Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Rio-2016-ya doğru: – əsas medal növlərinin ümid yeri
Tarix: 17.11.2015 | Saat: 14:06:00 | E-mail | Çapa göndər
Lisenziyalar necə qazanılır?

II yazı


2016-cı ildə Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək yay olimpiadasına lisenziyaların necə qazanılması ilə bağlı ikinci məqaləni təqdim edirik. Onu daim əsas olimpiya ümidlərimiz sayılan növlərə həsr edirik.

Boks

Qarşıdakı seçmələr - KİŞİLƏR - 20 aprel-1 may 2016. İstanbul, Türkiyə (Avropa qitəsi üzrə təsnifat turniri); 13-22 may 2016. Sofiya, Bolqarıstan (WSB/APB təsnifatı); 7-19 iyun Bakı (Dünya təsnifat turniri). QADINLAR - 1-14 fevral 2016. Astana, Qazaxıstan (qadınların dünya çempionatı); 20 aprel-1 may 2016. İstanbul, Türkiyə (Avropa qitəsi üzrə təsnifat turniri).

Yeni əsrlə başlanan böyük olimpiya ümidlərimizin aparıcı simaları sırasında boksçular da yer alırlar. Onlar Sidneydən üzü bu yana hər Oyunlardan ölkəmizə medalla qayıdıblar. Bu dəfə də yeni ulduzların parlayacağı istisna deyil. Xüsusən, ilk Avropa Oyunlarında parlamış Elvin Məmişzadə (52 kq) və Pərviz Bağırov (69 kq) keçən ay Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatından da ölkəmizə medallar gətirdilər. Elvin - qızıl, Pərviz - bürünc medal qazanmaqla həm də olimpiya lisenziyasının sahibi oldular. Boksda daha bir lisenziyanı Albert Səlimov (60 kq) qazanıb. O, AİBA Dünya Boks Seriyasının (WSB) ötən mövsümkü yekunlarının nəticəsində vəsiqə sahibi olub. Boks lisenziyaları ötən ilin oktyabrından bu ilin sentyabrına qədər davam etmiş "AIBA Pro Boksinq" (APB) yarışının yekununa əsasən paylanıb.

Əlbəttə, yarışlar bununla tükənmir və gələn il də davam edəcək. BOK üzvü olan bütün assosiasiyalar olimpiya boks turnirinə hər çəkidə yalnız bir idmançı çıxara bilərlər. Özü də hər dəri əlcək ustası vəsiqəni ölkəsi deyil, özü üçün qazanır. Başqa sözlə, olimpiadada o özü çıxış edə bilər. Milli qurumlar - olimpiya komitəsi və federasiya isə yalnız eyni çəkidə iki idmançı lisenziya sahibi olduqda, onlar arasında seçim edə bilər.

Qadınların dünya çempionatı 51 kq, 60 kq və 75 kq çəki dərəcələrinin hər birində 4 vəsiqə əldə etməyə şans verəcək. İstanbuldakı Avropa təsnifat turnirində kişilər və qadınlar eyni zamanda yarışacaqlar. Qadınlar qeyd edilən çəkilərdə daha iki lisenziya almaq fürsətini qaçırmamağa çalışacaqlar. Çünki bu onların son şansıdır. Kişilər hər çəkidə 3 lisenziya uğrunda mübarizə aparacaqlar. Sofiyadakı turnirlərdə isə Dünya Boks Seriyası (WSB) və Proboksinq (APB) təsnifatlarında 49 kq, 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq və 81 kq çəkilərdə - 3, 91 kq və 91 kq-dan yuxarı çəkilərdə 1 yer uğrunda mübarizə olacaq.

Nəhayət, olimpiyaçı olmaq üçün Bakı son ümid məkanına çevriləcək. Bu yarışda 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq, 81 kq çəkilərdə - 5, 49 kq-da - 2, ən yuxarı iki çəkidə isə 1 lisenziyanın taleyinə aydınlıq gətiriləcək.

Ümumiyyətlə, qeyd edək ki, olimpiadanın avqustun 6-dan 21-dək keçirilməsi planlaşdırılan boks proqramında 13 dəst medal uğrunda 250 kişi (10 çəki dərəcəsi) və 36 qadın (3 çəki), cəmi 286 dəri əlcək ustası mübarizəyə qoşulmalıdır. Ənənə üzrə yarımfinalda məğlub olan hər iki idmançıya bürünc medal təqdim ediləcək.

Yarışlar Barra Olimpiya Parkından 5 dəqiqəlik məsafədə yerləşən "Riosentru" mərkəzinin 2-ci pavilyonunda keçiriləcək. Bu saray Rio de Janeyronun əsas sərgi və qurultaylar mərkəzi kimi tanınır.

Güləş

Qarşıdakı seçmələr - 15-17 aprel 2016. Zrenyanin, Serbiya (Avropa olimpiya təsnifat turniri); 22-24 aprel 2016. Ulan-Bator, Monqolustan (Dünya olimpiya təsnifat turniri); 6-8 may 2016. İstanbul, Türkiyə (Qitələrarası olimpiya təsnifat turniri).

