Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
25/04 | 12:05 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycanı 80-dək idmançı təmsil edəcək
25/04 | 11:44 "Şamaxı" rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib
25/04 | 09:51 Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
2015-ci ilin yekunları
Tarix: 14.01.2016 | Saat: 21:49:00 | E-mail | Çapa göndər
157 – məhz bu rəqəm 2015-ci ildə gimnastlarımızın əldə etdiyi medal sayını ifadə edir. Keçən il olduğu kimi bu il də vətənimizə ən çox medalı bədii gimnastika təmsilçiləri gətirdilər. Onlar 81 medal qazandılar. Daha sonra medal sayına görə kişi idman gimnastikası üzrə yığma komandamız 32 medal ilə, onların ardınca hesabında 15 medal olan akrobatlarımız, 11 medal ilə qadın idman gimnastikası üzrə komandamız, və, nəhayət, hər biri 9 medal olmaqla batut və aerobika gimnastikası təmsilçiləri gəlir.

İl ərzində hamıdan çox medalı Marina Durunda qazandı (22). Hesabında cəmi 1 medal az olan Marinanın komanda yoldaşı Jalə Piriyeva 21 medal ilə və Azərbaycan Gimnastika Federasiyasının reytinq cədvəlində 1-ci olan Oleq Stepko da eyni medal sayı ilə ili başa vurdular.

Şübhəsiz ki, idmançılarımız üçün ilin əsas yarışlarından biri Avropa Oyunları oldu. Oleq Stepko biri qızıl (parallel qollar) olmaqla, 5 medal qazanan yeganə Azərbaycan idmançısı kimi yadda qaldı. Daha bir medal isə o, komanda hesabında yoldaşları Eldar Səfərov və Petro Paxnyukla qazandı. Batut gimnastikası üzrə yarışlarda İlya Qrişunin bürünc, bədii gimnastika üzrə yarışların lentlə finalında isə Marina Durunda gümüş medal əldə etdi. Ümumiyyətlə, lent ötən il Marina üçün uğurlu oldu. Belə ki, dahi bəstəkar Üzeyir Hacıbəyovun “Fantaziya” kompozisiyasının sədaları altında lentlə Marina, həmçinin, Avropa Çempionatının bürünc medalını qazandı.

Bu il bizim akrobatlarımız ilk dəfə olaraq Avropa Yaş Qrupları Yarışlarında medallar qazandı. Gümüş medalı kişi cütlüyünün tərkibində Seymur Cəfərov və Murad Əkpərov, bürünc medalı isə qarışıq cütlük - Ağasif Rəhimov və Nurcan Cabbarlı - əldə etdilər.

Bəlkə də, ilin ən əhəmiyyətli medalını idman gimnastikası üzrə Dünya Çempionatında Oleq Stepko qazandı. Müstəqil Azərbaycanın idman gimnastikası tarixində ilk dəfə olaraq, o, parallel qollarda bürünc medal əldə etdi.

2015-ci il, həmçinin, gimnastlarımızın Dünya Gimnastradasında debütü ilə yadda qaldı. Bununla da Gimnastika Federasiyası gimnastika növlərinin inkişaf etdirilməsi ilə bağlı planı yerinə yetirmiş oldu. Artıq ölkəmizdə Beynəlxalq Gimnastika Federasiyasının tanıdığı 7 gimnastika növü inkişaf etməkdədir.

Bədii gimnastika üzrə Avropa Çempionatının ikiqat mükafatçısı Gülsüm Şəfizadəyə ölkə Prezidenti cənab İlham Əliyev şəxsən mənzil təqdim etdi. İlin yekunlarına əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Gimnastika Federasiyası ən yaxşı federasiya, Milli Gimnastika Arenası isə ilin ən yaxşı arenası adına layiq görüldü.

Federasiyanın 24 dekabr tarixində keçirilmiş 6-cı Ümumi Yığıncağında Mehriban xanım Əliyeva yenidən prezindent seçildi. Səsvermənin nəticələrinə əsasən Altay Həsənov öz fəaliyyətini federasiyanın vitse-prezidenti, Rauf Əliyev və Rafiq Beybutov isə İcra komitəsinin üzvləri olaraq davam etdirəcəklər. İcra Komitəsinin yeni üzvü isə Mariana Vasileva seçildi.

İlə isə elə həmin Milli Gimnastika Arenasında gimnastika növləri üzrə yığma komandaların idmançı və məşqçilərinin ifasında “Yeni İl Yuxusu” adlı möhtəşəm şou yekun vurdu.

2016-cı il isə heç də asan olmağa söz vermir. Qarşıda idmançılarımızı müxtəlif beynəlxalq yarışlar, Avropa və Dünya Çempionatları və ən əsası Rio-De-Janeyroda keçiriləcək Olimpiya Oyunları gözləyir. Marina Durunda və Oleq Stepko artıq bu Oyunlara lisenziyanın sahibidirlər. Əlavə lisenziyaları əldə etmək şansı isə bədii gimnastika üzrə böyüklərdən ibarət qrup hərəkətləri komandamıza, və hər birində 1 idmançı olmaqla, kişi və qadın idman gimnastikası təmsilçilərimizə məxsusdur.

Bu il Bakıda 3 Dünya Kuboku mərhələləri keçiriləcəkdir – idman gimnastikası üzrə fevralda, batut gimnastikası üzrə martda, və, nəhayət, iyul ayında bədii gimnastika üzrə yarışlar baş tutacaq.
Xəbər 800 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
20.04.2024 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
15.04.2024 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
08.04.2024 Azərbaycanın bədii gimnastları Estoniyada qızıl medallar qazanıblar
07.04.2024 Azərbaycan gimnastı Avropa çempionatında gümüş medala sahib olub
07.04.2024 Azərbaycan gimnastika millisi beynəlxalq turnirdə bürünc medal qazanıb
31.03.2024 Azərbaycanın gimnastika millisi Fransada qızıl medal qazanıb
25.03.2024 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25.03.2024 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
24.03.2024 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
23.03.2024 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru