“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə XII Respublika Spartakiadasına start verilib.
Tədbir dekabradək orta ixtisas təhsil müəssisələri tələbələri arasında keçiriləcək.
XII Respublika Spartakiadasının təqvim planına idmanın 6 növü daxil edilib. Atletika, şahmat, dama, voleybol, basketbol, stolüstü tennis üzrə yarışda qızlar və oğlanlar mübarizə aparırlar.
Yarışın ilk günündə basketbolçular arasında qaliblər müəyyənləşib. Oyunlar 2 nömrəli Baza Tibb Kollecinin idman zalında keçirilib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda qızlar arasında birinci yerə Bakı Sosial Pedaqoji Kolleci, ikinci pilləyə Bakı 2 nömrəli Baza Tibb Kolleci, üçüncü yerə isə Bakı Qida Sənayesi Kollecinin komandası sahib olub.
Oğlanlar arasında keçirilən spartakiadanın nəticələrinə görə, isə ilk üçlükdə Bakı 2 nömrəli Baza Tibb Kolleci, Bakı Neft Energetika Kolleci və Bakı Humanitar Kollecinin təmsilçiləri qərarlaşıb.
|