Dekabrın 05-də Respublika Şahmat Mərkəzində,şahmat üzrə beynəlxalq hakim,əməkdar məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat festivalı start götürüb. Festival B-açıq turnir, C-uşaq turniri , D-rapid və E-blits turnirlərindən ibarətdir.
İsveçrə sistemi üzrə 7 turdan ibarət keçirilən Rapid turnir başa çatıb. turnirdə 72 şahmatçı mübarizə aparırdı. 7 turdan sonra Nail Bəşirli,Xəyalə Abdulla və Rəşad Zeynallı hərəyə 6 xal toplayaraq 1-3-cü yerləri bölüşdürüblər. Əlavə göstəricilərə görə yarışın qalibi adını Nail Bəşirli qazanıb.
C-uşaq turnirində isə 84 zəka sahibi qələbə uğurunda mübarizə aparır. 3 turdan sonra Read Səmədov,Həsən Əhmədli,Aydan Hüseynova,Səbinə Rzalı və Polad Salmanov 3 xal toplayaraq zirvəni bölüşürlər.
71 şahmatçının iştirak etdiyi B-açıq turnirdə 1-ci turun oyunları yekunlaşıb.İlk turdan sonra 33 şahmatçı aktivinə ilk xalı yazmağa nail olub.
Festival dekabrın 13-də başa çatacaq.
|