Ölkəmizin bütün olimpiadalarda əsas qələbə, medal ümidləri pəhləvanlardır. Bu münasibətə də müvafiq cavab verən bahadırlarımız həmişə ölkənin bayrağını uca tutublar. Yəqin Rioda da belə olacaq. Üstəlik, medal qazanmağa real namizədlərimizin çəkisi uyğun gələnlərin hamısı lisenziya sahibidir. Bunu onlar ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatında da yetərincə sübut ediblər. Yunan-Romada Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq), Sabah Şəriəti (130 kq) indi milli komandanın əsas heyətindəki yerlərini qorumağa çalışmalıdırlar. Bu proqam üzrə yalnız 66 və 98 kq-da vəsiqə qazanmaq qalır. Rəsul Çunayev çempion titulunu 71 kq-da qazandığı üçün, lisenziya qazanmayıb.

Qadın pəhləvanlar lisenziyaların tən yarısını qazanıblar. Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviçə (58 kq) qoşulmaq istəyənlər 63 kq, 69 kq və 75 kq-da yarışlardan qalib ayrılmalıdırlar. Sərbəst üsul bahadırlarından olimpiya çempionu Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) vəsiqə əldə edibsə, 57 və 74 kq çəkilərdə boş yerlər var. Yeri gəlmişkən, mundialda əsas olimpiya ümidlərimizdən Hacı Əliyev 61 kq-da çempion olduğundan, bəxtini bir daha və başqa çəkidə sınamalıdır.

Güləşdə hər ölkə çəki prinsipi ilə cəmi bir idmançını sifariş edə bilər. Özü də olimpiya lisenziyası qazanmış idmançılar komandadakı yerlərini təmin olunmuş saymamalıdırlar. Çünki əldə etdikləri nailiyyət yalnız ölkənin hesabına yazılır.

Avropa təsnifat turnirlərində də şərtlər ağırdır. Avropa təsnifatında - Serbiyada hər çəki üzrə yalnız finalçılar olimpiyaçı statusu əldə edəcəklər.

Bundan sonrakı yarışlarda dünyanın hər bir yerindən lisenziya qazana bilməyənlər bəxtlərini bir yerdə sınayacaqlar. Ulan-Batorda kişilər arasında ilk 3 yerin sahibi, qadınlarda isə finalçılar Rioya bilet sifariş edə biləcəklər. İstanbulda olimpiyaçı olmaq istəyənə bir şərt-bir tələb olacaq: finala yüksəlmək.

Olimpiadaya 344 güləşçi vəsiqə əldə edə biləcək ki, onların 108-i qadınlar olacaq. Bu siyahıya müvafiq olimpiya komissiyasının seçəcəyi daha 8 idmançı da daxildir. Onlar avqustun 14-dən 21-dək, tam bərabər bölünməklə, 18 çəki dərəcəsi üzrə (Yunan-Romada - 59 kq, 66 kq, 75 kq, 85 kq, 98 kq və 130 kq; sərbəst kişi - 57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq, 125 kq; sərbəst qadın - 48 kq, 53 kq, 58 kq, 63 kq, 69 kq və 75 kq) medalçı olmağa çalışacaqlar. Yarışlar avqustun 14-dən 21-dək Barra da Tijuka rayonundakı Olimpiya Məşq Mərkəzinin 3-cü zalında keçiriləcək.

Cüdo

Qarşıdakı seçmələr - 29 may 2016 (2014-cü il mayın 30-dan başlanmış təsnifat dövrünün reytinq xalları hesabı əsasında).

Həmişəki kimi, cüdonun əsas medal ümidləri sırasında yer alması təbiidir. Axı, 1992-ci ildə yalnız müstəqil ölkəmizin bayrağının ucaldığı yarışdan üzü bu yana 2 dəfə olimpiya çempionu və bir medalçı tatami ustalarına da yüksək tələblər irəli sürməyə əsas verir. Bu növ üzrə yarışlarda hər ölkə bir çəki üzrə cəmi bir idmançıya güvənməlidir. Hər bir idmançı lisenziya uğrunda fərdi mübarizə aparır. Cüdoda lisenziyanı yalnız reytinq xalları üzrə qazanmaq mümkündür. Dünya reytinqində heç bir məhdudiyyət olmadan reytinqdə ən yüksək xala malik idmançılar - kişilərdə 22, qadınlarda 14 kimono ustası olimpiyaçı statusu qazanır. Bu isə, çəkilər nəzərə alınmaqla, birbaşa 252 lisenziya deməkdir. Olimpiya çəkilərinə kişilərdə - 60 kq, 66 kq, 73 kq, 81 kq, 90 kq, 100 kq və +100 kq; qadınlarda - 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq və +78 kq daxildir.

Ümumiyyətlə, olimpidada yarışacaq 386 idmançıdan 145-i qadın, 221-i kişi olacaq. Bu saya olimpiya komissiyasının seçəcəyi daha 20 (kişi, ya qadın) idmançı da daxildir. Qeyd edilən reytinq vəsiqələrindən əlavə, qitələr üzrə təsnifat cədvəli də olacaq. Avropa üzrə ən yuxarı reytinqə malik 14 kişi, 11 qadın cüoçu da Rioya bilet sifariş edə biləcək. Özü də bu siyahıya namizəd kimi hər bir ölkə cəmi bir, hər çəkidə isə 2 idmançısının adını hallandıra bilər. Ona görə də bu siyahılara diqqətlə nəzər salmaq zamanıdır. Çünki bundan sonrakı mərhələlərdə əmsalları artırmaq üçün dəqiq hesablar aparmaq da lazım gələcək.

Olimpiadanın cüdo proqramı da, güləş kimi, Barra Olimpiya parkının 2-ci zalında keçiriləcək. Turnirin avqustun 6-dan 12-dək keçirilməsi nəzərdə tutulur.

Maraqlıdır, bəs reytinq xalları necə yığılır? Beynəlxalq Cüdo Federasiyası təsnifatı 7 yarış növü üzrə bölüb. Tatami ustaları hətta bir qələbəyə görə də xal alırlar. Yarış növlərinə görə isə xallar belə verilir:

Qitə açıq turnirləri - 100 xal (1-ci yer), 60 (2-ci), 40 (3-cü), 20 (5-ci), 16 (7-ci), 12 (1/16 final), 8 (1/32) və 4 (1 qələbə);

Qran-pri - 300 xal (1-ci yer), 180 (2-ci), 120 (3-cü), 60 (5-ci), 48 (7-ci), 36 (1/16 final), 24 (1/32) və 12 (1 qələbə);

Qitə çempionatları - 400 xal (1-ci yer), 240 (2-ci), 160 (3-cü), 80 (5-ci), 64 (7-ci), 48 (1/16 final), 32 (1/32) və 16 (1 qələbə);

"Böyük dəbilqə" (qrand-masters) - 700 xal (1-ci yer), 420 (2-ci), 280 (3-cü), 140 (5-ci), 112 (7-ci) və 28 (1 qələbə);

Dünya çempionatları - 900 xal (1-ci yer), 540 (2-ci), 360 (3-cü), 180 (5-ci), 144 (7-ci), 108 (1/16 final), 72 (1/32) və 36 (1 qələbə).

Azərbaycan idmançılarının noyabrın 1-nə olan reytinq vəziyyəti belədir:

Kişilərdə

60 kq (22-ci yerin reytinqi - 714 xal). Orxan Səfərov (6-cı yer, 1786 xal), İlqar Müşkiyev (27-ci, 632);

66 kq (708). Nicat Şıxəlizadə (7-ci, 1340), Tərlan Kərimov (44-cü, 369);
73 kq (811). Rüstəm Orucov (1-ci, 2226), Hüseyn Rəhimli (63-cü, 276);
81 kq (800). Əbdülhəqq Rəsullu (74-cü, 207), Məmmədəli Mehdiyev (83-cü, 154);
90 kq (740). Məmmədəli Mehdiyev (44-cü, 403), Ramin Qurbanov (52-ci, 336);
100 kq (808). Elmar Qasımov (2-ci, 2378), Elxan Məmmədov (23-cü, 777);
+100 kq (789). Uşangi Kokauri (40-cı, 404).

Qadınlarda

48 kq (14-cü yerin reytinqi - 1146). Aişə Qurbanlı (65-ci, 119), Leyla Əliyeva (84-cü, 64);

52 kq (1021). Gülşən Nəzərova (98-ci, 42);
57 kq (1202). Kifayət Qasımova (60-cı, 203);
63 kq (910). Xanım Hüseynova (72-ci, 117);

70 kq (1182). Validə Mirzəzadə (129-cu, 6); Nərgiz İbrahimova (135-ci, 4);
78 kq (1087). Leyla İsgəndərli (108-ci, 4), Günel Həsənli (109-cu, 4);
+78 kq (918). İdmançı yoxdur.

Qitələr üzrə vəziyyət tez-tez dəyişdiyindən, yekuna son aylarda nəzər salmaq lazım gələcək.

BATI YAR


Xəbər 1266 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.09.2016 Ramil Qasımov: Rioda Azərbaycanın dövlət himninin səsləndirilməsi çox qürurverici idi
22.09.2016 Yelena Çebanu: Paralimpiya Oyunlarında medal qazanmaq hər bir idmançının ən böyük arzusudur
20.09.2016 Azərbaycan Paralimpiadanı 48-ci yerdə başa vurub
18.09.2016 Azərbaycan üzgüçüsü “Rio-2016” Paralimpiya Oyunlarında ikinci medalını qazanıb
18.09.2016 Azərbaycan idmançısı Paralimpiya Oyunlarında yığmaya daha bir medal qazandırıb
17.09.2016 “Rio-2016”: Azərbaycan üzgüçüləri finala yüksəliblər
17.09.2016 “Rio-2016”: Ukrayna futbolçuları çempion olublar
16.09.2016 Fransa tennisçiləri Rio Paralimpiadasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar
16.09.2016 “Rio-2016” Yay Paralimpiya Oyunlarının səkkizinci günündə 4 təmsilçimiz mübarizə aparacaq
16.09.2016 Fransa və Çin qılıncoynadanları “Rio-2016”da qızıl medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru