan xətt hakimi funksiyasını yerinə yetirib. Buna baxmayaraq, final fitindən sonra bütün dünya heç baş hakimin adını belə çəkmirdi, hamı Tofiq Bəhramovdan danışırdı. Oyunun əsas vaxtının 2:2 hesabı ilə başa çatdığını nəzərə alsaq, əsəblərin necə tarıma çəkildiyini təsəvvür etmək çətin deyil. 100-cü dəqiqədə İngiltərə millisinin oyunçusu Herstin vurduğu top tirə dəyəndən sonra qapı xətti üzərində yerə düşüb geri qayıtdı. “Uembli” sükuta qərq olmuşdu. Hər kəs hakimin hansı qərar qəbul edəcəyini gözləyirdi. Matçın isveçrəli hakimi Dinst sözün həqiqi mənasında başını itirmişdi. O, nə qərar verəcəyini bilmirdi. Dinst qapıya daha yaxın mövqe seçən həmyerlimizə yaxınlaşaraq, kömək istədi. Bəhramov isə tərəddüd etmədən mərkəzi göstərərək, 18 saniyəlik sükuta son qoydu. Həmin qarşılaşmada İngiltərə Almaniyanı 4:2 hesabı ilə məğlub edərək ilk və hələlik sonuncu dəfə dünya çempionu adını qazandı. Bəhramov ingilislərin gözündə qəhrəman səviyyəsinə yüksəlsə də, eyni zamanda almanların düşməninə çevrildi. Final fitindən sonra bundestim üzvləri bakılı laysmanı parçalamağa hazır idilər. Hətta Uve Zeyeler Tofiq Bəhramovu təhqir də etmişdi. Ancaq sonralar səhvini anlayan Zeyeler hakimimizdən üzr istədi. Dinst isə Bəhramova “sən mənim ad-sanımı xilas etdin” deyərək ona təşəkkür etdi.

Bəhramov Nikolay Latışevdən sonra dünya çempionatlarının finalında çıxış etmiş ikinci və sonuncu hakim kimi adını Sovet futbolunun tarixinə yazdırdı. İngiltərədəki mundialdan sonra FİFA həmyerlimizi “Qızıl fit”lə mükafatlandırdı. Britaniya kraliçası II Yelizaveta isə ona “Qızıl ilahə”nin surətini bağışladı.

Dörd il sonra Meksikada keçirilən dünya çempionatında da Bəhramov 3 oyunda hakimlik etdi. Bundan başqa, o, 1968 və 1972-ci illərdə keçirilən Avropa çempionatlarında, həmçinin Qitələrarası kubokda ədaləti təmin edib. 1972-ci ildə UEFA kubokunun final matçı (“Vulverhempton”-“Tottenhem”) da ona tapşırılmışdı.

Dünyaca məşhur hakimimiz 1975-ci ildə fitlə vidalaşıb. Yenidən “Neftçi”yə qayıdan Bəhramov 3 il komandada ikinci məşqçi kimi fəaliyyət göstərib. Bütün dövrlər üçün ən yaxşı hakimimiz olan Bəhramov “Neftçi”nin rəisi vəzifəsində də çalışıb. O, elmi fəaliyyətlə də məşğul olub. 20 ilə yaxın müddətdə Bədən Tərbiyəsi İnstitutunda və indi Bakı Slavyan Universiteti adlanan təhsil ocağında kafedra müdiri işləyib. Bəhramov AFFA yarananda federasiyanın baş katibi də olub.

Mərhum hakimimiz özündən sonrakı nəsillərə bir çox mənəvi sərvətlər qoyub gedib. Onun “Kənddə futbol”, “Futbola sevgi”, “Hakim mərkəzi göstərir”, “1001 matç” kitabları indi də futbolsevərlər tərəfindən böyük maraqla oxunur.

1993-cü ildə üçüncü dəfə infarkt keçirən Bəhramov həyatla vidalaşdı. Üç il sonra ölkəmizin ən böyük idman qurğusu – Respublika stadionuna onun adı verildi. 2004-cü ildə isə arenanın önündə Tofiq Bəhramovun heykəli ucaldıldı.

Tofiq Bəhramovun əziz xatirəsi daim yaddaşlarda qalacaq.
Xəbər 811 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru